Previous Next
Bağla

Azərbaycanda yeni video oyun təqdim edildi

06-04-2018 13:44
Azərbaycanda yeni video oyun təqdim edildi

Bakıda Gənclər və İdman Nazirliyinin və Azdimension şirkətinin birgə təşkilatçılığı ilə “Sonuncu dalan” kompüter oyununun təqdimatı olub.

Xeberler.az məlumat verir ki, əvvəlcə oyundan bəhs edən videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev oyunun əhəmiyyətini yüksək qiymətləndirərək deyib ki, paytaxtımızın təbliği baxımından “Sonuncu dalan”ın rolu böyükdür. Artıq Gənclər və İdman Nazirliyinin dəstəyi ilə bir neçə kompüter oyunu təqdim olunub.

Ölkəmizdə milli kompüter oyunları çempionatının təşkil edildiyini diqqətə çatdıran nazir müavini respublikamızda bu sahəyə böyük marağın olduğunu, daha əvvəllər Qarabağ mövzusunda oyunların istifadəyə verildiyini və gənclər üçün dövlət tərəfindən lazımi şəraitin yaradıldığını vurğulayıb.

Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov ölkə gənclərinin səmərəli işlərlə məşğul olduğunu deyib. Diqqətə çatdırıb ki, artıq dünyada kompüter oyunlarına yaş məhdudiyyəti aradan qaldırılıb. Bütün yaş kateqoriyalarını əhatə edən oyunlar mövcuddur. Ölkə gənclərinə dövlət tərəfindən yüksək diqqət və qayğı göstərilir. Bunun nəticəsidir ki, gənclərimiz öz işlərinə yüksək peşəkarlıqla yanaşır və xalqımız üçün faydalı işlər görürlər.

Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə “Sonuncu dalan” oyununun beynəlxalq standartlara tam cavab verdiyini və keyfiyyətli qrafika ilə hazırladığını bildirib. Vurğulayıb ki, milli oyunların yaradılması sahəsində artıq ölkəmiz müxtəlif uğurlara imza atıb. Milli oyunlarımız yerli və beynəlxalq sərgilərdə nümayiş olunur və böyük maraq doğurur. Artıq bəzi oyunlarımızın alıcıları da var.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Əsgər Ələkbərov Bakının dünyaya təbliği istiqamətində oyunun əhəmiyyətini yüksək qiymətləndirərək deyib: “Bakı hər bir azərbaycanlının ürəyində özünəməxsus yerə malikdir. Paytaxtımız təkcə yerli sakinlərin deyil, həm də əcnəbilərin zövqünü oxşayır.

Bütün bu gözəlliklərin, İçərişəhərin tarixinin və arxitekturasının oyunda yer alması əcnəbilər üçün paytaxtımızla tanış olmaq baxımından gözəl imkan yaradır”.

Oyunun ideya müəllifi Fərid Haqverdiyev bildirib ki, “Sonuncu dalan” oyunu Azərbaycanın paytaxtı Bakıda, əsasən də İçərişəhər ərazisində cərəyan edir. Oyunun baş qəhrəmanı olan alim müqəddəs Avesta-da yazılanlara istinadən bir missiyasının olduğunu anlayır. Bu məqsədlə o, simvolları çözməli, İçərişəhər küçələrində gizlədilmiş artefatkları tapmalıdır. Bu yolda o, obrazları qədim əfsanə və əsatirlərdən, habelə Azərbaycan mifologiyasından və nağıllarından qaynaqlanan şər qüvvələrlə mübarizə aparmalıdır. Oyunda sevgi və mərhəmət mövzularına da toxunulub. Qız qalası, Şirvanşahlar sarayı, məscidlər, habelə Xəzər dənizi sularına qərq olmuş Səbail qalasında cərəyan edən oyunda soyuq silahla yanaşı, müasir odlu silahlar və qədim dövrə aid olan silahlar baş qəhrəmanın ixtiyarındadır.

Qeyd edək ki, oyunun demo versiyası 2015-ci ildə Almaniyada Beynəlxalq Kompüter Oyunları sərgisində 300 oyun arasında dördüncü olub. Layihənin məqsədi kompüter oyunları vasitəsilə gənclərin Azərbaycan tarixi və mədəniyyəti ilə daha yaxından tanış olması, yeni məlumat və biliklərin əldə edilməsi, gənclərin kompüter texnologiyası sahəsində təşəbbüskarlığının dəstəklənməsidir.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycanın yeni kompüter oyunu- Video

Azərbaycanın yeni kompüter oyunu- Video

07-06-2017
 3D oyun müsabiqəsinin qalibləri açıqlanacaq

3D oyun müsabiqəsinin qalibləri açıqlanacaq

08-01-2018
Twitter-də Oyunlara dəstək olanlar  mükafatlandırılıb

Twitter-də Oyunlara dəstək olanlar mükafatlandırılıb

12-06-2015
KATV1 Çempionat iştirakçılarını genişzolaqlı internetlə təmin edəcək

KATV1 Çempionat iştirakçılarını genişzolaqlı internetlə təmin edəcək

01-09-2016
Nazir müavini: Məktəblilərarası Milli Hakaton 350 min şagirdi əhatə edib

Nazir müavini: Məktəblilərarası Milli Hakaton 350 min şagirdi əhatə edib

01-12-2025
Sağlamlıq- 2018 Respublika Spartakiadasına start verilib

Sağlamlıq- 2018 Respublika Spartakiadasına start verilib

22-12-2018
VR üçün səs oyunları

VR üçün səs oyunları

15-05-2015
GTA 5-i veb brauzer vasitəsi ilə oynamaq mümkündür

GTA 5-i veb brauzer vasitəsi ilə oynamaq mümkündür

29-07-2015
Azərbaycanın ən yaxşı kompüter oyunçuları açıqlandı

Azərbaycanın ən yaxşı kompüter oyunçuları açıqlandı

29-06-2011
Hər gün 500 milyondan çox sakin kompüter oyunu oynayır

Hər gün 500 milyondan çox sakin kompüter oyunu oynayır

01-05-2015
Youth Inc. Bakutel-də iştirak edib-Foto

Youth Inc. Bakutel-də iştirak edib-Foto

01-12-2016
GəncLİK proqramının açılış mərasimi keçirilib

GəncLİK proqramının açılış mərasimi keçirilib

08-10-2019
Youth Inc. Rusiyada keçirilən forumda təmsil edilib

Youth Inc. Rusiyada keçirilən forumda təmsil edilib

26-09-2019
Avropa Oyunları Yaponiyanın İnternet televiziyasında

Avropa Oyunları Yaponiyanın İnternet televiziyasında

09-06-2015
Dünyanın ən bahalı video oyunları-Siyahı

Dünyanın ən bahalı video oyunları-Siyahı

01-08-2017
Evdə hazırlanmış kompüterdə oyun oynamaq imkanı

Evdə hazırlanmış kompüterdə oyun oynamaq imkanı

10-01-2015
Ukraynanın İT şirkəti Rusiyanın saytlarını bloklayan kompüter oyunu hazırlayıb

Ukraynanın İT şirkəti Rusiyanın saytlarını bloklayan kompüter oyunu hazırlayıb

28-02-2022
Azərbaycanda uşaqların təxminən üçdə biri hər gün video oyun oynayır

Azərbaycanda uşaqların təxminən üçdə biri hər gün video oyun oynayır

19-05-2020
Beynəlxalq Dron Olimpiadasının Azərbaycan finalı keçirilib

Beynəlxalq Dron Olimpiadasının Azərbaycan finalı keçirilib

01-04-2019
Lənkəranda təşkil edilmiş gənc alimlərin yay düşərgəsi başa çatıb

Lənkəranda təşkil edilmiş gənc alimlərin yay düşərgəsi başa çatıb

11-08-2022
Kiberidmançılar Asiya oyunlarında iştirak edəcək

Kiberidmançılar Asiya oyunlarında iştirak edəcək

21-04-2017
Bakıda yeni İT akademiya açılır-Video

Bakıda yeni İT akademiya açılır-Video

13-09-2016
Spartakiadanın qalibləri mükafatlandırılıb

Spartakiadanın qalibləri mükafatlandırılıb

18-03-2019
Counter Strike oyunu artıq mobil telefonlarda

Counter Strike oyunu artıq mobil telefonlarda

19-11-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə