Previous Next
Bağla

Azərbaycanda elektron hökumətlə bağlı konfrans keçirilir-Foto

18-04-2017 13:09
Azərbaycanda elektron hökumətlə bağlı konfrans keçirilir-Foto

Azərbaycanda elektron hökumətlə bağlı təşkil edilən konfrans  Azərbaycan Texniki Universiteti (AzTU) işə başlayıb.

Xeberler.az-ın məlumatına görə, bu gün AzTU-da” Elektron imza İnformasiya Cəmiyyətinin (Elektron hökumətin) vacib atributudur: Elektron imza tətbiqinin üstünlükləri və aktual problemləri” mövzusunda Respublika Elmi-Praktiki konfransına start verilib.

Konfransı giriş sözü ilə açıq elan edən AzTU-nun rektor əvəzi Xalıq Yahudov bildirib ki, elmi toplantı Azərbaycanda ilk dəfədir ki, reallaşdırılıb.

Rektor əvəzi  bu gün ölkədə “Asan imza” brendinin geniş vüsət aldığına diqqət çəkib.

Universitet rəsmisi  qeyd edib ki, “Asan imza”dan istifadə insanlara vaxt itkisinin qarşısını almaqla yanaşı məmur-vətəndaş əlaqəsinin kəsilməsi yolu ilə neqativ halların aradan qaldırılmasına da geniş imkan yaradır.

 Bu baxımdan Elektron imzanı İnformasiya Cəmiyyətinin ən vacib atributu adlandıran Xalıq Yahudov bu sahədə olan çətinliklərin aradan qaldırılmasında konfransın böyük əhəmiyyət kəsb etdiyini deyib.

Konfransın Plenar İclasının çıxışçısı, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) “Elm, texnologiya və informasiya cəmiyyətinin inkişafı” şöbəsinin müdiri İsbəndiyar Əliyev “Azərbaycanda elektron hökumət: mövcud vəziyyət və inkişaf perspektivləri adlı məruzəsində bu sahədə tərəqqi üçün konkret hədəflərin müəyyən olunmasının vacibliyinə diqqət çəkib.

Digər məruzəçi, Dövlət Gömrük Komitəsinin Fəaliyyətinin Qiymətləndirilməsi və İnkişaf Proqramları baş idarəsinin rəisi, Layihələrin idarə edilməsi Assosiasiyasının prezidenti, general-mayor İqbal Babayevsə “Elektron hökumət proqramı çərçivəsində layihələrin idarə edilməsi prinsipləri: reallıqlar və perspektivlər” mövzusunda çıxış edib.

Məruzəçi “Elektron hökumət” sahəsində həyata keçirilən layihələrin yaxşı perspektivlər vəd etdiyini vurğulayıb.

Multimediya İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz də çıxışında “Elektron hökumət”in qısa zamanda böyük nailiyyətlər qazandığını qeyd edib.

Osman Gündüz “Elektron hökumətin məntiqi davamı olan açıq hökumətin inkişaf istiqamətləri” adlı məruzəsində internet resursları üzərindən şəffaflığın daha sürətli şəkildə yayıldığını vurğulayıb.

Plenar iclasdan sonra konfransın işi bölmə iclaslarında davam etdirilib. Müxtəlif ali təhsil müəssisələrindən, aidiyyatı nazirliklərdən, komitə və təşkilatlardan nümayəndələrin iştirak etdiyi konfransa ümumilikdə 90 məqalə təqdim olunub. Konfrans 2 gün davam edəcək və sonda yekun iclası keçirilərək əldə edilən nəticələr müzakirə olunacaq.

Günel

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Elmi innovasiyalar üzrə konfrans keçirilib

07-05-2018

Azərbaycan Texniki Universiteti Yüksək Texnologiyalar Parkı ilə əməkdaşlıq edəcək

07-06-2018

AzTU-nun startap komandaları Bakutel-2018 sərgisində iştirak edəcəklər

01-11-2018

“Mütərəqqi texnologiyalar və innovasiyalar” mövzusunda konfrans keçirilir

29-04-2026

“Elektron hökumət” mövzusunda seminar keçirilib

02-03-2017

Elektron hökumət üzrə iki günlük kurs başladı

17-03-2015

“Asan İmza” Polşada təqdim edilib

12-06-2015

Estoniyada “e-İdarəçilik” üzrə beynəlxalq konfrans keçirilir

12-05-2015

Elektron Hökumət üzrə İcra Qrupunun birinci görüşü keçirilib

28-02-2019

Tələbələrə portalın xidmətləri barədə məlumat verilib

16-12-2015

ASAN E-gov modeli Tallin E-hökumət 2018 konfransında iştirak edib

30-05-2018

Nazirlikdə təhlükəsizliklə bağlı yeni mərkəz yaradıldı

20-12-2015

“Asan İmza” Romada təqdim edildi

06-05-2015

“Asan İmza” Londonda nüfuzlu tədbirdə təqdim edilib

14-05-2016

“Elektron elm”in formalaşması məqsədilə müəssisə və təşkilatları elektron imza əldə etməlidir

10-05-2013

Tibb sahəsində İKT-nin tətbiqi müzakirə olunacaq

20-04-2016

“Elektron Hökumət” üzrə ixtisasartırma kursları təşkil olunub

20-02-2015

“B.EST Solutions” şirkəti Estoniyada keçirilən İKT həftəsində

13-05-2015

“Elektron Hökumət və gənclər” seminarı keçirilib

01-12-2015

AzTU-da “6-cı CODE Beynəlxalq Bakı 2023” mövzusunda konfrans keçirilib

05-05-2023

“Elektron dövlət quruculuğu problemləri” konfransı keçirilib

04-12-2014

E-hökumət müsabiqəsinin qalibləri mükafatlandırılıb

26-12-2017

Avstriya Azərbaycanda mobil hökumətlə maraqlanır

15-07-2017

Elektron hökumət sahəsində səlahiyyətlər yenidən bu nazirliyə qaytarıldı

24-11-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə