Previous Next
Bağla

Ekspert: Huawei ilə əməkdaşlıq edənləri nə gözləyir?

21-05-2019 12:21
Ekspert: Huawei ilə əməkdaşlıq edənləri nə gözləyir?

"Xüsusi Dövlət Mühafizə Xidmətinin xəbərdarlığına baxmayaraq Huawei ilə əməkdaşlıq edənləri nə gözləyir? Bir neçə gündür ki, Huawei şirkəti ABŞ sanksiyaları ilə üzləşib. ABŞ onu telefonlardakı proqram təminatlatında yerləşdirdiyi xüsusi kodlar vasitəsilə məlumatları oğurlamaqda və Çin hökumətinə ötürməkdə günahlandırır. Ümumiyyətlə uzun illər idi ki bu şirkətin Çin hökuməti ilə iş birliyində olduğu bildirilirdi. Huawei-in milyardlarla marketinq siyasəti və ucuz məhsul satması da hökumətin dəstəyilə olduğu bildirilirdi. Şirkət də bunu təkzib edirdi. Belə görünür ki ABŞ hökuməti artıq bunu isbat edib"

Xeberler.az  məlumat verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti, İKT sahəsi üzrə ekspert Osman Gündüz bildirib. Ekspert mövcud vəziyyətin Azərbaycan üçün hansı təhlükələr yaradacağı haqqında da danışıb :

İndi nə baş verəcək?

Bu məsələ əslində 5G reallaşanda gündəmə gəldi. Yəni məlumat oğurluğu məsələsi zaman-zaman digər qlobal şirkətlərdə (FB, Apple, Google və s.) də olub.
Amma 5G gündəmə gələndən sonra məlum oldu ki, belə davam edərsə Huawei öz avadanlıq və proqramları ilə, hədsiz böyük məlumat ötürmə sürətilə bütün əşyaları inteqrasiya edə biləcək, bir sözlə 2-ci bir real dünyamıza nəzarət edəcək. Odur ki, ABŞ təhlükəsizlik baxımından buna imkan verə bilməzdi. Güman ki, bundan sonra Huawe-nin global dünyada hökmranlığına son qoyulacaq və hansısa cərimələr və açıqlamalarla N-ci sırada olan bir şirkətə çevriləcək.

Azərbaycan üçün təhlükə varmı?

Bəli var. Bizdə dövlət sektorunda Huawei-nin xüsusi çəkisi yetərincədir. Ucuz olduğu üçün bəzi dövlət qurumları bu şirkətin sistemlərinə üstünlük verib. Bildiyim qədər BakTelecomun (BTRİB) 80% - i, Aztelekom 70%-i, hətta bəzi dövlət qurumlarının Data Mərkəzləri Huawei məhsulları üzərində oturub. Sanksiyalar hələlik Huawei telefonlarla bağlıdır. Əgər sabah ABŞ sanksiyaları Huawei bütün avadanlıqlarına və proqramlarına şamil olunarsa nə baş verəcək?Təsəvvür etmək çox çətindir.

Azərbaycan informasiya sahəsində çox ciddi təhdidlərlə üzləşə bilər.

Xatırlayıram ki, NRYTN yeni qurduğu Data Mərkəz də az qala Huawei-ni nəzarətinə keçirdi. Son anda BestComp şirkətinin çevik siyasəti ilə bu məsələ sovuşub.

Nə etməli?

Düşünürəm ki, bu hadisədən sonra XDMX bütün dövlət İT sektorunu monitorinq və audit etməlidir. Bildiyim qədər bizdə Huawei ilə daha çox əməkdaşlıq edən Eurodesign və Ultra şirkətləri olub. Sanksiyalarla əlaqəli gözlənilən Huawei təhlükələrindən yayınmaq üçün hökumət təcili B planı hazırlamalıdır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Huawei ilə DGX-nin imzaladığı niyyət protokolu çox risklidir

00-00-0000

Çin şirkəti Qarabağda: Risklər aradan qalxıbmı?.. - Osman Gündüz

29-04-2021

Trampın Huawei qadağası Bakıdakı telefon satışına təsir etməyib

23-05-2019

Ekspert: Azərbaycanın Huawei şirkəti ilə əməkdaşlığında risklər olacaqmı?

09-12-2021

Huawei smartfonları Google-dan imtina edib

30-08-2019

Dövlət Xidmətinin rəisi "Huawei" şirkətinin vitse-prezidenti ilə görüşüb

04-11-2023

Microsoft Huawei-yə qoyulan sanksiyalara etiraz edib

11-09-2019

Huawei-in başı yenə dərddədir-RƏY

14-03-2023

Huawei Bakıda yeni məhsullar təqdim edib

21-09-2017

Android Q əməliyyat sistemi istifadəçilərin ixtiyarına veriləcək

01-07-2019

Britaniya 5G şəbəkələrində “Huawei” avadanlığının quraşdırılmasını qadağan edəcək

30-11-2020

Huawei şirkəti Google Maps-ə əvəzləyici tapıb

21-01-2020

AzTU ilə “Huawei” şirkəti arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

09-06-2022

Huawei 5G-ə giriş üçün lisenziya alıb

29-07-2019

Sanksiyalara baxmayaraq yenə də satışları rekord qırır

03-07-2019

ABŞ Huawei-in lisenziyasını uzada bilər

17-08-2019

ABŞ Huawei-nin 5G şəbəkəsinə alternativ yaradacaq

04-09-2019

Tramp lisenziyanın müddətini uzatmayacaq

19-08-2019

ADSL texnologiyasına dövlət vəsaiti xərcləmək olarmı?

31-05-2019

Huawei Android-lə işləməyə davam edəcək

19-07-2019

Huawei Apple-ı geridə qoydu

07-09-2017

Huawei Samsung şirkəti ilə əməkdaşlığa başlayır

09-09-2015

«Huawei» şirkəti «WiMAX Forum»un Direktor Şurasına daxil olub

03-04-2009

Huawei Azərbaycanda akademiya açır

18-04-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə