Previous Next
Bağla

“Elektron tibb e-elmin tərkib hissəsidir”

16-05-2016 15:33
“Elektron tibb e-elmin tərkib hissəsidir”

İnformasiya cəmiyyətinin formalaşmasının əsasını təşkil edən informasiya kommunikasiya texnologiyalarından (İKT) istifadə elm, təhsil və səhiyyə sahələrinin inkişafını sürətləndirib.

Bu qurumlarda İKT-nin inkişaf səviyyəsi və problemləri informasiyalaşdırma ilə yanaşı, onların hər birinin strukturlarının istifadəsi üçün yararlı vahid informasiya fəzasının formalaşdırılması, informasiya resursları və infrastrukturlarının inkişaf etdirilməsini həyata keçirən e-elm, e-təhsil və e-səhiyyənin inkişafını zəruri edib.

Xeberler.az-ın məlumatına görə, bu fikirləri AMEA İnformasiya Texnologiyaları İnstitutunun 3 saylı şöbəsinin müdiri Təhmasib Fətəliyev şöbənin növbəti elmi seminarında səsləndirib.

“Elektron tibb e-elmin tərkib hissəsidir” mövzusunda məruzəni təqdim edən T.Fətəliyev e-tibbin tərkib hissələri, tibbi verilənlər bazaları, e-tibb üzrə beynəlxalq qurumlar və layihələr, Avropa İttifaqının e-səhiyyə siyasəti və s. haqqında ətraflı məlumat verib. Bildirib ki, ölkəmizdə Elektron Azərbaycanın seqmentlərindən biri olan e-tibb elm sahəsi kimi e-elmin, idarəolunma funksiyasına görə e-səhiyyənin tərkib hissəsidir.

T.Fətəliyev tibbi xidmətlərə artan tələbatın ödənilməsi problemini İKT-nin tətbiqi hesabına həll etməyin mümkünlüyünü nəzərə çatdıraraq bunun mövcud problemlərin həlli baxımından böyük əhəmiyyətə malik olduğunu söyləyib.

“Müasir tibbin inkişaf tendensiyası insan sağlamlığına fərdi yanaşma prinsiplərinə əsaslanan P4-tibbin nailiyyətləri ilə bağlıdır”, – deyə bildirən məruzəçi qeyd edib ki, bioloji və tibbi araşdırmalar nəticəsində yaranan və sosial şəbəkələrdən toplanan böyük həcmli verilənlər və intellektual analiz texnologiyalarının emalı nəticəsində konkret şəxsə yönümlü fərdiləşmiş tibbin yaranması üçün geniş imkanlar yaranıb.

Onun sözlərinə görə, sosial şəbəkə, bloq və viki saytlar kimi sosial əməkdaşlıq texnologiyaları oxşar təcrübə və maraqları olan insanlar arasında qarşılıqlı münasibətləri asanlaşdıran çoxsaylı onlayn icmaların yaranmasına səbəb olmuş, bu texnologiyalar e-tibbdə ictimai iştirakın artırılması üçün geniş imkanlar açmış və P4 tibbin inkişafına təkan verib.

Avropa İttifaqının e-səhiyyə siyasəti haqqında danışan T.Fətəliyev burada səhiyyədə İKT-dən istifadə edərək profilaktika, diaqnoz, müalicə, monitorinq və idarəetməni təkmilləşdirən alət və xidmətlərə istinad, tibbi xidmətlərin əlyetənliyi və keyfiyyətini artırmaqla səhiyyə sektorunun təkmilləşdirilməsi, elektron sağlamlıq kartı, teletibb xidmətləri, robotlaşdırılmış cərrahiyyə və s. kimi tələblərin öz əksini tapdığını bildirib.  


Günel

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Süni intellekt tibdə yeni imkanlar yaradır

Süni intellekt tibdə yeni imkanlar yaradır

06-05-2026
Bakıda e-tibbin problemləri ilə bağlı konfrans keçirilib

Bakıda e-tibbin problemləri ilə bağlı konfrans keçirilib

24-05-2016
Elektron elm alimlərin səmərəli fəaliyyətini təmin edir

Elektron elm alimlərin səmərəli fəaliyyətini təmin edir

16-10-2015
Elektron elmin formalaşması problemləri  araşdırılır

Elektron elmin formalaşması problemləri araşdırılır

10-02-2016
Elektron elmin formalaşması problemləri  müzakirə olunub

Elektron elmin formalaşması problemləri müzakirə olunub

27-06-2016
Azərbaycanın elektron səhiyyə sahəsində yenilik

Azərbaycanın elektron səhiyyə sahəsində yenilik

09-12-2015
Azərbaycanda e- səhiyyə ilə bağlı hansı problemlər var?

Azərbaycanda e- səhiyyə ilə bağlı hansı problemlər var?

26-01-2018
Azərbaycanda ilk dəfə “Kosmik tibbin əsasları” təlimi keçiriləcək

Azərbaycanda ilk dəfə “Kosmik tibbin əsasları” təlimi keçiriləcək

06-11-2024
Tibbi  veb-saytların problemləri araşdırılıb

Tibbi veb-saytların problemləri araşdırılıb

19-05-2016
“Elmi problemlər reyestri”  informasiya sistemi yaradılır

“Elmi problemlər reyestri” informasiya sistemi yaradılır

25-02-2016
Elektron tibblə bağlı araşdırmalar davam edir

Elektron tibblə bağlı araşdırmalar davam edir

21-02-2016
“Rəqəmsal tibb 4.0: problemlər, imkanlar və perspektivlər” adlı konfrans keçirilib

“Rəqəmsal tibb 4.0: problemlər, imkanlar və perspektivlər” adlı konfrans keçirilib

25-05-2025
Elektron səhiyyə ilə bağlı seminar keçirilib

Elektron səhiyyə ilə bağlı seminar keçirilib

05-04-2019
Elektron elmin inkişafı müzakirə olunub

Elektron elmin inkişafı müzakirə olunub

18-01-2019
ATU ilə İnformasiya Texnologiyaları İnstitutu arasında memorandum imzalanıb

ATU ilə İnformasiya Texnologiyaları İnstitutu arasında memorandum imzalanıb

25-12-2025
"Elektron Səhiyyə" internet portalı yenilənib

"Elektron Səhiyyə" internet portalı yenilənib

28-02-2011
Çikaqo Universitetinin professoru ilə rəqəmsal tibb müzakirə olunub

Çikaqo Universitetinin professoru ilə rəqəmsal tibb müzakirə olunub

30-10-2025
2023-cü ildən etibarən “Elektron Epikriz” səhiyyə işçiləri üçün əlçatandır

2023-cü ildən etibarən “Elektron Epikriz” səhiyyə işçiləri üçün əlçatandır

25-02-2023
Tibbi arayışların verilməsi ilə bağlı elektron registr yaradılıb

Tibbi arayışların verilməsi ilə bağlı elektron registr yaradılıb

22-12-2014
E-tibdə bulud texnologiyalarının tətbiqi müzakirə edilib

E-tibdə bulud texnologiyalarının tətbiqi müzakirə edilib

20-05-2016
Növbəti tədris ilindən tibbdə süni intellekt kursları təşkil olunacaq

Növbəti tədris ilindən tibbdə süni intellekt kursları təşkil olunacaq

03-06-2026
Elektron elmin mövcud vəziyyətinin monitorinqi keçiriləcək

Elektron elmin mövcud vəziyyətinin monitorinqi keçiriləcək

10-03-2015
Tibb sahəsində İKT-nin  tətbiqi  müzakirə olunacaq

Tibb sahəsində İKT-nin tətbiqi müzakirə olunacaq

20-04-2016
Səhiyyədə 25 xidmət elektronlaşacaq

Səhiyyədə 25 xidmət elektronlaşacaq

12-03-2013





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə