Previous Next
Bağla

Azərbaycanın Qlobal İnnovasiya İndeksində mövqeyinin gücləndirilməsinə dair görüş keçirilib

27-05-2025 17:01
Azərbaycanın Qlobal İnnovasiya İndeksində mövqeyinin gücləndirilməsinə dair görüş keçirilib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), Əqli Mülkiyyət Agentliyi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) iştirakı ilə Azərbaycanın Qlobal İnnovasiya İndeksində (Qİİ) mövqeyinin gücləndirilməsinə həsr olunmuş videokonfrans keçirilib.

Xeberler.az məlumat verir ki, görüşün keçirilməsində başlıca məqsəd ölkəmizin sözügedən qlobal reytinqdə göstəricilərinin təhlili, əldə edilmiş nailiyyətlər və qarşıda duran çağırışlarla əlaqədar fikir mübadiləsinin aparılması olub.

İRİA-nın sədri Fərid Osmanov onlayn toplantı zamanı Azərbaycanda innovasiya və rəqəmsallaşma istiqamətində son illərdə görülən işlər haqqında məlumat verib. O, Qİİ-nin ölkəmiz üçün əhəmiyyətini vurğulayıb və Agentliyin aidiyyəti üzrə dövlət qurumları ilə bu sahədə koordinasiyalı fəaliyyətin həyata keçirildiyini diqqətə çatdırıb: “Qlobal İnnovasiya İndeksindəki mövqeyimiz ölkəmizdə müxtəlif qurumların innovasiya istiqamətində fəaliyyətinin bir vəhdət olaraq təcəssümüdür. İRİA bu qurumlar arasında əməkdaşlığı möhkəmləndirərək növbəti illərdə daha yaxşı nəticə edilməsinə mühüm töhfə vermək niyyətindəndir”.

Əqli Mülkiyyət Agentliyinin Aparat rəhbəri Xudayat Həsənli çıxışında ÜƏMT ilə Azərbaycanın müvafiq qurumları arasında effektiv məlumat mübadiləsi və əməkdaşlığın qurulduğunu bildirib. Bundan əlavə, o, Azərbaycan haqqında məlumatların etibarlı mənbələrdən götürülməsinə əsaslanan yanaşmanın vacibliyini vurğulayıb. X.Həsənli qeyd edib ki, Qİİ üzrə koordinasiyanın gücləndirilməsi məqsədilə Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın nəzdində Əqli Mülkiyyət Məsələləri üzrə Xüsusi İşçi qrup yaradılıb. Bu xüsusda Qlobal İnnovasiya İndeksi üzrə Əlaqələndirmə qrupunun mütəmadi iclasları keçirilir və gündəmdə olan mövzular müzakirə edilir.

Daha sonra ÜƏMT-nin nümayəndəsi Həbib Asan çıxış edərək bildirib ki, Qİİ sadəcə bir göstərici deyil, eyni zamanda, effektiv siyasətlərin tətbiqi nəticəsində sosial, iqtisadi və texnoloji sahədə əldə edilən, ən əsası, insanların həyatını müsbətə doğru dəyişən uğurlardır.

Videokonfransın davamında ÜƏMT-nin ölkələrlə Qİİ müstəvisində fəaliyyət mexanizmini əks etdirən təqdimat nümayiş etdirilib. ÜƏMT-nin eksperti Saşa Vunş Azərbaycanın Qİİ-dəki mövqeyi, irəliləyiş əldə edilən istiqamətlər və inkişaf üçün yüksək potensialı olan sahələrin təhlilini aparıb. İnteraktiv müzakirə formatında keçən təqdimatda müxtəlif dövlət qurumlarının nümayəndələrinin sualları cavablandırılıb, çağırışlar və imkanlar ətrafında fikir mübadiləsi aparılıb, həmçinin növbəti məsləhətləşmələr üçün fəaliyyət planı müəyyən edilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Qlobal İnnovasiya İndeksinin göstəriciləri müzakirə edilib

Qlobal İnnovasiya İndeksinin göstəriciləri müzakirə edilib

17-05-2025
Qlobal İnnovasiya İndeksinə cavabdeh işçi qrupların birgə iclası keçirilib

Qlobal İnnovasiya İndeksinə cavabdeh işçi qrupların birgə iclası keçirilib

11-10-2023
Günay Quliyeva: “Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 2 pillə  yaxşılaşdırıb”

Günay Quliyeva: “Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 2 pillə yaxşılaşdırıb”

21-09-2021
Qlobal İnnovasiya İndeksi üzrə əlaqələndirmə qrupunun iclası keçirilib

Qlobal İnnovasiya İndeksi üzrə əlaqələndirmə qrupunun iclası keçirilib

11-07-2025
“Qlobal İnnovasiya İndeksi - 2024” hesabatında Azərbaycan üzrə göstəricilər müzakirə olunub

“Qlobal İnnovasiya İndeksi - 2024” hesabatında Azərbaycan üzrə göstəricilər müzakirə olunub

30-09-2024
Azərbaycan “Qlobal İnnovasiya İndeksi"ndə 15-ci yerə qalxıb

Azərbaycan “Qlobal İnnovasiya İndeksi"ndə 15-ci yerə qalxıb

28-09-2024
“Qlobal İnnovasiya İndeksi 2024”də texnologiya və innovasiyalarla bağlı  göstəricilər ətraflı təhlil olunub

“Qlobal İnnovasiya İndeksi 2024”də texnologiya və innovasiyalarla bağlı göstəricilər ətraflı təhlil olunub

08-10-2024
“Qlobal İnnovasiya İndeksi - 2023” hesabatı qurumlarla müzakirə olunub

“Qlobal İnnovasiya İndeksi - 2023” hesabatı qurumlarla müzakirə olunub

19-10-2023
Qlobal İnnovasiya İndeksi üzrə əlaqələndirmə qrupunun növbəti iclası keçirilib

Qlobal İnnovasiya İndeksi üzrə əlaqələndirmə qrupunun növbəti iclası keçirilib

23-10-2024
“Kreativ iqtisadiyyat: data modeli, ölçülməsi və əqli mülkiyyət” adlı seminar keçiriləcək

“Kreativ iqtisadiyyat: data modeli, ölçülməsi və əqli mülkiyyət” adlı seminar keçiriləcək

27-11-2024
Azərbaycanın Qlobal İnnovasiya İndeksindəki mövqeyi ilə bağlı görülən tədbirlər nəzərdən keçirilib

Azərbaycanın Qlobal İnnovasiya İndeksindəki mövqeyi ilə bağlı görülən tədbirlər nəzərdən keçirilib

20-05-2026
ÜƏMT: Azərbaycanda süni intellekt ekosistemi hədəf deyil, reallıqdır

ÜƏMT: Azərbaycanda süni intellekt ekosistemi hədəf deyil, reallıqdır

09-12-2025
“Qlobal İnnovasiya İndeksi 2024” ətraflı təhlil olunub

“Qlobal İnnovasiya İndeksi 2024” ətraflı təhlil olunub

28-10-2024
“Texnologiya və innovasiyalar” İşçi qrupunun növbəti iclası keçirilib

“Texnologiya və innovasiyalar” İşçi qrupunun növbəti iclası keçirilib

05-06-2026
“Texnologiya və innovasiyalar” İşçi qrupunun iclası keçirilib

“Texnologiya və innovasiyalar” İşçi qrupunun iclası keçirilib

10-06-2025
İRİA və Qlobal İnnovasiya Mərkəzinin tərəfdaşlığı ilə Vörkşop keçirilib

İRİA və Qlobal İnnovasiya Mərkəzinin tərəfdaşlığı ilə Vörkşop keçirilib

13-11-2024
Cenevrədə Azərbaycan startaplarının təqdimatı keçiriləcək

Cenevrədə Azərbaycan startaplarının təqdimatı keçiriləcək

10-10-2018
Qlobal İnnovasiya İndeksi 2019 adlı müzakirə keçirilib

Qlobal İnnovasiya İndeksi 2019 adlı müzakirə keçirilib

03-10-2019
“Əqli mülkiyyət idarələri üçün İKT yetkinlik indeksi”nə baxılıb

“Əqli mülkiyyət idarələri üçün İKT yetkinlik indeksi”nə baxılıb

16-04-2026
Azərbaycan Ən böyük qlobal irəliləyiş" mükafatına layiq görülüb

Azərbaycan Ən böyük qlobal irəliləyiş" mükafatına layiq görülüb

05-12-2025
Azərbaycan Qlobal İnnovasiya İndeksində irəliləyib

Azərbaycan Qlobal İnnovasiya İndeksində irəliləyib

17-09-2025
Kamran İmanov: Əqli mülkiyyət innovativ inkişafın əsas drayverlərindən biridir

Kamran İmanov: Əqli mülkiyyət innovativ inkişafın əsas drayverlərindən biridir

24-04-2026
Əqli mülkiyyətin qorunmasına dair konfrans keçirilib

Əqli mülkiyyətin qorunmasına dair konfrans keçirilib

30-10-2018
“Kreativ iqtisadiyyat: data modeli, ölçülməsi və əqli mülkiyyət” adlı seminar keçirilir

“Kreativ iqtisadiyyat: data modeli, ölçülməsi və əqli mülkiyyət” adlı seminar keçirilir

02-12-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə