Dünəndən etibarən 1 saylı “ASAN kommunal” mərkəzi vətəndaşlara xidmət göstərməyə başlayıb.
Xeberler.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev jurnalistlərə açıqlamasında bildirib ki, pilot layihə çərçivəsində 1 saylı “ASAN Kommunal” mərkəzinin xidmətlərindən ilkin mərhələdə Bakı şəhərinin Nəsimi, Nərimanov və Binəqədi rayonlarında qeydiyyatda olan sakinləri yararlana biləcəklər. Mərkəzdə Azərişıq ASC, Azərsu ASC, Azəriqaz İB tərəfindən 45 növ xidmət göstəriləcək.
O, həmçinin qeyd edib ki, yaxın gələcəkdə paytaxtda daha 2 “ASAN Kommunal” mərkəzinin istifadəyə verilməsi nəzərdə tutulub. 2 saylı “ASAN kommunal” Mərkəzi Bakı dəmir yolu vağzalında, 3 saylı Mərkəz isə Ukrayna dairəsi yaxınlığında yerləşəcək.
Xatırladaq ki, 28 dekabr 2016-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə 1 saylı “ASAN Kommunal” mərkəzinin rəsmi açılışı baş tutub.
Günel
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri