Previous Next
Bağla

Kibersuveren rəqəmsal dövlətin formalaşdırılması araşdırılır

18-08-2025 13:00
Kibersuveren rəqəmsal dövlətin formalaşdırılması araşdırılır

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının iclasında rəqəmsal transformasiyalar və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri əsaslarının araşdırılması və inkişaf etdirilməsi istiqamətində elmi tədqiqatlar aparan şöbənin 2025-ci il üzrə yarımillik hesabatı müzakirə olunub.

Xeberler.az məlumat verir ki, iclasda şöbə müdiri dosent Fərhad Yusifov çıxış edərək 6 ay ərzində rəhbərlik etdiyi struktur bölmədə aparılan tədqiqatlar və əldə olunan nəticələr haqqında məlumat verib. O bildirib ki, rəqəmsal dövlətin formalaşması və intellektuallaşdırılması problemləri üzrə “Kibersuveren rəqəmsal dövlətin formalaşdırılmasının elmi-nəzəri əsaslarının araşdırılması” mövzusunda kibersuverenlik sahəsində beynəlxalq təcrübə analiz olunub, eləcə də dövlətin kibersuverenliyi problemləri, konseptual yanaşmalar və perspektivlərinə dair tədqiqatlar aparılıb.

Dosent F.Yusifov “Rəqəmsal dövlətin təkmilləşdirilməsi üçün modellər və metodlar” mövzusunda vətəndaşyönümlü yanaşma əsasında rəqəmsal dövlətin konseptual modelinin işlənməsi, eləcə də Qrant layihəsi çərçivəsində Sənaye 4.0 platformasında neft və qaz sektorunun inkişaf modellərinin analizi istiqamətində tədqiqatlar aparıldığını, məqalələr hazırlandığını qeyd edib.

“Süni intellektin təsiri ilə iqtisadiyyatın transformasiyasının analizi və qiymətləndirilməsi” mövzusunda 6 ay ərzində aparılan tədqiqatlar haqqında məlumat verən şöbə müdiri süni intellektin inkişafına dair qlobal tendensiyaların araşdırılması, qabaqcıl ölkələrin süni intellekt strategiyalarının müqayisəli təhlili ilə bağlı aparılan tədqiqatlardan bəhs edib.

Məruzəçi bildirib ki, şöbədə e-demoqrafiya 4.0 mühitində fərdlərin sosial kreditinin qiymətləndirilməsi və menecmenti ilə bağlı məsələlər də diqqət mərkəzində olub, e-demoqrafiya 4.0 platformasında fərdlərin sosial krediti əsasında cəmiyyətin qiymətləndirilməsinə dair məqalə işlənilib. “İnformasiya cəmiyyəti problemləri kontekstində folklorun elmi-nəzəri əsaslarının araşdırılması” mövzusunda milli dəyərlər və stereotip düşüncənin fərdi tibbi məlumatların qorunmasına təsirinin analizi, folklordan qaynaqlanan kollektiv biliklə süni intellekt modellərinin müqayisəli analizi məsələlərinə baxılıb.

Şöbə müdiri yarım il ərzində Azərbaycan dilinin İKT, İKT-nin Azərbaycan dili problemləri, Azərbaycanda elm tarixinin yaranması və inkişafı tarixinin araşdırılması kimi aktual istiqamətlərdə aparılan tədqiqatların nəticələri haqqında da məlumat verib.

Həmçinin e-demoqrafiya platformasında fərdlərin çoxparametrli klasterləşdirilməsi üçün metod və alqoritmlərin işlənilməsi mövzusunda araşdırmaların aparıldığını söyləyib.

Sonra məruzəçi “Web of Science”, “Scopus” və digər beynəlxalq elmi bazalarda indeksləşən, eləcə də Ali Attestasiya Komissiyasının siyahısına daxil olan elmi jurnallarda dərc olunan məqalələr, o cümlədən respublika və beynəlxalq səviyyəli konfranslara təqdim edilən tezislər haqqında məlumat verib.

Dosent F.Yusifov əməkdaşların elmi-ekspertiza və elmi-təşkilati fəaliyyəti, qrant layihələrində iştirak, kadr hazırlığı, elmin populyarlaşdırılması və təbliği ilə bağlı görülmüş işlərdən də bəhs edib, şöbənin elmmetrik göstəricilərini diqqətə çatdırıb.

Sonda çıxış edən AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Rasim Əliquliyev şöbənin yarımillik hesabatına münasibətini bildirib. Alim institutda dövlətin kibersuverenliyinin təmin olunması, eləcə də rəqəmsal dövlət problemlərinə dair tədqiqatların dərinləşdirilməsinin müasir dövrün tələbi olduğunu deyib. Gənc tədqiqatçıların elmi-nəzəri fəaliyyətinin daha da gücləndirilməsi, aktual elmi problemlərə həsr olunmuş məqalələrin işlənilməsi və mütəmadi olaraq şöbələrarası seminarların keçirilməsinə dair tövsiyələr verib.

Elmi şuranın qərarı ilə şöbənin 2025-ci il üzrə yarımillik hesabatı qənaətbəxş hesab olunub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Rəqəmsal dövlətin formalaşması və intellektuallaşdırılması problemləri araşdırılır

10-03-2025

Proqram mühəndisliyi və proqram sistemlərinin analizi tədqiq olunur

20-08-2025

Proqram mühəndisliyi və proqram sistemlərinin analizi problemləri tədqiq olunur

10-03-2025

Milli intellektual potensialın qiymətləndirilməsi tədqiq edilir

11-12-2024

Kiberfiziki sistemlərin intellektual analizi və sintezi problemləri üzrə tədqiqatlar aparılıb

03-12-2024

Kiberfiziki sistemlərin intellektual analizi problemləri tədqiq edilib

30-01-2026

Elektron elmin formalaşması problemləri müzakirə olunub

27-06-2016

İnformasiya təhlükəsizliyi və kiberdayanıqlılıq problemləri araşdırılıb

02-12-2024

Mürəkkəb bulud sistemlərinin intellektual analizi və sintezi problemləri araşdırılır

13-03-2023

İnformasiya təhlükəsizliyi və kiberdayanıqlılıq problemləri tədqiq olunub

21-01-2026

Azərbaycanda saxta jurnalları aşkarlayan alqoritm hazırlanır

10-04-2023

İKT-nin tətbiqi ilə ətraf mühitin qorunması problemləri tədqiq olunur

16-03-2023

Uşaqların internetdə informasiya təhlükəsizliyinin təmin olunması üçün alqoritmlər işlənilir

31-07-2023

Jest informatikasının istiqamətləri, hədəfləri və texnologiyaları ilə bağlı tədqiqatlar aparılıb

04-11-2019

Milli kibertəhlükəsizlik monitorinq sisteminin yaradılması mövzusunda seminar keçirilib

12-05-2025

Azərbaycan alimlərinin İKT-dəki fəaliyyəti beynəlxalq aləmdə yüksək qiymətləndirilib

30-12-2025

Rəqəmsal dövlətin kibersuverenliyinə dair elmi-tədqiqat müzakirə edilib

20-10-2025

Elektron dövlət mühitində paylanmış smart OLAP sisteminin modeli işlənilir

16-11-2024

Proqram mühəndisliyinin nəzəri əsasları araşdırılır

09-02-2016

“Əşyaların İnterneti”nin elmi-nəzəri problemləri araşdırılacaq

19-02-2016

Texnoparkların idarə olunması üçün model və mexanizmlər araşdırılır

19-01-2016

Gələcək nəsil elektron kitabxanaların formalaşması araşdırılır

12-02-2016

Elektron elmin formalaşması problemləri araşdırılır

10-02-2016

Biometrik texnologiyalarla bağlı araşdırma aparılır

07-07-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə