Previous Next
Bağla

Səudiyyə Dəmiryolları Huawei ilə əməkdaşlıq edəcək

26-07-2019 10:24
Səudiyyə Dəmiryolları Huawei ilə əməkdaşlıq edəcək

Xeberler.az bildirir ki, Səudiyyə Ərəbistanı Dəmiryolları krallıq ərazisində intellektual dəmiryol və rəqəmsal transformasiyaların inşası nəzdində informasiya kommunikasiya texnologiyaları sahəsində lider şirkət sayılan “Huawei” ilə əməkdaşlıq edəcək. Bu günlərdə bu ikitərəfli əməkdaşlıq ilə bağlı Səudiyyə Ərəbistanında baş tutan rəsmi tədbirdə Səudiyyə Dəmiryollarının direktoru Dr.Bəşər Əl-Malik və “Huawei Tech Investment” Səudiyyə Ərəbistanın baş direktoru Dennis Janq arasında strateji saziş imzalandı.

Yeni razılaşmaya əsasən, Səudiyyə Ərəbistanı və “Huawei” şirkəti intellektual dəmiryollarının inşası, yeni nəsil dəmiryol internet şəbəkəsinin qurulması, əşyaların interneti, süni zəka, bulud hesabları və Səudiyyə dəmiyollarında 5G şəbəkəsinin təşkili sahəsində əməkdaşlıq edəcəklər. İkitərəfli əməkdaşlıq çərçivəsində həmçinin innovativ dəmiryollarında İKT həlləri mövzulu təlimlər də keçiriləcək ki, bu da Səudiyyə Ərəbistanı dəmiryolları ərazisində fərqli, keyfiyyətli və etibarlı xidmət göstərməyə təkan verəcək.

Bunlardan əlavə, “Huawei” şirkəti Səudiyyə Ərəbistanı Dəmiryollarının baş qərargahında İKT yol xəritəsinə daxil olan və rəqəmsal eranın mərkəzində dayanan bir neçə effektli texnologiya və innovativ həllər nümayiş etdirib. Bunlar özündə süni zəka dəstəkli İKT infrastrukturu, “All Flash” yaddaşı, kampus şəbəkəsi, bulud data mərkəzi, proqram dəstəkli qlobal internet şəbəkəsi (WAN), aktiv xəta bərpası və intellektual video-müşahidə kimi xüsusiyyətləri birləşdirir.

Tədbir əsnasında D.Janq bildirib: “Biz xüsusi olaraq Ərəb Krallığı üçün düşünülmüş unikal sistemli ağıllı dəmiryol şəbəkəsinin inşası istiqamətində Səudiyyə Ərəbistanı Dəmiryolları ilə birgə əməkdaşlıqdan məmnunuq”. Daha sonra o, “Bu, ölkənin inkişafına əhəmiyyətli təsir göstərəcək irimiqyaslı infrastruktur layihəsidir və bu layihənin həyata keçirilməsi üçün partnyor şirkət olaraq seçildiyimizə, burada öz texnologiyalarımızı tətbiq edəcəyimizə görə qürur duyuruq” deyə əlavə edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Müsəlman ölkələri rəqəmsal əməkdaşlıq təşkilatı yaradıb

28-11-2020

Skype-dan istifadə qadağası aradan qaldırılıb

15-09-2017

4 ölkə ilə gömrük sahəsində elektron məlumat mübadiləsi müzakirə edilib

09-02-2023

Səudiyyə Ərəbistanında ekstremist çatdan istifadə edən beş istifadəçini həbs ediblər

11-09-2008

ABŞ Ərəb ölkələrinə yarımkeçiricilərin satışını təsdiqləyib

20-11-2025

Səudiyyə Ərəbistanı "Halal Çatbot" Təqdim Edib

07-10-2025

4-cü Beynəlxalq Səudiyyə Ərəbistanı Media Forumu keçiriləcək

14-01-2025

Azərbaycan startapları Səudiyyə Ərəbistanında yeni akselerasiya proqramına qatıla bilər

19-10-2024

Azərbaycan Səudiyyə Ərəbistanı ilə əməkdaşlıq edəcək

05-05-2025

Nvidia Səudiyyə Ərəbistanının süni intellekt startapı ilə saziş imzalayıb

15-05-2025

Dünyada ilk-robota vətəndaşlıq verildi

27-10-2017

Səudiyyə kralı "Facebook"u neçəyə almaq istəyir?

28-02-2011

Zəvvarlar rəqəmsal şəxsiyyət vəsiqəsindən istifadə edə biləcəklər

04-05-2026

Dövlət Xidmətinin rəisi "Huawei" şirkətinin vitse-prezidenti ilə görüşüb

04-11-2023

ASAN Viza vasitəsilə 184 ölkə vətəndaşına elektron viza verilib

11-07-2019

SoftBank süni intellektlər üçün fond yaradıb

29-07-2019

KOBİA startapların inkişafı üçün yeni proqramlar tətbiq edəcək

01-12-2025

Növbəti Beynəlxalq Astronavtika Konqresi Türkiyədə keçiriləcək

06-10-2023

ETN-nin nümayəndə heyəti “Huawei”nin texnoloji yenilikləri ilə tanış olub

13-02-2026

“Huawei” BDU-da rəqəmsal təhsil və idarəetmə sistemləri ilə bağlı təqdimat edib

17-07-2025

Əcnəbilərə 700 mindən çox ASAN Viza verilib

16-08-2018

"BlackBerry"yə sarsıdıcı zərbə

04-08-2010

Azərbaycan İKT üzrə məsul qurum rəhbərlərinin 4-cü görüşündə təmsil olunub

18-06-2025

BDU ilə “Huawei” arasında əməkdaşlıq memorandumu imzalanıb

30-09-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə