Mart ayıının 28-i saat 10:00 da Qafqaz Universitetində BarCamp Caspian 2009 Beynəlxalq qeyri-Konfransının açılış mərasimi olacaq.
Qafqaz Universitetində baş tutacaq bu tədbirə Azərbaycan mütəxəssisləri ilə yanaşı 20-yə yaxın ölkələrin (Türkiyə, Gürcüstan, Rusiya, Ukrayna, Belorusiya, Orta Asiya, Baltikyanı dövlətlər, Almaniya, İtaliya, İsveçrə və s.) nümayəndələri də iştirak edəcək.
Məlumat üçün bildirək ki, tədbirin platin sponsoru Qafqaz regionunun aparıcı telekommunikasiya operatoru olan Delta Telekomdur.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Azərbaycan İnternet Forumu, BarCamp Caspian 2009 Beynəlxalq qeyri-Konfransını rəsmi dəstəkləyənlər sırasındadırlar.
Bununla yanaşı, dünya üzrə kompüter avadanlıqlarının aparıcı istehsalçısı olan HP şirkəti, Norveçin Opera Softaware şirkəti, Print Art və “Beynəlxalq Hesablaşmalar və Araşdırmalar Mərkəzi” də tədbirin sponsorları arasındadır.
Tədbirə qoşulacaq 300-dən çox olan və əsasən gənclərin üstünlük təşkil etdiyi bu konfransın iştirakçıları arasında Google axtarış sisteminin, Sevenload Almaniyanın video paylaşım saytının, Wordpress, Creative Commons və Opera Software kimi nəhəng layihələrin nümayəndələri də olacaq.
Qeyd edək ki,BarCamp Caspianın keçirilməsi mart ayının sonuna planlaşdırılıb.BarCamp İnternet texnologiyaları, resursları, bloqlar, sosial şəbəkələr, web 2.0, vətəndaş jurnalistikası, OpenSource, proqram təminatı və bütün bunlarla əlaqəli olan sahələri əhatə edən İnformasiya Texnologiyaları və Müasir Media qeyri-Konfransıdır.Bu növ konfrans Azərbaycanda 2008-ci ildə də 150-yə yaxın yerıli mütəxəssisin iştirakı ilə təşkil olunub.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri