Previous Next
Bağla

Azərbaycanda ilk dəfə “FLEXcellence” proqramının tətbiqinə başlanılıb

20-05-2021 17:52
Azərbaycanda ilk dəfə “FLEXcellence” proqramının tətbiqinə başlanılıb

İnformasiya, kommunikasiya və yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən "Azerconnect" şirkəti ölkəmizdə ilk dəfə böyük işçi heyəti üçün məsafədən (distant) iş rejiminin optimal idarə edilməsini təmin edən innovativ “FLEXcellence” proqramının tətbiqinə başlayıb.

Xeberler.az məlumat verir ki, proqramın adı İngilis dilindəki “Flexible Excellence” söz birləşməsindən götürülüb və “Çevik mükəmməllik” mənasını ifadə edir. Şirkət bu proqramın yaratdığı imkanları öz əməkdaşları, eləcə də xidmət göstərdiyi təşkilatların əməkdaşları üçün təklif etməkdədir.

İş yeri və iş vaxtının idarə olunması ilə bağlı proqramın yaratdığı imkanlar müvafiq əmək fəaliyyəti üzrə məhsuldarlığa heç bir neqativ təsir olmadan işçiyə məsafədən (distant) işləmək seçimi verir. Bu isə öz növbəsində şirkətə fəalliyyətini uğurlu beynəlxalq təcrübəyə uyğun innovativ həllərin tətbiqi ilə optimallaşdırmaq, o cümlədən COVID-19 pandemiyasının yaratdığı yeni normallıqlar şəraitində daha təhlükəsiz əmək şəraitini təmin etmək imkanı verir.

Şirkətin İnsan Resursları üzrə Baş müdiri Mətanət Babayeva bildirib ki, proqram ənənəvi iş yeri və iş vaxtı anlayışlarına fərqli bir yanaşmanı təqdim etməkdədir.

“Tətbiq etdiyimiz hibrid iş modelinə əsasən, hər bir əməkdaş birbaşa rəhbəri ilə öncədən razılaşdırmaqla şirkətin inzibati ofislərində iş masasını xüsusi proqram vasitəsilə rezervasiya edib həftə ərzində müəyyən günlərdə ofisdən də çalışa bilər. Hibrid modelin tətbiqi əməkdaşlarımızın həm məsafədən işləməsi, həm də onlar arasında komanda işinin, sosiallaşmanın dəstəklənməsini təmin edir. Bu modelin tətbiqi daha çevik bir iş mühiti yaratmaqla bərabər yeni bir korporativ mədəniyyətin formalaşmasına da zəmin yaradacaqdır”, - deyə Mətanət Babayeva bildirib.

Şirkətin Baş direktoru Emil Məsimov layihənin uğurundan danışaraq qeyd edib ki, İKT sahəsində fəaliyyət göstərən şirkət olaraq "Azerconnect" çevik idarəetmə mexanizmlərinin tətbiqində muasir texnologiyalardan maksimum faydalanmağa çalışır. “FLEXcellence” proqramı da məhz belə müasir texniki həllər sayəsində mümkün olub. Ehtiyatla yanaşdığımız bu dəyişiklik COVID-19 pandemiyasının yaratdığı məcburiyyətlər fonunda uğurla sınaqdan keçirilib. İlkin nəticələr onu deməyə əsas verir ki, proqram təkcə səmərəli idarəetməyə deyil, həmçinin işçi heyətinin maddi rifahı, iş və şəxsi həyat balansının qorunmasına da öz ciddi töhfəsini verməkdədir”, - deyə Emil Məsimov bildirib.

"Azerconnect" ölkəmizdə dinamik inkişaf edən İKT və yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən ilk B2B (Business-to-Business - Biznesdən biznesə) şirkətdir. 2013-cü ildə təsis edilmiş "Azerconnect" "NEQSOL Holding"in tərkibinə daxildir və beynəlxalq standartlara uyğun olaraq İKT xidmətlərinin geniş çeşidini təqdim etməkdədir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

"Azerconnect"in rəhbər heyəti ADA Universitetinin tələbələri ilə görüşüb

22-11-2022

"Azerconnect" nüfuzlu "Stevie®" mükafatına layiq görülüb

19-10-2023

Azerconnect şirkəti Azərbaycanın ən yaxşı işəgötürəni seçilib

04-04-2023

Bu texnologiya şirkətlərinin rəhbərliyi tələbələrlə görüşüb

14-12-2022

Azerconnect şirkətinin Qarabağa investisiyası 60 milyon manata çatacaq

06-02-2024

Azerconnect Group və qlobal texnologiya nəhəngi NVIDIA arasında tərəfdaşlıq müqaviləsi imzalanıb

21-04-2026

Azerconnect Türkiyəyə 5 milyon TL dəstək göstərdi

10-02-2023

AzerTelecom şirkətinin rəhbərliyində yeni təyinat olub

07-12-2023

“Azerconnect Group” BMT-nin Qlobal Sazişinə qoşulub

05-11-2024

Azerconnect şirkəti Azərbaycanın ən yaxşı işəgötürəni seçildi

22-02-2024

“Azerconnect” şirkəti Milli Mətbuat Günü münasibətilə jurnalistləri bir araya toplayıb

21-07-2023

Azerconnect Group “Best Managed Companies” mükafatına layiq görüldü

31-05-2024

Azerconnect Group BMT-nin xüsusi mükafatına layiq görülüb

28-06-2024

Azerconnect Group və Vodafone Group arasında tərəfdaşlıq müqaviləsi imzalandı

12-06-2024

Dövlət Məşğulluq Agentliyi ilə “Azerconnect” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb

21-12-2021

Azərbaycanda ilk onlayn videokonfrans sistemi sınaqdan keçirilib

22-07-2020

Peşə Təhsili üzrə Dövlət Agentliyi və "Azerconnect" şirkəti Anlaşma Memorandumu imzalayıb

30-11-2021

NEQSOL Holding şirkətləri Azərbaycanda ən iri vergi ödəyiciləri sırasında

14-04-2026

Azerconnect şirkəti İKT sahəsində tanınmış mühəndis Bəxtiyar Etibarovun vəfatı ilə bağlı Nekroloq yayıb

16-09-2021

Məsafədən (distant) iş əmək müqaviləsi ilə tənzimlənəcək

16-01-2026

“Azerconnect Group” “Beynəlxalq Kibertəhlükəsizlik Günləri” konfransında iştirak edib

23-09-2024

"Azercell" PLATİN sertifikatına layiq görülüb

30-01-2021

Azercell-in rəsmi müraciətləri cavabsız qalıb

08-12-2009

NEQSOL Holding Azərbaycanda ən iri vergi ödəyiciləri sırasına daxil olub

06-03-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə