Previous Next
Bağla

Startap mövzusunda seminar keçirilib

27-06-2018 16:00
Startap mövzusunda seminar keçirilib

Xəbər verdiyimiz kimi Silikon Vadisinin təmsilçisi Riçard Rasmussen Azərbaycanda bizness seminarları keçirir.

Xeberler.az bildirir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Social Innovation Lab İnnovasiya Mərkəzinin birgə təşkilatçılığı ilə iyunun 27-də Azərbaycan Texniki Universitetində İdeyadan biznesə layihəsi çərçivəsində seminar keçirilib.

Seminarda qonaqları salamlayan AzTU-nun prorektoru, professor Sübhan Namazov Azərbaycanda startap layihələrin və təsisatların formalaşdırılması ilə bağlı son illər görülən işlərə nəzər salaraq qısa zaman ərzində yüksək nəticələr əldə olunduğunu qeyd edib. O, NRYTN-in Yüksək Texnologiyalar Parkı ilə Azərbaycan Texniki Universiteti arasında imzalanan əməkdaşlıq müqaviləsinə diqqət çəkərək bildirib ki, Texnoparkın ali təhsil müəssisələri ilə əməkdaşlığı startap mühitinin formalaşdırılması üçün vacib amildir.

Prorektor 1 aydan az vaxtdır ki, həyata keçirilən əməkdaşlıq nəticəsində artıq ikinci uğura imza atıldığını vurğulayıb: “Bir neçə gün öncə bizim alimlərin ixtiraları Yüksək Texnologiyalar Parkının təşəbbüsü ilə önəmli sərgilərdən biri olan nəqliyyat və logistika sərgisində nümayiş olundu. Mühüm şəxslər, eləcə də ictimaiyyət bir daha bu ixtiralarla, onların əhəmiyyəti ilə bağlı məlumatlandırıldı. Bu görüş isə əməkdaşlığa başladığımız 1 ay ərzində bizim ikinci işimizdir. Düşünürəm ki, əməkdaşlığımızdan da istifadə edərək birgə uğurlarımızın sayı artacaq”.

NRYTN-in İnformasiya cəmiyyətinin və elektron idarəçiliyin innovativ inkişafı şöbəsinin müdiri Rəşad Əzizov çıxışında seminarın əhəmiyyətini vurğulayıb. O bildirib ki, Rik Rasmussen ABŞ-ın Silikon Vadisində, eləcə də Kanadada ən məşhur startap ekspertidir: “Rik Rasmussenin ölkəmizdə olması və tələbələrlə təcrübələrini bölüşməsi çox sevindiricidir. Düşünürəm ki, tələbələr bu görüşdən faydalı məlumatlar, startaplarla bağlı yeni metodlar əldə edəcəklər. Çox sevindirici haldır ki, bizim bugünkü görüşümüzdə AzTU tələbələri ilə yanaşı, “İdeyadan biznesə” startap turunun qalibi olan komandaların üzvləri də iştirak edir.

Kaliforniya Silikon Vadisinin və Berkli Universitetinin təmsilçisi spiker Riçard Rasmussen tərəfindən keçirilən seminar Lokal qalaraq qlobal əhəmiyyəti necə əldə etməli? mövzusuna həsr olunub.

Tədbir çərçivəsində erkən inkişaf mərhələsində olan yerli startapların sürətli böyümə strategiyası, bazar potensialı və digər aktual məsələlər qarşılıqlı olaraq müzakirə olunub.

Bundan başqa, Riçhard Rasmussenin iştirakı ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə yerli inkubatorların iştirakıyla bir sıra universitetlərdə də seminarlar davam edəcək. Tərəflər Azərbaycan və ABŞ-ın üzləşdiyi startap ekosistemi problemlərinin həlli yollarını araşdıracaqlar.

Qeyd edək ki, NRYTN-in dəstəyi və Rik Rasmussenin və yerli inkubatorların iştirakı ilə bir sıra universitetlərdə də seminarlar davam edəcək. Tərəflər Azərbaycan və ABŞ-ın üzləşdiyi startap ekosistemi problemlərinin həlli yollarını araşdıracaq.

Məlumat üçün bildirək ki, Riçard Rasmussen dünyanın ən böyük biznes ideya yarışması olam Climate Launchpad-ın beynəlxalq hakimlərindən biri rolunda çıxış edir.

 

 

Sevinc Baba-zadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Riçard Rasmussen Azərbaycanda bizness seminarları keçirir

Riçard Rasmussen Azərbaycanda bizness seminarları keçirir

27-06-2018
AzTU-nun startap komandaları Bakutel-2018 sərgisində iştirak edəcəklər

AzTU-nun startap komandaları Bakutel-2018 sərgisində iştirak edəcəklər

01-11-2018
Sabah növbəti Startap Günləri başlayır

Sabah növbəti Startap Günləri başlayır

05-04-2018
Azərbaycan Texniki Universiteti Yüksək Texnologiyalar Parkı ilə əməkdaşlıq edəcək

Azərbaycan Texniki Universiteti Yüksək Texnologiyalar Parkı ilə əməkdaşlıq edəcək

07-06-2018
Azərbaycanda YayFest təşkil olunub

Azərbaycanda YayFest təşkil olunub

19-07-2019
Daha üç uğurlu startap ideyası qalib oldu

Daha üç uğurlu startap ideyası qalib oldu

01-06-2018
Növbəti startap turunun qalibləri bəlli olub

Növbəti startap turunun qalibləri bəlli olub

03-10-2018
AzTU-nun mütəxəssisləri NRYTN-nin Yüksək Texnologiyalar Parkında olublar

AzTU-nun mütəxəssisləri NRYTN-nin Yüksək Texnologiyalar Parkında olublar

19-09-2018
Növbəti Startap Günlərinin keçiriləcəyi universitet açıqlandı

Növbəti Startap Günlərinin keçiriləcəyi universitet açıqlandı

28-02-2018
İKT sahəsində İnvestorlar Klubu yaradılıb

İKT sahəsində İnvestorlar Klubu yaradılıb

01-10-2018
Bakıda Startap Günləri keçiriləcək

Bakıda Startap Günləri keçiriləcək

07-02-2018
AzTU-da Startap Günləri ilə bağlı toplantı keçirilib

AzTU-da Startap Günləri ilə bağlı toplantı keçirilib

12-03-2018
Silikon Vadisində Azərbaycan İnnovasiyalar Evi yaradılacaq

Silikon Vadisində Azərbaycan İnnovasiyalar Evi yaradılacaq

17-01-2020
Sabah Startap Günləri başlayır- Nələr olacaq?

Sabah Startap Günləri başlayır- Nələr olacaq?

22-02-2018
Startap Günlərinə hazırlıqlar davam edir

Startap Günlərinə hazırlıqlar davam edir

11-02-2018
Bakıda Startap Günləri keçirilir-Foto

Bakıda Startap Günləri keçirilir-Foto

06-04-2018
İdeyadan biznesə startap turları başlayır

İdeyadan biznesə startap turları başlayır

15-09-2018
İdeyadan Biznesə startap turlarının final mərhələsi keçiriləcək

İdeyadan Biznesə startap turlarının final mərhələsi keçiriləcək

28-09-2019
Startap Günlərinin qalibləri seçilib-Foto

Startap Günlərinin qalibləri seçilib-Foto

27-05-2018
Növbəti Startap Günlərinə  hazırlıqlar davam edir

Növbəti Startap Günlərinə hazırlıqlar davam edir

07-03-2018
Azərbaycanlı startapçılar üçün yeni fürsət

Azərbaycanlı startapçılar üçün yeni fürsət

22-06-2023
ABŞ-da Azərbaycan İnnovasiyalar Evinin açılış mərasimi keçirilib

ABŞ-da Azərbaycan İnnovasiyalar Evinin açılış mərasimi keçirilib

20-02-2020
Bakıda Startap Günləri keçirilir-Foto

Bakıda Startap Günləri keçirilir-Foto

23-02-2018
İ2B-İdeyadan Biznesə layihəsinə 2 mindən çox startapçı qoşulub

İ2B-İdeyadan Biznesə layihəsinə 2 mindən çox startapçı qoşulub

19-10-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə