Previous Next
Bağla

Azərbaycanda bələdiyyələr kodlaşdırılıb

19-11-2015 14:39
Azərbaycanda bələdiyyələr kodlaşdırılıb

Azərbaycanda bütün bələdiyyələr 8 rəqəmli kodla kodlaşdırılıb.

Xeberler.az-ın məlumatına görə, bu, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təsdiq etdiyi “Bələdiyyələrin statistik ərazi təsnifatı” dövlət standartında əksini tapıb.

Bələdiyyələrin statistik ərazi təsnifatında hər bir bələdiyyənin adı və həmin bələdiyyənin əhatə etdiyi ərazi vahidlərinin, onların müvafiq kodlarının siyahısı verilib.  Təsnifat iki hissədən – kod və ad hissəsindən ibarətdir. Ad  hissəsi isə mövcud bələdiyyənin adı və ona daxil olan ərazi  vahidlərinin siyahısını özündə əks etdirir. 

Kod hissəsi 8 rəqəmli kodlardan təşkil olunub. Kodun birinci işarəsi şərti regionların kodudur. Məsələn, 8 rəqəmli kodun birinci işarəsində Bakı 0, Naxçıvan Muxtar Respublikası 1, Gəncə şəhəri 2, qalan ərazilər 3-9 rəqəmləri ilə ifadə olunur. Ümumilikdə 8 rəqəmli kodda I səviyyə şərti regionlar adlanır. Bu səviyyəyə Naxçıvan Muxtar Respublikası, rayon bölgüsü olan Bakı və Gəncə şəhərləri, “Qalan ərazi” (şərti anlayışdır) daxildir. II səviyyəyə rayon bölgüsü olmayan respublika əhəmiyyətli şəhərlər (Bakı və Gəncə şəhərləri istisna olmaqla), rayonlar, şəhərdaxili rayonlar, II səviyyəyə rayon əhəmiyyətli şəhərlər, inzibati ərazi dairələri və rayon mərkəzləri olan qəsəbələr, IV səviyyəyə qəsəbə və kəndlər daxildir.

Kodun ikinci və üçüncü işarələri ikinci səviyyə, dördüncü və beşinci işarələri üçüncü səviyyə, altıncı və yeddinci işarələri isə dördüncü səviyyə obyektlərinin kodunu əks etdirir.

Kodun səkkizinci işarəsi - keyfiyyət kodudur, yəni təsnifat obyektinin statusunu göstərir. Məsələn, 40923007 – Ağsu rayonu Muradlı bələdiyyəsinin kodudur. Burada I səviyyə (4) şərti region kodunu, II səviyyə (09) Ağsu rayonunun regiondaxili kodunu, III səviyyə (23) Muradlı inzibati ərazi dairəsinin rayondaxili kodunu, IV səviyyə (00) Muradlı bələdiyyəsinin inzibati ərazi dairəsindəki daxili kodunu, keyfiyyət kodu (7) səkkiz rəqəmli kodun rayona, şəhərə və ya kəndə deyil, məhz bələdiyyəyə mənsub olduğunu göstərir.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Ləğv olunmuş Dövlət Komitəsinin 7 elektron xidmətinin təchizatçısı bəlli olub

Ləğv olunmuş Dövlət Komitəsinin 7 elektron xidmətinin təchizatçısı bəlli olub

19-11-2015
Keçmiş DQMV üzrə toplam əhali sayı ehtimal olaraq hesablanıb

Keçmiş DQMV üzrə toplam əhali sayı ehtimal olaraq hesablanıb

09-03-2021
Karantinin uzadılma müddətində icazələr necə tənzimlənəcək ?

Karantinin uzadılma müddətində icazələr necə tənzimlənəcək ?

19-04-2020
Naxçıvanda 371 713 şəxsin məlumatları elektron sistemə daxil edilib

Naxçıvanda 371 713 şəxsin məlumatları elektron sistemə daxil edilib

06-02-2023
Bütün respublika rabitəsi 7 rəqəmli nömrələnmə sisteminə keçir

Bütün respublika rabitəsi 7 rəqəmli nömrələnmə sisteminə keçir

14-07-2011
Statistik məlumatlar sisteminin təqdimatı olub

Statistik məlumatlar sisteminin təqdimatı olub

28-06-2019
Azərbaycanda analoq yayım dayandırıldı-Rəsmi

Azərbaycanda analoq yayım dayandırıldı-Rəsmi

20-12-2016
Vətəndaşlar “Elektron hökumət” portalı vasitəsilə mallara tətbiq olunan gömrük ödənişləri barədə məlumat əldə edə bilər

Vətəndaşlar “Elektron hökumət” portalı vasitəsilə mallara tətbiq olunan gömrük ödənişləri barədə məlumat əldə edə bilər

18-06-2013
Pul göndərmək üçün poçt lazım deyil

Pul göndərmək üçün poçt lazım deyil

24-06-2011
Daşınmaz əmlakın kadastrının yaradılması ilə bağlı hansı işlər görülür?

Daşınmaz əmlakın kadastrının yaradılması ilə bağlı hansı işlər görülür?

01-10-2015
Bələdiyyələr virtual məkanda niyə görsənmir?

Bələdiyyələr virtual məkanda niyə görsənmir?

19-11-2015
“Bank Standard” müştəriləri öz kartlarının ŞEN-kodunu ATM vasitəsilə dəyişdirə bilərlər

“Bank Standard” müştəriləri öz kartlarının ŞEN-kodunu ATM vasitəsilə dəyişdirə bilərlər

23-09-2009
Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidməti yaradıldı

Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidməti yaradıldı

01-08-2018
“Nar Mobile”dan abunəçilərə mobil ingilis dili

“Nar Mobile”dan abunəçilərə mobil ingilis dili

11-09-2013
Naxçıvanda POS-terminalların sayı minə çatdırılıb

Naxçıvanda POS-terminalların sayı minə çatdırılıb

14-08-2015
Samsung ucuz telefonlara üstünlük verəcək

Samsung ucuz telefonlara üstünlük verəcək

18-03-2015
Baş Prokurorluq: İT-nin imkanlarından daha geniş istifadə olunsun

Baş Prokurorluq: İT-nin imkanlarından daha geniş istifadə olunsun

29-01-2018
Azərbaycanda rəqəmli TV üçün yeni teleqüllə tikilir

Azərbaycanda rəqəmli TV üçün yeni teleqüllə tikilir

25-06-2011
Azərişıq onlayn rejimə keçir

Azərişıq onlayn rejimə keçir

10-09-2015
Azərbaycanda neçə bələdiyyənin internet saytı var

Azərbaycanda neçə bələdiyyənin internet saytı var

06-01-2011
Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramıdır

Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramıdır

06-11-2016
Elektrik enerjisi istifadəçilərinin abunə  kodları dəyişdirilir

Elektrik enerjisi istifadəçilərinin abunə kodları dəyişdirilir

09-06-2015
Azərbaycanda torpaqların qiymətləndirilməsi elektron formada aparılır

Azərbaycanda torpaqların qiymətləndirilməsi elektron formada aparılır

01-03-2013
Azərbaycanda rəqəmli teleyayıma keçid necə həyata keçirilir?

Azərbaycanda rəqəmli teleyayıma keçid necə həyata keçirilir?

12-06-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə