Azərbaycanı təmsil edən “SkyBee” komandası beynəlxalq yarışın qalibi olub

26-08-2024 / 11:08

Pakistanda hər il keçirilən və ölkənin ən böyük sahibkarlıq sərgisi olan SEE Pakistan çərçivəsində Ümumdünya Startap Yarışmasının (World Startup Competition) Asiya və Afrika üzrə Regional Final Müsabiqəsi baş tutub.

Xeberler.az məlumat verir ki, Pakistan İslam Respublikasından 150-dən artıq startapın və Asiya və Afrika ölkələrindən 30-dan artıq texnologiya şirkətinin iştirak etdiyi yarışda Azərbaycan Respublikasını təmsil edən “SkyBee” innovativ dronlar komandası “Aqrar sektorda ən yaxşı startap” nominasiyasının qalibi olub.

Bu barədə “SkyBee” innovativ dronlar komandasının kapitanı Tural İsmayılzadə fikirlərini bölüşüb:

“Belə bir nüfuzlu yarışda qalib olmaq həm qürurlu, həm də məsuliyyətli hadisədir. Həmçinin, sözügedən yarışda iştirak Pakistanın və bir sıra Asiya ölkələrinin texnoloji investorları ilə uzunmüddətli və faydalı əməkdaşlıq üçün kifayət qədər iri imkanlar yaradır və cari ilin sonuna qədər ABŞ-da keçiriləcək Ümumdünya Startap Yarışmasının (World Startup Competition) final mərhələsində Azərbaycanı layiqincə təmsil etmək hüququ verir”.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə