Azercell şirkəti Yüksək Texnologiyalar Parkının KİV nümayəndələri üçün təşkil etdiyi infosessiyada iştirak edib. Müasir texnoloji yenilikləri Azərbaycanın rabitə bazarında uğurla tətbiq edən “Azercell Telekom” MMC Yüksək Texnologiyalar Parkı - "YT Park" MMC-nin KİV nümayəndələri üçün təşkil etdiyi "Texnoloji mövzuların kütləvi informasiya vasitələrində işıqlandırılması" adlı info-sessiyaya da öz dəstəyini verib.
Xeberler.az bildirir ki, tədbiri açan Yüksək Texnologiyalar Parkının direktoru Tural Kərimli texnoloji mövzuların kütləvi informasiya vasitələrində işıqlandırılmasının əhəmiyyətli bir məsələ olduğunu və bununla bağlı işlərin görülməsinin zəruriliyini vurğulayıb, cəmiyyətin diqqətini intellektual movzulara yönləndirilməsi və ümumiyyətlə intellektual dəyərlərin, kontentin təbliğatına dair bütün mediani səfərbər olmağa cağırıb.
“Azercell Telekom" MMC-nin Korporativ Ünsiyyət şöbəsinin rəhbəri Nigar Şıxlinskaya tədbirdə iştirak edərək, "Telko məzmun doğma dildə; KSM Telko prizmasından" təqdimatı ilə çıxış edib, telekommunkasiyaya aid keyfiyyətli məzmunun Azərbaycan dilində yaradılması və yayımı, eləcə də internet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq mövzularında məruzə edib. Nigar Şıxlinskaya şirkətin bu yöndə həyata keçirdiyi layihələrdən və innovativ təşəbbüslərindən söz açıb, kommunikasiya sahəsində təcrübəsini media nümayəndələrilə bölüşüb. Həmçinin şirkət tərəfindən 2017-2018-ci illərdə Azercell-in telekommunikasiya sahəsində həyata keçirdiyi Korporativ Sosial Məsuliyyət və “İnternet təhlükəsizliyi və
rəqəmsal vətəndaşlıq"mövzusuna dair layihələrindən də bəhs edib.
Tədbirdə iştirak edən digər məruzəçilər – Barama Media şirkətinin direktoru Aynur Kərimova və Technote.az layihəsinin rəhbəri Fərid Pərdəşünas texnoloji məsələrlə bağlı informasiyanın ötürülməsində etibarlı mənbələrdən istifadə etməyin nə qədər önəmli olduğunu və bu tip xəbər yayımlarında yeni metodlardan istifadənin vacibliyini dilə gətiriblər. Həmçinin KİV vasitələrində xəbər yayımlarının yeni metodlarından, az müddətdə daha çox informasiya verməyin yollarından bəhs ediblər.
Məlumat üçün bildirək ki, Yüksək Texnologiyalar Parkı - "YT Park"MMC media nümayəndələrinə yardımçı olmaq məqsədilə texnoloji terminlərin izahı ilə bağlı lüğət hazırlayıb. Lüğət seminar iştirakçılarına da təqdim edilib. Seminar info-sessiya məruzəçiləri ilə KİV nümayəndələri arasında sual-cavabdan ibarət maraqlı müzakirələrlə yekunlaşıb.
Qeyd edək ki, Azercell Yüksək Texnologiyalar Parkı ilə əməkdaşlıq edir. İki qurum arasında imzalanan memoranduma əsasən YT Park ilə Azercell arasında elmi-texniki və tədris sahəsində təcrübə mübadiləsinin aparılması, əməkdaşların ixtisas səviyyəsinin artırılması məqsədilə təlimlərin təşkil edilməsi, elmi-texniki innovasiya sahəsində əməkdaşlıq edilərək, müştərək layihələrin hazırlanması nəzərdə tutulub. Bundan əlavə mütəxəssis hazırlığında gənc kadrların motivasiya edilməsi və gənc
startapçıların yetişdirilməsi də əməkdaşlığın əsas istiqamətlərindəndir. Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri