Previous Next
Bağla

“Koreya-Azərbaycan Dövlət Xidmətləri və Sosial İnnovasiyalar” seminarı keçirilib

06-09-2024 13:00
“Koreya-Azərbaycan Dövlət Xidmətləri və Sosial İnnovasiyalar” seminarı keçirilib

“Koreya-Azərbaycan Dövlət Xidmətləri və Sosial İnnovasiyalar” seminarı keçirilib.

Xeberler.az bildirir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Koreya Respublikasının Daxili İşlər və Təhlükəsizlik Nazirliyinin, Koreya Respublikasının Xarici İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşdırılıb.

Seminarda Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, Koreya Respublikasının ölkəmizdəki səfirliyinin müşaviri Hvanq Youkyounq, Koreya Respublikasının Daxili İşlər və Təhlükəsizlik Nazirliyinin şöbə direktoru Park Byunq-joon açılış nitqi ilə çıxış ediblər.

Ceyhun Salmanov Koreya Respublikasının Daxili İşlər və Təhlükəsizlik Nazirliyi ilə Dövlət Agentliyi arasında 2016-cı ildə imzalanmış Anlaşma Memorandumunun əhəmiyyətinə toxunaraq ötən dövr ərzində həyata keçirilmiş uğurlu əməkdaşlıqdan bəhs edib. Bundan əlavə, Koreya Respublikası tərəfindən həyata keçirilən texniki yardım və potensialın artırılması proqramlarında Dövlət Agentliyinin aktiv iştirakını qeyd edib və dəstəyə görə Koreya tərəfinə təşəkkürünü bildirib.

Koreyalı qonaqlar dövlət xidmətlərinin göstərilməsi sahəsində “ASAN xidmət” təcrübəsinin əhəmiyyətini və bu istiqamətdə Dövlət Agentliyi ilə həyata keçirilən əməkdaşlıqdan məmnunluğunu ifadə ediblər.

Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri “ASAN xidmət” modeli və Dövlət Agentliyi tərəfindən həyata keçirilən innovativ layihələr barədə təqdimat edib.

Ardınca Koreya Respublikasının Daxili İşlər və Təhlükəsizlik Nazirliyinin şöbə rəhbərləri dövlət xidmətlərində tətbiq olunan müasir yanaşmalar, vətəndaş məmnunluğu və xidmətlərə əlçatanlığın təmin olunmasında ölkələrinin təcrübələri barədə geniş təqdimatlar ediblər.

Tədbir sual-cavab formatında interaktiv müzakirələrlə yekunlaşıb.

Ölkəmizə səfər çərçivəsində koreyalı nümayəndələr “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, “ABAD”ın, “Bilim Bakı” mərkəzinin və Səyyar “ASAN xidmət”in fəaliyyəti ilə də tanış olublar. Eyni zamanda, nümayəndə heyətinə Dövlət Agentliyinin Dövlət xidmətlərinin dizaynı və innovasiyalar şöbəsi, eləcə də “İnnovasiyalar Mərkəzi” tərəfindən təqdimatlar edilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

"ASAN xidmət”in Çağrı Mərkəzində süni intellekt tətbiq olunacaq

29-01-2024

“ASAN xidmət” təcrübəsi Qazaxıstanla paylaşılır

26-02-2025

Dövlət Agentliyinin sədr müavini Koreyada səfərdədir

04-10-2019

Özbəkistanın dövlət qulluqçuları “ASAN xidmət”in təcrübəsini öyrənirlər

03-02-2025

ASAN xidmət qlobal forumda təqdim olunub

11-11-2016

“Alibaba Qrup”un nümayəndə heyəti “ASAN xidmət”də

28-02-2024

"ASAN xidmət" təcrübəsinin Tacikistanla paylaşılması müzakirə edilib

21-05-2026

“ASAN xidmət” brendinin ixracı ilə bağlı növbəti müqavilə imzalanıb

03-06-2025

Cibuti nümayəndə heyəti “ASAN xidmət”də olublar

09-09-2025

Uqandalı nazir “ASAN xidmət”də olub

27-08-2025

Macarıstan nümayəndə heyəti “ASAN xidmət”də olublar

12-02-2026

ASAN Xidmət-də yeni təyinat

19-03-2019

Qlobal Cənub QHT Platformasının nümayəndə heyəti "ASAN xidmət”də

18-05-2026

“Koreyanın Elektron Hökumət üzrə İnkişaf Strategiyası’’ mövzusunda seminar təşkil olunub

10-07-2020

Azərbaycanın mütəxəssisləri tərəfindən süni intellekt proqram təminatı hazırlanıb

29-01-2024

WUF13-ün suriyalı və ruandalı iştirakçıları “ASAN xidmət”də olublar

18-05-2026

Dövlət Agentliyinin nümayəndə heyəti Uqanda Respublikasına səfər edib

28-03-2022

Ruandanın və Zimbabvenin rəsmiləri "ASAN xidmət"də olublar

21-11-2025

“ASAN xidmət”in nümayəndə heyəti Kamboca Krallığına səfər edib

05-12-2025

Qvineya-Bisaunun Prezidenti “ASAN xidmət”də olub

27-02-2025

Seneqal nümayəndələri "ASAN xidmət" təcrübəsini yerində öyrənirlər

04-06-2025

Azərbaycan və Özbəkistan arasında Anlaşma Memorandumu imzalanıb

07-10-2019

Somali “ASAN xidmət” təcrübəsini öyrənir

09-07-2025

Rumıniya “ASAN xidmət” təcrübəsini öyrənir

06-12-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə