Ekspert: Ölkədə innovasiya sahəsində mövcud potensialdan istifadə vəziyyəti səmərərəli və effektiv deyil

01-10-2024 / 09:46
Daha bir beynəlxalq hesabat - “Qlobal İnnovasiyalar İndeksi 2024" dərc olunub.
BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatı növbəti dəfə 133 ölkəni əhatə edən Reytinq Cədvəlini- Qlobal İnnovasiya İndeksini açıqlayıb. Reytinq cədvəlindən görünür ki, Azərbaycan innovasiyalar sahəsində ötən ilə nisbətən 6 pillə geriləyərək 95-ci yerdə qərarlaşıb.
 
Xeberler.az məlumat verir ki, məsələyə Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz münasibət bildirib:
 
"İnnovasiyaların inkişafı sahəsində Azərbaycan 6 pillə geriləyib. Amma nədənsə bu vəziyyət mediaya Azərbaycanın irəliləməsi kimi təqdim edilib".
 
Ekspertin sözlərinə görə, bu hesabatla bağlı ötən həftə mediada yayılan məlumatlar “Azərbaycan “Qlobal İnnovasiya İndeksi"ndə 15-ci yerə yüksəlib” başlığı altında olub.
 
Qlobal İnnovasiyalar İndeksi 2024” hesabatında region ölkələrinin innovasiyanın inkişafı üzrə sıralaması və ötən illə müqayisədə dinamika aşağıdakı kimi olub :
1. Türkiyə 37-ci yer (+2)
2. Gürcüstan 57-ci yer (+8)
3. Rusiya 59-cu yer (-8)
4. Ukrayna 60-cı yer (-5)
5. Ermənistan 63-cü yer (+9)
6. İran 64-cü yer (-2)
7. Qazaxıstan 78-ci yer (+3)
8. Özbəkistan 83-cü yer (-1)
9. Belarus 85-ci yer (-5 )
10. Azərbaycan 95-ci yer (-6)
11. Qırğızıstan 99-cu yer (+7)
12. Tacikistan 107-ci yer (+4)
 
Osman Gündüzün sözlərinə görə, Gürcüstan, Qazaxıstan, Ermənistan və Qırğızıstanda daha çox dinamika olub:
 
Ekspert bildirib ki, yetərincə nüfuzlu olan “Qlobal İnnovasiyalar İndeksi 2024" –də 6 pillə geriləyərək 89-cu yerdən 95-ci yerə enməyimiz çox təəssüf doğuran bir haldır. Düşünürəm ki, bu, ciddi müzakirə predmeti olmalıdır:
 
"Son 5 ildə dərc olunan hesabatlardan görsənir ki, bu sektorda bəzi illərdə bir neçə pillə yükəslmə olsa da, ümumilikdə daha aşağı yerllərə enmişik. Bu, güman ki həm də onun göstəricisidir ki, digər ölkələr də “YATMAYIBLAR”, biz yerimizdə “OTURANDA”, hansısa sənədin “RAZILAŞDIRMASINA” uzun zamanlar sərf edəndə onlar daha dinamik olublar".
 
Qeyd edək ki, bu hesabat “İnnovasiya resursları” (institutlar, insan kapitalı və elm, infrastruktur, bazarın inkişafı və biznesin inkişafı) və “innovasiya nəticələri" (bilik və texnologiyaların yayılması, yaradıcə fəaliyyətin nəticələri) alt indeksləri üzrə ölkələrdəki faktiki nəticələri əks etdirir.
 
Reytinqdən görünən odur ki , ölkənin innovasiya resursları üzrə sıralaması 82-ci yerdə, innovasiya nəticələri üzrə isə 20 pillə geridə, 101-ci yerdədir.
 
Osman Gündüz qeyd edib ki, ölkəmizdə innovasiya sahəsində mövcud potensialdan istifadə vəziyyəti səmərərəli və effektiv deyil.
 
Ekspert bildirib ki, hesabatı hazırlayanlar Azərbaycanın güclü və zəif tərəflərini də hazırlayıblar.
 
Azərbaycanın güclü tərəfləri aşağıdakıalrdır:
1. Biznes siyasətinin sabitliyi (19-cu yer)
2. Şagird-müəllim nisbəti (20-ci yer)
3. Əmək məhsuldarlığının artımı (28-ci yer)
4. Universitet-sənaye əməkdaşlığı (30-cu yer)
5. Elmi və texniki məzunlar (45-ci yer)
6. Tədqiqatçıların sayı (45-ci yer)
7. Patent tətbiqləri (50-ci yer)
 
Azərbaycanın zəif tərəfləri aşağıdakıalrdır:
1. Xarici birbaşa investisiyalar (128-ci yer):
2. Yüksək texnologiyalı idxal və ixrac (126-cı və 114-cü yerlər)
3. Özəl sektorun kreditləşdirilməsi (117-ci yer):
5. Ümumi kapital yatırımı (112-ci yer)
6. İstehsalat və ixrac mürəkkəbliyi (111-ci yer)
7. Risk kapitalı investisiyası (106-cı yer):
8. Qanunların aliliyi (105-ci yer)
9. Tədqiqat və inkişaf xərcləri (95-ci yer)
10. Elektron iştirakçılıq (92-ci yer)
11. Tənzimləyici keyfiyyət (78-ci yer)
12. Hökumətin effektivliyi (73-cü yer)
 
Osman Gündüzün sözlərinə görə, BMT-nin bir neçə gün öncə açıqlanan “Elektron hökumət indeksi 2024” hesabatında 9 pillə irəlilədiyimiz halda bu reytinqdə geriləməyimiz xeyli düşündürücüdür.
 
Qeyd edək ki, innovasiya sahəsində ölkəmizin son beş ildəki vəziyyəti aşağıdakı kimi olub :
2020: 82-ci yer
2021: 80-ci yer
2022: 93-cü yer
2023: 89-cu yer
2024: 95-ci yer
 
Görəsən Azərbaycanın innovasiya sahəsində cari ildə geriləməsinə kim, yaxud kimlər məsuliyyət daşıyır?
 
Osman Gündüzün ümid edir ki, Prezident Administrasiyası, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya da baş verənlərin fərqindədir:
 
"İnnovasiya sektorunun əsas qurumu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyidir. Əlbəttə, bu sahədə fəaliyyətin təşkili, əlaqələndirilmə və tənzimləmədə qurumdan gözləntilər hədsiz çoxdur. Lakin “Qlobal İnnovasiyalar İndeksi 2024” indikatorları bir çox sahələri (innovasiya və rəqəmsal sektor, elm və təhsil sektoru, iqtisadiyyat, əqli mülkiyyət, mədəniyyət, qanunvericilik və s.) əhatə edir. Hesabatı hazırlayanlar bu indekslər üzrə datanı aidiyyatı üzrə müxtəlif mənbələrdən əldə edirlər.
Ona görə bu indekslər üzrə geriləməyə görə konkret bir qurumdan məsuliyyət tələb etmək də ədalətsilzlik olardı".
 
Ekspert düşünür ki, hesabatda sadalanlarla əlaqəli olan RİNN, İRİA, KOBİA, ETN, ASAN, Mədəniyyət Nazirliyi, Əqli Mülkiyyət Agentliyi və digər əlaqəli qurumlar bu nəticələri ciddi analiz etməlidirlər. Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyi əlaqəli qurumların və maraqlı tərəflərin iştriakı ilə müzakirə təşkil etməli və geriləmə ilə bağlı konkret sahələr üzrə məsul şəxslərdən hesabatlar tələb olunmalıdır".
 
Sonda Osman Gündüzün sözlərinə görə, hesabatdan çıxan nəticə budur ki, Azərbaycan bu sahədə vəziyyəti yaxşılaşdırmaq üçün innovasiya nəticələrini artırmalı, xarici investisiyalar cəlb edilməli, kiçik biznes və startaplar üçün investisiya əlçatanlığı gücləndirilməli, İT məhsulların ixracı artıırlmalı, tədqiqatlara güclü resurslar ayrımalıdır və s.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə