Previous Next
Bağla

“Xəyal et” İKT yay düşərgəsi layihəsi davam edir

25-06-2019 17:54
“Xəyal et” İKT yay düşərgəsi layihəsi davam edir

Xeberler.az bildirir ki, UNESKO-nun maliyyə dəstəyi, Təhsil Nazirliyinin təşkilatçılığı ilə qızlar üçün keçirilən “Xəyal et” İKT yay düşərgəsi layihəsi davam edir.

Təhsil Nazirliyindən bildirilib ki, yay düşərgəsinin ilk günlərində iştirakçıların informasiya texnologiyaları sahəsi üzrə məlumatlılığının artırılması, eyni zamanda, ixtisaslaşmış qurumlarla tanış olması məqsədilə nazirliyin tabeliyindəki 6 nömrəli məktəb-liseydə kodlaşdırma, müxtəlif proqramlaşdırma dilləri üzrə təlimlər təşkil olunub.

Düşərgə çərçivəsində İKT və aidiyyəti üzrə ixtisaslaşmış müxtəlif qurumlara təhsil turları-ekskursiyalar təşkil olunub. “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinə, Bakı Ali Neft Məktəbinə, SOCAR-ın nəzdində fəaliyyət göstərən Qala Eko-Parkına, “Marc Academy” şirkətinə təhsil turları məktəbli qızların informasiya texnologiyaları sahəsində biliklərinin artırılmasına, daha ətraflı məlumatlar əldə etməsinə imkan yaradıb.

Yay düşərgəsinin iştirakçılarının xüsusi marağına səbəb olmuş “Azərkosmos” turunda məktəbli qızlara telekommunikasiya peyklərinin quruluşu, hazırlanması, orbitə çıxarılması, işləmə mexanizmləri, idarə olunması barədə məlumat verilib.

Məktəblilər Bakı Ali Neft Məktəbinin nəzdində fəaliyyət göstərən İnnovasiyalar Mərkəzi və kampusun laboratoriyaları ilə tanış olub, “Mars Academy” şirkətinin təşkil etdiyi modelləşdirmə və robototexnika üzrə ustad dərslərində iştirak ediblər. Həmçinin düşərgə iştirakçıları Qala Eko-Parkında ağaclar əkib, alternativ enerji mənbələri, qlobal ekoloji problemlər haqqında təqdimatla tanış ediliblər.

Azərbaycan qadınlarının İKT-də rolunun dəstəklənməsində təşəbbüs göstərən “Femmes Digitales” İKT Qadınlar Klubu ilə təşkil olunmuş görüşdə isə İKT sahəsində nailiyyət əldə etmiş qadınların uğur hekayələri dinlənilib, qadınların bu sahə üzrə rolu ilə bağlı müzakirələr aparılıb.

Layihə iyunun 28-də başa çatacaq.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Femmes Digitales” məktəbli qızların İKT sahəsinə marağını artırmaq üçün təbliğata başlayır

15-04-2015

Azərbaycanda İKT-də qızlar gününə dair tədbir keçirilib

26-04-2019

İKT Qadınlar klubu məktəbli qızlara dəstək olacaq

03-05-2016

İKT qadınların boulinq üzrə ilk çempionatı keçiriləcək

07-03-2016

“İKT-nin qadınların həyatında rolu” mövzusunda konfrans keçiriləcək

21-04-2015

“Azərbaycanın Rəqəmsal Qızları: İKT-nin qadınların həyatındakı rolu” mövzusunda konfrans keçirilib

23-04-2015

İKT üzrə yay düşərgəsinə ilkin seçimlər başa çatdı

04-09-2018

FEMMES DIGITALES 2 yaşını qeyd edib-Foto

06-12-2016

“İKT-nin qadınların həyatında rolu” konfransı keçiriləcək

21-04-2015

Azercell Azərbaycanın rəqəmsal qızlarına dəstək olub

02-05-2016

“Rəqəmli Qızlar” layihəsi üzrə onlayn təlimlər keçirilib

20-06-2020

İKT qadınların boulinq üzrə ilk çempionatı keçirilib

14-03-2016

ADA-nın “Yay düşərgəsi” növbəti dəfə Azercell-də!  

13-07-2022

İKT Qadınlar Klubu Masallıda ilk regional tədbir keçirib-Foto

07-11-2016

ADA-nın “Yay düşərgəsi” Azercell-də!

26-07-2021

“Cyber Summer School - 2023” yay düşərgəsinə qeydiyyat başladı

07-07-2023

FEMMES DIGITALES -in rəsmi veb-saytının təqdimatı keçiriləcək

16-09-2015

“Rəqəmli Qızlar – Milli Təlim Proqramı”na qeydiyyat başlayıb

04-06-2020

Məktəblilər ASAN xidmət-də ekskursiyada oldular

19-07-2018

Bakıda beynəlxalq İKT-də Qadınlar Günü qeyd edilib-Foto

11-05-2017

“Bakcell”in dəstəyi ilə şəhid övladları üçün yay düşərgəsi təşkil olunub

20-08-2024

8 Martla birgə, "İKT qadınlar" layihəsi gəlir

06-03-2015

İKT Qadınlar klubu ilin hesabatını verəcək

02-12-2015

İKT-də qızlar günü ölkəmizdə də qeyd olunub

26-04-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə