Azərbaycanın yeni kompüter oyunu- Video

07-06-2017 / 10:33

Azərbaycanda yeni  “İşğal altında: Şuşa. Qisas” kompüter oyunu təqdim edilib.

Dünən baş tutan tədbirdə gənclər və idman naziri Azad Rəhimov, nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Şuşa rayon İcra başçısı Bayram Səfərov, millət vəkilləri və digər qonaqlar iştirak edib.

Qeyd edək ki, oyun Şuşa ilə bağlı  layihə çərçivəsində  Gənclər və İdman Nazirliyinin dəstəyi ilə AzDimension şirkəti tərəfindən hazırlanıb.

 Şirkət rəhbəri Fərid Haqverdiyev Xeberler.az-a bildirib ki, “İşğal altında: Şuşa. Qisas” oyunu 2012-ci ildə istehsal edilən “İşğal altında: Şuşa” oyununun yeni versiyasıdır.

Onun sözlərinə görə, əvvəlki versiya ilə müqayisədə həm texniki göstəricilər, həm də oyunun süjeti yenilənib və inkişaf etdirilib.

Şirkət rəhbəri qeyd edib ki, qisas oyunun hadisələri Azərbaycan şəhəri olan Şuşa və onun ətrafında baş verən yeni atışma oyunudur:

“Oyunun hadisələri, müharibə nəticəsində öz evini tərk etməyə məcbur olan hərbiçi Emil ətrafında baş verir. İllər sonra o, düşməndən qisas alıb, doğma şəhərini azad etmək üçün təxribatçı dəstənin tərkibində şəhərə daxil olur”.

Fərid Haqverdiyev bildirib ki, AzDimension studiyasının əvvəlki oyunları ilə müqayisədə 3 dili (Azərbaycan, ingilis, rus) dəstəkləyir. Belə ki, oyun zamanı dilləri dəyişmək mümkündür. Bununla yanaşı, yeni oyunda yaxşılaşdırılmış qrafika və işlənilmiş işıqlanmadan, geniş lokasiyalar və müxtəlif formada gameplay-lərdən istifadə edilib.

Oyunun sistem tələbləri isə aşağdakı kimidir:

MINIMUM: OS: Windows® 7/8/8.1, 64-bit
Processor: Intel Core 2 Duo E4700 2.6 GHz or AMD Phenom 9950 Quad Core 2.6 GHz
Memory: 4 GB RAM
Graphics: 1GB ATI Radeon HD 5770, 1GB NVIDIA GeForce GTX 460 or better
DirectX: Version 11
Storage: XX GB available space
Sound Card: DirectX compatible sound card
Additional Notes: Initial installation requires; software installations required (included with the game) Microsoft Visual C++ 2012 and 2013 Runtime Libraries and Microsoft DirectX.



RECOMMENDED: OS: Windows® 7/8/8.1, 64-bit
Processor: 3GHz Quad Core
Memory: 8 GB RAM
Graphics: 2GB ATI Radeon HD 7970, 2GB NVIDIA GeForce GTX 770 or better
Storage: XX GB available space
Sound Card: DirectX compatible sound card

AzDimension layihəsi  Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun 2-ci qrant müsabiqəsində qalib olan layihələrdəndir.

Oyunu buradan ödənişsiz yükləyə bilərsiniz. 

 

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə