Previous Next
Bağla

Sinqapurun rəqəmsal inkişaf təcrübəsi araşdırılıb

16-04-2025 18:12
Sinqapurun rəqəmsal inkişaf təcrübəsi araşdırılıb

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təşəbbüsü ilə keçirilən “Rəhbərlər üçün rəqəmsal akademiya” proqramının növbəti strateji sessiyası Sinqapurda baş tutub. İki gün davam edən sessiyada Azərbaycanın 10 dövlət qurumundan rəhbər şəxslər iştirak ediblər.

Xeberler.az məlumat verir ki, proqram çərçivəsində Sinqapurun müxtəlif dövlət qurumları və araşdırma mərkəzlərinin aparıcı ekspertləri ilə rəqəmsallaşmanın dövlət idarəçiliyinə təsiri, vətəndaşyönümlü rəqəmsal məhsullar, süni intellekt və kibertəhlükəsizlik məsələləri təhlil edilib, həmçinin iki ölkənin strateji yanaşması ilə bağlı fikir mübadiləsi aparılıb.

Sessiyanın ilk günündə İRİA-nın sədr müavini Şahin Əliyev çıxışında “Rəqəmsal akademiya”nın Sinqapurda keçirilməsinin xüsusi əhəmiyyətini vurğulayıb: “Sinqapur BMT-nin Elektron Hökumətin İnkişafı İndeksində 3-cü yerdə olan ölkədir və Azərbaycan da son hesabatda ən yüksək göstəriciləri olan inkişaf etmiş ölkələrlə bir qrupda yer alıb. Beləliklə, ölkələrimiz dövlət sektorunun rəqəmsallaşmasında zəngin təcrübəyə malikdir və “Rəqəmsal akademiya” bu təcrübənin təhlil edilməsi baxımından mühüm rol oynayır”.

Daha sonra Sinqapur Milli Universitetinin Li Kuan Yu Dövlət Siyasəti Məktəbinin professoru Yakob İbrahim Sinqapurun rəqəmsal transformasiya tarixi, rəqəmsallaşmanın dövlət idarəçiliyinə, iqtisadiyyat və cəmiyyətə təsiri mövzusunda təqdimat edib. Sinqapurun Dövlət Texnologiyaları Agentliyinin (GovTech) nümayəndəsi Dominik Çan Sinqapurun rəqəmsal transformasiyasında aparıcı rol oynayan faktorlar, “Smart Nation” təşəbbüsü, vətəndaşyönümlü “LifeSG”, “GoBusiness” “Sinpass” kimi rəqəmsal məhsulların inkişaf etdirilməsindən danışıb.

Növbəti çıxış zamanı “JTC Corporation” şirkətinin baş icraçı direktoru Jaklin Po rəqəmsallaşma kontekstində dəyişikliyin idarə edilməsi və dövlət qurumlarının dəyişikliyə adaptasiyası ilə bağlı Sinqapur təcrübəsindən nümunələr təqdim edib. Sinqapur Milli Universitetinin Sistem Elmi İnstitutunun ekspertlərinin iştirakilə keçən müzakirə zamanı rəqəmsal transformasiya prosesində standartlaşma, təlimlərin əhəmiyyəti kimi mövzular üzrə fikir mübadiləsi aparılıb.

Sessiyanın ikinci günündə şəhərsalmada rəqəmsal transformasiya, süni intellektin dövlət xidmətlərində tətbiqi, həmçinin rəqəmsal infrastrukturun qorunmasında kibertəhlükəsizliyin əhəmiyyəti ilə bağlı mövzular müzakirə edilib. Belə ki, Sinqapur Şəhərsalmanın İnkişafı Agentliyində təşkil olunan görüşdə nəqliyyatın intellektual idarə edilməsi və data əsaslı qərarvermə strategiyaları təhlil edilib. “AI Singapore” ilə keçirilən sessiyada Sinqapurun süni intellekt strategiyası, bu texnologiyanın dövlət idarəçiliyində tətbiqi üzrə real nümunələr araşdırılıb. Sinqapurun Kibertəhlükəsizlik Agentliyinin inkişaf üzrə baş direktor müavini Çua Kuan Seah ilə keçirilən müzakirə, artan rəqəmsallaşma fonunda kibertəhlükəsizlik səylərinin milli səviyyədə əlaqələndirilməsinin vacibliyinə həsr olunmuşdu. Müzakirə zamanı kibertəhlükə mənzərəsinin dəyişməsi, kritik informasiya infrastrukturunun qorunması və kibertəhlükəsizlik üzrə insan kapitalının inkişaf etdirilməsi kimi mühüm mövzular üzrə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, “Rəqəmsal akademiya”nın strateji sessiyasında nazir müavinləri, dövlət qurumları rəhbərlərinin müavinləri və müşavirlər də daxil olmaqla indiyədək 43 dövlət qurumundan 57 nəfər rəhbər kadr iştirak edib. Bu təşəbbüsün davamı olaraq, proqram çərçivəsində bir sıra səfərlər həyata keçirilib. Bu il yanvarın 27-28-də rəhbər şəxslərin iştirakı ilə Almaniya Federativ Respublikasına (Berlin şəhəri) səfər edilib və aprelin 23-24-də Səudiyyə Ərəbistanı Krallığına səfər nəzərdə tutulub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycan Səudiyyə Ərəbistanı ilə əməkdaşlıq edəcək

Azərbaycan Səudiyyə Ərəbistanı ilə əməkdaşlıq edəcək

05-05-2025
“Rəqəmsal akademiya” proqramının strateji sessiyası başa çatıb

“Rəqəmsal akademiya” proqramının strateji sessiyası başa çatıb

03-07-2025
“Rəhbərlər üçün Rəqəmsal Akademiya”nın növbəti sessiyası Almaniyada keçirilib

“Rəhbərlər üçün Rəqəmsal Akademiya”nın növbəti sessiyası Almaniyada keçirilib

31-01-2025
İRİA və Çad Respublikası rəqəmsal inkişaf üzrə əməkdaşlığı müzakirə edib

İRİA və Çad Respublikası rəqəmsal inkişaf üzrə əməkdaşlığı müzakirə edib

17-03-2026
“4-cü Milli Kibertəhlükəsizlik Forumu” işə başlayıb

“4-cü Milli Kibertəhlükəsizlik Forumu” işə başlayıb

04-06-2026
“Azərbaycanda Rəqəmsal İnkişaf Konsepsiyası” müzakirə edilib

“Azərbaycanda Rəqəmsal İnkişaf Konsepsiyası” müzakirə edilib

22-04-2025
İRİA rəhbər şəxslər üçün kibertəhlükəsizlik təlimləri təşkil edib

İRİA rəhbər şəxslər üçün kibertəhlükəsizlik təlimləri təşkil edib

06-03-2025
Azərbaycan və İsrail arasında innovasiya sahəsində əməkdaşlıq genişlənir.

Azərbaycan və İsrail arasında innovasiya sahəsində əməkdaşlıq genişlənir.

09-04-2025
Akademik: Milli Kibertəhlükəsizlik Agentliyi ölkədə kibertəhlükəsizlik sistemini gücləndirəcək

Akademik: Milli Kibertəhlükəsizlik Agentliyi ölkədə kibertəhlükəsizlik sistemini gücləndirəcək

16-06-2026
Rəqəmsal tranformasiya üzrə təlim proqramı bu gün yekunlaşır

Rəqəmsal tranformasiya üzrə təlim proqramı bu gün yekunlaşır

08-12-2023
Dövlət qurumlarının rəhbər nümayəndələri üçün kibertəhlükəsizlik seminarı keçirilib

Dövlət qurumlarının rəhbər nümayəndələri üçün kibertəhlükəsizlik seminarı keçirilib

17-06-2025
"Rəqəmsal liderlik" proqramının növbəti görüşü Naxçıvanda baş tutub

"Rəqəmsal liderlik" proqramının növbəti görüşü Naxçıvanda baş tutub

21-10-2025
Dövlət Xidməti kiberdiplomatiya sammitində iştirak edib

Dövlət Xidməti kiberdiplomatiya sammitində iştirak edib

13-03-2026
İRİA “Mastercard”la Anlaşma Memorandumu imzalayıb

İRİA “Mastercard”la Anlaşma Memorandumu imzalayıb

08-05-2026
Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçiriləcək

Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçiriləcək

21-05-2026
RİNN-də Çadın rabitə, rəqəmsal iqtisadiyyat və rəqəmsallaşma naziri ilə görüş keçirilib

RİNN-də Çadın rabitə, rəqəmsal iqtisadiyyat və rəqəmsallaşma naziri ilə görüş keçirilib

29-01-2026
Slovakiya ilə kibertəhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə edilib

Slovakiya ilə kibertəhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə edilib

08-10-2025
Milli kibertəhlükəsizlik ekosisteminin formalaşmasının elmi problemləri araşdırılır

Milli kibertəhlükəsizlik ekosisteminin formalaşmasının elmi problemləri araşdırılır

13-04-2026
"Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri" konfransı keçirilib

"Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri" konfransı keçirilib

06-06-2026
“Youth Cyber Forum” keçirilib

“Youth Cyber Forum” keçirilib

25-02-2026
II Beynəlxalq “Caspian Innovation Forum”u keçirilib

II Beynəlxalq “Caspian Innovation Forum”u keçirilib

04-12-2025
“Rəqəmsal liderlik” proqramının Şuşa görüşündə “Rəqəmsallaşma üzrə Yol Xəritəsi” təqdim edilib

“Rəqəmsal liderlik” proqramının Şuşa görüşündə “Rəqəmsallaşma üzrə Yol Xəritəsi” təqdim edilib

12-07-2024
RİNN-də Koreyanın İKT-nin Təşviqi Assosiasiyasının sədr müavini ilə görüş olub

RİNN-də Koreyanın İKT-nin Təşviqi Assosiasiyasının sədr müavini ilə görüş olub

26-08-2025
Nazir Britaniyanın elm, innovasiya və texnologiyalar nazirinin müavini ilə görüşüb

Nazir Britaniyanın elm, innovasiya və texnologiyalar nazirinin müavini ilə görüşüb

05-03-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə