Beynəlxalq GSM Assosiasiyası (GSMA) 2025-ci il üçün “Mobile Connectivity Index” hesabatını dərc edib. Sənəddə 174 ölkə üzrə mobil xidmətlərə qoşulma göstəriciləri
əhatə olunub.
Xeberler.az bildirir ki, müvafiq hesabat 2015-ci ildən etibarən mobil xidmətlər sferasında baş verən əsas trendlərin müşahidəsini aparmaq və inkişaf meyillərini təhlil etmək məqsədilə hazırlanır.
Ümumilikdə yekun indeks mobil xidmətlərin infrastruktur, qiymət əlçatanlığı, istehlakçı hazırlığı, məzmun və xidmətlər olmaqla 4 istiqamət üzrə 32 indikator əsasında müəyyənləşir.
Hesabatın nəticələrinə əsasən, Azərbaycan ötən illə müqayisədə indeks üzrə göstəricisini təqribən 1,6 bal artıraraq 75,4 indeks xalı toplayıb.
İndeks üzrə artım ölkənin mövqeyinə də müsbət təsir edib. Belə ki, Azərbaycan 2024-cü ilin dəqiqləşdirilmiş hesabatı ilə müqayisədə 2 pillə irəliləyərək 64-cü pillədə qərarlaşıb və qabaqcıl (Advanced) ölkələr sırasındadır.
Məlumat üçün bildirək ki, Azərbaycan 2022-ci ildən etibarən “Mobile Connectivity Index” üzrə ardıcıl müsbət dinamika nümayiş etdirir. Son illərdə mobil rabitə infrastrukturunun inkişafı, yüksəksürətli mobil internet xidmətlərinin genişləndirilməsi, rəqəmsal xidmətlərin əlçatanlığının artırılması və sektorun inkişafına yönələn islahatlar ölkənin indeks üzrə göstəricilərinin yaxşılaşmasına mühüm töhfə verib. Bu istiqamətdə İnformasiya və Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) həyata keçirdiyi tədbirlər və təşəbbüslər Azərbaycanın beynəlxalq reytinqlərdə mövqeyinin güclənməsində əhəmiyyətli rol oynayıb.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları