Previous Next
Bağla

Azərbaycan “Qlobal İnnovasiya İndeksi"ndə 15-ci yerə qalxıb

28-09-2024 11:26
Azərbaycan “Qlobal İnnovasiya İndeksi"ndə 15-ci yerə qalxıb

BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) 17-ci Qlobal İnnovasiya İndeksini (Qİİ) dərc edib.

Xeberler.az bildirir ki, 133 iqtisadiyyatı əhatə edən İndeks innovasiya fəaliyyətinin potensialı, səmərəliliyi və çərçivə şərtlərini əhatə edən təxminən 80 indikator əsasında tərtib olunub. Təhlil edilən indikatorlar qanunvericilik, elm və təhsil, bazar, biznes, infrastruktur və s. məsələlərin inkişaf göstəricilərini əhatə edir.

Qİİ 2024 reytinqi innovasiya fəaliyyətinin iki əsas – “innovasiya resursları” (innovation inputs) və “innovasiya nəticələri” (innovation outputs) alt indeksinlərinə daxil olan 7 indikatordan ibarətdir.

“İnnovasiya resursları” (institutlar, insan kapitalı və elm, infrastruktur, bazarın inkişafı və biznesin inkişafı) və “innovasiya nəticələri" alt indeksləri (bilik və texnologiyaların yayılması, kreativ fəaliyyətin nəticələri) ölkələrin iqtisadiyyatlarının innovativ elementlərini və innovasiya fəaliyyətinin faktiki nəticələrini əks etdirir.

Qİİ 2024-ün lideri İsveçrədir. İndeks üzrə ilk beşliyi İsveç, Amerika Birləşmiş Ştatları, Sinqapur və Böyük Britaniya tamamlayır. İlk onluqda növbəti yerlərdə Koreya, Finlandiya, Niderland, Almaniya və Danimarka qərarlaşıb. Çin reytinqdə 11-ci yeri tutur.

Qİİ 2024-də Azərbaycan 95-ci yerdədir.

İndeksin “İnstitutlar” indikatoru üzrə ölkəmiz hökumətin effektivliyi, tənzimləmə keyfiyyəti və siyasi sabitliyin qiymətləndirildiyi göstəricilər üzrə 51-ci yerdədir.“Biznes mühiti” alt indikatorunda ölkəmizin 2 pillə irəliləməsi (15-ci yer) Azərbaycanda innovasiyalar və biznesin inkişafı üçün əlverişli mühitin olduğunun göstəricisidir. Azərbaycan bir çox region dövlətlərini qabaqlayaraq “biznes siyasətinin sabitliyi” alt-indikatorunda da 3 pillə (19-cu yer) irəliləyib.

“Biznesin inkişafı” indikatoruna görə ölkəmiz 67-ci pillədə yer alır.

Universitet-sənaye əməkdaşlığında elmi-tədqiqat və inkişaf (30-cu yer), klaster inkişafı (29-cu yer) göstəriciləri üzrə ölkəmiz Cənubi Qafqazda liderdir. Bu göstəricilər elmi və özəl sektor arasında güclü qarşılıqlı əlaqəni əks etdirir ki, bu da tədqiqat və innovasiyaların stimullaşdırılması üçün vacibdir. Hökumət sənaye klasterlərinin yaradılmasını və Azərbaycanın 2030-cu ilədək olan gündəliyinin əsas elementi olan elmi-tədqiqat və inkişaf əməkdaşlığını təşviq edir.
Hesabatdan göründüyü kimi ölkəmizdə həyata keçirilən islahatlar biznes və investisiya mühitinə müsbət təsir göstərib.

Azərbaycan “Bilik və texnoloji nəticələr” indikatoru üzrə patent alt indikatorunda (50-ci yer) irəliləyib. Qİİ ekspertlərinin fikrincə, innovasiya fəaliyyətinin bu mühüm göstəricisi üzrə 13 pillə irəliləyiş əldə olunub. Bu nəticə Cənubi Qafqaz regionunda ən yüksək göstəricidir. Bundan əlavə, Azərbaycan Patent Əməkdaşlığı Müqaviləsi (PCT) vasitəsilə təqdim edilən patentlərin sayına görə keçən illə müqayisədə 15 pillə irəliləyərək 72-ci, faydalı model patentlərinin sayına görə isə 49-cu yerdə qərarlaşıb.

“Əmək məhsuldarlığının artımı” alt indikatorunda Azərbaycan 34 pillə yüksələrək 28-ci yerdə qərarlaşıb. Bu, sənaye və istehsalatda qabaqcıl texnologiyaların tətbiqi, əqli əməyin inkişafı, işçilərin ixtisasının artırılması və digər bu kimi tədbirlər sayəsində mümkün olmuşdur.

Azərbaycan həmçinin “Yaradıcı fəaliyyətin nəticələri” indikatorunun əmtəə nişanı alt indikatorunda 17 pillə irəliləyərək 49-cu yeri tutub. Bu göstəriciyə görə ölkəmiz regionun bir çox ölkələrini qabaqlayır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Günay Quliyeva: “Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 2 pillə yaxşılaşdırıb”

21-09-2021

Azərbaycan Qlobal İnnovasiya İndeksində irəliləyib

17-09-2025

“Qlobal İnnovasiya İndeksi-2020”-nin illik hesabatı açıqlanıb

23-02-2021

Ekspert: Ölkədə innovasiya sahəsində mövcud potensialdan istifadə vəziyyəti səmərərəli və effektiv deyil

01-10-2024

Qlobal İnnovasiya İndeksinin göstəriciləri müzakirə edilib

17-05-2025

İnternet istifadəçiləri göstəricisinə görə ölkəmiz MDB-də liderdir

19-10-2018

İnternet istifadəçiləri göstəricisində Azərbaycanın yeri məlum olub

19-11-2018

“Biznesin inkişaf səviyyəsi” indeksində geriləmişik - Ekspert

17-09-2025

Qlobal İnnovasiya İndeksinə cavabdeh işçi qrupların birgə iclası keçirilib

11-10-2023

Azərbaycanın Qlobal İnnovasiya İndeksində mövqeyinin gücləndirilməsinə dair görüş keçirilib

27-05-2025

Azərbaycan innovasiya ekosisteminin inkişaf tempinə görə Mərkəzi Asiyada liderdir

23-05-2025

“Qlobal İnnovasiya İndeksi - 2023” hesabatı qurumlarla müzakirə olunub

19-10-2023

Çin ən innovativ ölkələr reytinqində ilk onluğa daxil olub

16-09-2025

Azərbaycan dünya startap reytinqində 4 pillə irəliləyib , lakin hələ də region ölkələrindən xeyli geridədir.

31-05-2024

“Qlobal İnnovasiya İndeksi 2024”də texnologiya və innovasiyalarla bağlı göstəricilər ətraflı təhlil olunub

08-10-2024

“Qlobal İnnovasiya İndeksi 2024” ətraflı təhlil olunub

28-10-2024

Azərbaycan dünya startap reytinqində irəliləyib

02-06-2022

Azərbaycan İKT sektoru 2014-cü il səviyyəsindən xeyli geridədir- Hesabat

18-08-2016

Azərbaycan qlobal innovasiyalar reytinqində mövqeyini yaxşılaşdırıb

20-09-2021

Azərbaycan nüfuzlu beynəlxalq reytinqdə tarixi göstəriciyə nail olub

18-09-2024

Azərbaycan qlobal innovasiya reytinqlərində geriləyir- Kimdir cavabdeh?

11-11-2022

Ölkəmiz İT-nin inkişafı reytinqində 5 pillə irəliləyib

11-04-2013

Azərbaycan Ən böyük qlobal irəliləyiş" mükafatına layiq görülüb

05-12-2025

Azərbaycan iyulda mobil internetin sürətinə görə 3 pillə irəliləyib

16-08-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə