Previous Next
Bağla

Azərbaycan Texniki Universiteti Yüksək Texnologiyalar Parkı ilə əməkdaşlıq edəcək

07-06-2018 18:15
Azərbaycan Texniki Universiteti Yüksək Texnologiyalar Parkı ilə əməkdaşlıq edəcək

İyunun 7-də Azərbaycan Texniki Universiteti (AzTU) və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) Yüksək Texnologiyalar Parkı – YT Park MMC arasında əməkdaşlığa dair memorandum imzalanıb.
 
Xeberler.az bildirir ki, AzTU-da keçirilən imzalanma mərasimində universitetin rektor əvəzi, professor Xalıq Yahudov çıxış edərək bildirib ki, Azərbaycanda texnoloji sahənin inkişafı əsas prioritetlərdəndir. Bu mənada AzTU ilə NRYTN-in əməkdaşlığının kadr potensialının gücləndirilməsinə böyük töhfə verəcəyini deyən Xalıq Yahudov YT Park-la birgə strateji addımlar atılacağını qeyd edib.
 
NRYTN-in İnformasiya cəmiyyətinin və elektron idarəçiliyin innovativ inkişafı şöbəsinin müdiri Rəşad Əzizov isə çıxışında ali təhsil müəssisələri ilə istehsalat sahələrinin inteqrasiyasına diqqət çəkib. O bildirib ki, hazırda NRYTN müvafiq ekosistemin formalaşdırılması üçün lazımi addımlar atır.   
 
Yüksək Texnologiyalar Parkının direktoru Tural Kərimli isə qeyd edib ki, kadr potensialının gücləndirilməsi üçün ali təhsil müəssisələri ilə istehsalat sahələrinin əməkdaşlığı vacibdir. Onun sözlərinə görə, Yüksək Texnologiyalar Parkı bu istiqamətdə sistemli işlər aparır. 
 
Qeyd edək ki, ilkin mərhələdə 5 illik müddəti əhatə edən əməkdaşlıq memorandumunda elmi-texniki innovasiya sahəsində əməkdaşlıq, müştərək layihələrin hazırlanması və icrası, elmi-texniki informasiya mübadiləsinin həyata keçirilməsi, mütəxəssis hazırlığında gənc kadrların motivasiya edilməsi, gənc startapçıların yetişdirilməsi, dünya əmək bazarının tələblərinə uyğun, müasir düşüncəli, mütərəqqi texnologiyaların yaradılması və tətbiqini mənimsəyən mütəxəssislərin hazırlanması kimi məsələlər əksini tapıb.
 
Razılaşmaya əsasən, Yüksək Texnologiyalar Parkı texniki bacarıqları müəyyən etmək, müvafiq bazara çıxış proqramları ilə təminat, təhsil fəaliyyəti üçün birgə əməkdaşlıq, birgə proqramlarda tələbələri YTP-nin zəruri resursları ilə təmin etmək və bu kimi digər öhdəlikləri öz üzərinə götürüb.
 
AzTU isə YT Park-ın məqsəd və vəzifələrinin reallaşdırılması istiqamətində respublikada və xarici ölkələrdə həyata keçirdiyi tədbirlərdə, o cümlədən elm-təhsil layihələrində, konfranslar, seminarlar, “dəyirmi masa”lar və disputlarda universitetin müəllimləri, tələbə və tədqiqatçılarının iştirakının təmini, YT Park-ın mütəmadi olaraq universitetin çap məhsulları (məcmuələr, dərsliklər, tədris vəsaitləri və s.) ilə təmin edilməsi, müxtəlif elm sahələri üzrə yerli və xarici ölkə mütəxəssislərinin universitetdə mühazirə, təlim və görüşləri üçün şərait yaratmaq missiyalarını öz üzərinə götürüb.
 
Bundan əlavə, razılaşmaya görə, universitet YT Park-ı müəyyən olunmuş ixtisaslarda təhsil alan tələbələrin göstərdikləri nəticələrlə bağlı məlumatlarla da təmin edəcək. 
 
İmzalanma mərasimindən sonra Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndələri Azərbaycan Texniki Universitetinin tədris laboratoriyaları, patentləşdirilmiş ixtiraları, eləcə də universitet alimlərinin elmi-tədqiqat işləri ilə tanış olublar.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

UNEC Yüksək Texnologiyalar Parkı ilə əməkdaşlıq edəcək

23-10-2018

AzTU-nun mütəxəssisləri NRYTN-nin Yüksək Texnologiyalar Parkında olublar

19-09-2018

Azercell-in Barama Mərkəzi və Yüksək Texnologiyalar Parkı arasında memorandum imzalandı

23-10-2018

Qərb Universiteti xarici şirkətlə memorandum imzalayıb

06-03-2018

AzTU-nun startap komandaları Bakutel-2018 sərgisində iştirak edəcəklər

01-11-2018

Hazırda “Yüksək Texnologiyalar Parkı”nın formalaşdırılması üzrə təşkilati məsələlərin həlli istiqamətində işlər aparılır

14-06-2013

Elm və təhsilin inteqrasiyasına dair Memorandum imzalanıb

25-01-2024

Yüksək Texnologiyalar Parkı “Protechservice” MMC ilə əməkdaşlıq edəcək

08-08-2022

Mingəçevir Dövlət Universiteti ilə İnnovasiya Agentliyi memorandum imzalayıb

22-12-2019

Telko məzmun doğma dildə

03-12-2018

AzTU ilə “Baykar Texnoloji Azərbaycan” arasında memorandum imzalanıb

11-04-2025

Kumok Park Yüksək Texnologiyalar Parkını ziyarət edib

08-08-2018

“Azərkosmos” kosmik təhsil sahəsində yeni əməkdaşlığa imza atıb

25-04-2025

“Future Lab” ilə YTP arasında niyyət protokolu imzalanıb

20-02-2025

YTP və ölkənin aparıcı universitetləri strateji əməkdaşlığa imza atıb

14-02-2025

Startap mövzusunda seminar keçirilib

27-06-2018

Elm-təhsil və texnologiyalar birliyi yaradılır

03-06-2015

Deloitte şirkəti Fast-track akselerasiya proqramına qoşulur

06-10-2018

Azərbaycanda elektron hökumətlə bağlı konfrans keçirilir-Foto

18-04-2017

Kibertəhlükəsizlik sahəsində fərqlənən tələbələr mükafatlandırılıb

07-07-2025

Nazirlikdə təhlükəsizliklə bağlı yeni mərkəz yaradıldı

20-12-2015

Bakıda Startap Günləri keçirilir-Foto

06-04-2018

Elmi innovasiyalar üzrə konfrans keçirilib

07-05-2018

AKTA və AzTU yeni layihəyə başladı

12-09-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə