Previous Next
Bağla

Azərbaycanda rəqəmli teleyayıma keçid necə həyata keçirilir?

12-06-2009 14:13
Azərbaycanda rəqəmli teleyayıma keçid necə həyata keçirilir?

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) ölkədə rəqəmli yayıma keçid üzrə proqram çərçivəsində bir kanal vasitəsilə 8-10 proqramın yayımına başlamağı planlaşdırır.

“Bu, bir aydan sonra, MPEG-4 standartı üçün müvafiq avadanlığın quraşdırılması ilə mümkün olacaq”, - deyə nazirlikdən bildiriblər.

RİTN-dən day.az-a verilən məlumata əsasən, yayım ilk növbədə Bakı şəhərində və Abşeron rayonunda, sonra isə respublikanın digər regionlarında həyata keçiriləcək. Beynəlxalq Telekommunikasiya İttifaqının (International Telecommunication Union) tövsiyələrinə əsasən, bütün ölkələr, o cümlədən Azərbaycan 2015-ci ilə kimi tam rəqəmli yayım formatına keçməlidirlər.

Məlumat üçün bildirək ki,Azərbaycanda rəqəmli yayıma keçid proqramı üç mərhələdən ibarətdir. Birinci mərhələ 2007-2010-cu illəri, ikinci 2011-2013-cü illəri, üçüncü mərhələ isə 2014-2015-ci illəri əhatə edir. Əvvəlcə Bakı, Gəncə və Naxçıvanda hər biri dörd kanaldan ibarət iki paket istifadəyə veriləcək. Bütün ölkə boyu isə yalnız bir paketin tətbiq olunacağı nəzərdə tutulur. Nəticədə Azərbaycan əhalisinin 60-70 faizi rəqəmli yayım zonasına daxil olacaq. Proqramın ikinci mərhələsi çərçivəsində Bakı, Gəncə və Naxçıvanda rəqəmli yayımın genişləndirilməsi məqsədilə daha bir əlavə paket tətbiq olunmaqla, istifadədə üç paket, respublika boyu isə iki paket olacaq. Bundan sonra rəqəmli yayımla əhalinin 90%-nin əhatə olunacağı gözlənilir. Cəmi 2013-cü ilə kimi 12 proqramdan ibarət üç paketin istifadəyə verilməsi planlaşdırılır.

Sonuncu üçüncü mərhələdə isə əlavə ötürücülər quraşdırmaqla yayım keyfiyyətinin artırılması üzrə işlər görüləcək və əhalinin 98%-nin rəqəmli yayımla əhatəsi təmin ediləcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanda rəqəmli TV üçün yeni teleqüllə tikilir

25-06-2011

Rəqəmsal yayıma keçid ilkin mərhələdə icbari olmayacaq

07-10-2011

Rəqəmsal yayıma keçidlə bağlı təlimat hazırlanır

10-03-2012

Rəqəmli yayıma keçid bu il başa çatdırılacaq

15-08-2015

Dövlət Radiotezliklər İdarəsinin nümayəndəsi rəqəmli yayıma dair seminarda iştirak edir

16-06-2009

İlin sonunadək Azərbaycanın bir sıra bölgələrində rəqəmli TV yayımı avadanlıqları quraşdırılacaq

13-11-2010

Azərbaycanda analoq yayım dayandırıldı-Rəsmi

20-12-2016

Moldova rəqəmli televiziya yayımına keçidə başlayır

17-06-2015

“Rəqəmli yayıma tam keçid üçün müəyyən məsələlər həll olunmalıdır”

30-06-2016

Ölkə rəqəmli televiziya yayımına keçid üçün tam hazırdır

16-12-2015

“Analoq yayım dayandırılandan sonra əhali çətinliklə üzləşməyəcək”

13-10-2016

MTRŞ Azərbaycanda ilk dəfə rəqəmli radio yayımı üçün diapazon ayırdı

13-05-2019

Ölkədə rəqəmli yayıma keçidlə bağlı Qaynar xətt yaradılıb-Video

31-10-2016

Belarusda analoq yayım dayandırılıb

15-05-2015

Respublika ərazisində rəqəmli yayıma keçid davam edir

23-11-2015

Azərbaycan əhalisi onlarla telekanala pulsuz baxa biləcək

23-12-2010

Azərbaycanın müəssisələrində rəqəmli radio-televiziya avadanlıqlarının istehsalı həyata keçiriləcək

14-02-2011

Nazirlik rəqəmli yayıma keçidlə bağlı əhaliyə müraciət edib

31-10-2016

Azərbaycanda rəqəmsal yayımın əhatə səviyyəsi 65 faizə çatacaq

24-11-2010

Bu ərazilərdə analoq yayım dayandırıldı

01-11-2016

“Teleradio yayımçıları rəqəmli yayıma keçidə hazırdır”

22-09-2016

Daha 14 rayonda analoq yayım dayandırılır

20-12-2016

RƏQƏMLİ TELEVİZİYA YAYIMININ TƏTBİQ EDİLMƏSI ÜÇÜN HAZIRLIQ İŞLƏRI APARILIR

12-07-2010

Avstriyada rəqəmli radionun yayımına başlanılıb

04-06-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə