Previous Next
Bağla

Azərbaycanlı mütəxəssislərin layihəsi beynəlxalq müsabiqədə birinci yerə layiq görülüb

18-05-2021 20:31
Azərbaycanlı mütəxəssislərin layihəsi beynəlxalq müsabiqədə birinci yerə layiq görülüb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi və Şamaxı Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanan “Vətəndaşların elektron müraciəti portalı” layihəsi beynəlxalq müsabiqədə birinci yerə layiq görülüb.

Nazirlikdən Xeberler.az-a bildirilib ki, Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən təsis edilən “İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti – 2021 Mükafatları” (“WSIS Prizes – 2021”) bu gün İsveçrə Konfederasiyasının Cenevrə şəhərində keçirilən beynəlxalq onlayn konfransda öz sahiblərinə təqdim olunub.

“WSIS Prizes – 2021” müsabiqəsinə Azərbaycanla yanaşı, dünyanın bir çox ölkəsindən 1270 elektron layihə təqdim olunub. Ekspertlər qrupu tərəfindən nəzərdən keçirilən bu layihələrdən 360-ı uğurlu hesab edilərək müsabiqədə iştiraka buraxılıb. 18 nominasiya üzrə onlayn səsvermə əsasında keçirilən müsabiqə nəticəsində 90 “Çempion”, 18 “Qalib” layihə seçilib.

“Vətəndaşların elektron müraciəti portalı – www.e-qebul.az" layihəsi “E-hökumət” kateqoriyası üzrə təqdim edilib. Bu layihə vətəndaşlar və dövlət qurumları arasında mövcud münasibətlərdəki problemlərin həlli üçün Şamaxı Rayon İcra Hakimiyyətinin təklifləri əsasında Məlumat Hesablama Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb. 2020-ci ilin sentyabr ayından Şamaxı rayonunda tətbiq olunan layihə “WSIS Prizes – 2021” müsabiqəsində həm çempion seçildi, həm də qalib oldu.

“Vətəndaşların elektron müraciəti portalı” vətəndaşlara dövlət qurumlarına fiziki olaraq getmədən onlayn şəkildə müraciət ünvanlamaq imkanı verir. Şamaxı rayonunda bütün müvafiq dövlət qurumlarının və xidmət sahələrinin qoşulduğu portala bu günədək 1200-dən çox vətəndaş müraciət edib. Qeyd edək ki, portala istənilən sayda dövlət qurumunun inteqrasiyası mümkündür. Bu da dövlət xidmətlərinə əlçatanlığı və operativliyi təmin edir, həmçinin bürokratik əngəllər kimi problemləri aradan qaldırır. Eyni zamanda, yeni yaradılmış portal qurumların fəaliyyətindəki hesabatlılığı təmin edir və mərkəzi icra hakimiyyəti orqanları yerlərdə vətəndaşlarla dövlət qurumları arasındakı münasibətləri real vaxt rejimində izləyə bilir.

Portalın özəlliklərindən biri də vətəndaşların istənilən vaxt elektron kabinetlərinə daxil olaraq müraciətlərinin statusunu izləyə bilməsidir. Məsələn, vətəndaş səhhəti, təhsili, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, fərdi təsərrüfatı və s. ilə bağlı müraciətini sistemə daxil etdikdən sonra rayon icra hakimiyyəti ilə koordinasiyalı şəkildə aidiyyəti qurumlar tərəfindən müraciətin araşdırılması həyata keçirilir. Bu müraciətin həlli istiqamətində müəyyən iş aparılır və vətəndaş bu barədə məlumatlandırılır.

Portala giriş Şamaxı Rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsinin "Elektron müraciət" bölməsində də yerləşdirilib. Əgər vətəndaşın onlayn müraciət sisteminə daxil olmaq imkanı yoxdursa, bu zaman rayon icra hakimiyyəti yanında yaradılmış ofisə gələrək müraciətini portal üzərindən könüllülərin dəstəyi ilə ünvanlaya bilər. Elektron müraciət portalı vətəndaşların işini asanlaşdırmaqla yanaşı, pandemiya dövründə onların dövlət qurumları ilə fiziki təmasını azaldıb.

Qeyd edək ki, sosial məsuliyyətini heç vaxt unutmayan Məlumat Hesablama Mərkəzinin daha bir layihəsi, “Danışan kitabxana” 2019-cu ildə müsabiqənin “Çempion” layihə mükafatına layiq görülüb. Həmin layihə Heydər Əliyev Fondunun təşəbbüsü ilə görmə qabiliyyəti məhdud olan insanlar üçün hazırlanıb.

www.e-qebul.az” layihəsinin “WSIS Prizes – 2021”də qalib olması isə bir ilkdir və ölkəmizin rəqəmsal idarəetmə sistemlərinin inkişafının göstəricisidir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə beynəlxalq mükafat təqdim olunub

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə beynəlxalq mükafat təqdim olunub

07-04-2022
Azərbaycanlı mütəxəssislərin layihəsinin birinciliyini təsdiq edən sertifikat təqdim olunub

Azərbaycanlı mütəxəssislərin layihəsinin birinciliyini təsdiq edən sertifikat təqdim olunub

28-05-2021
Danışan kitabxana layihəsi Çempion mükafatına layiq görülüb

Danışan kitabxana layihəsi Çempion mükafatına layiq görülüb

10-04-2019
“WSIS Prizes 2021”də mükafatlandırılma mərasimi keçiriləcək

“WSIS Prizes 2021”də mükafatlandırılma mərasimi keçiriləcək

18-05-2021
 “mygov”un ilkin versiyası Cenevrədə nüfuzlu mükafata layiq görülüb

“mygov”un ilkin versiyası Cenevrədə nüfuzlu mükafata layiq görülüb

31-05-2024
Biləsuvar Rayon İcra Hakimiyyəti portala qoşuldu

Biləsuvar Rayon İcra Hakimiyyəti portala qoşuldu

17-03-2015
AzInTelecom-un “Hökumət buludu” layihəsi beynəlxalq müsabiqədə çempion olub

AzInTelecom-un “Hökumət buludu” layihəsi beynəlxalq müsabiqədə çempion olub

31-05-2024
“ASAN Bridge” layihəsi beynəlxalq nominasiya üzrə qalib seçilib

“ASAN Bridge” layihəsi beynəlxalq nominasiya üzrə qalib seçilib

02-06-2022
Vəzifəli şəxslərin qəbuluna onlayn yazılmaq mümkün oldu

Vəzifəli şəxslərin qəbuluna onlayn yazılmaq mümkün oldu

03-04-2015
EHİM yerli icra hakimiyyətləri ilə rih.gov.az portalı haqqında müzakirələr aparıb

EHİM yerli icra hakimiyyətləri ilə rih.gov.az portalı haqqında müzakirələr aparıb

12-05-2022
Azərbaycan beynəlxalq İKT müsabiqədə qalib olub

Azərbaycan beynəlxalq İKT müsabiqədə qalib olub

14-06-2017
Made in Azerbaijan brendi altında layihələrimiz beynəlxalq müsabiqəyə təqdim edilib

Made in Azerbaijan brendi altında layihələrimiz beynəlxalq müsabiqəyə təqdim edilib

25-01-2019
Nazirliyin e-xidməti beynəlxalq müsabiqədə uğur qazanıb

Nazirliyin e-xidməti beynəlxalq müsabiqədə uğur qazanıb

17-05-2017
ƏƏSMN Beynəlxalq Telekommunikasiya İttifaqının təşkil etdiyi müsabiqələrdə qalib olub

ƏƏSMN Beynəlxalq Telekommunikasiya İttifaqının təşkil etdiyi müsabiqələrdə qalib olub

08-07-2025
Ən çox ziyarət olunan icra hakimiyyəti internet resursları -Siyahı

Ən çox ziyarət olunan icra hakimiyyəti internet resursları -Siyahı

06-02-2023
EHİM yerli icra hakimiyyətləri ilə keçirilən təlimləri başa çatdırıb

EHİM yerli icra hakimiyyətləri ilə keçirilən təlimləri başa çatdırıb

24-02-2022
“ASAN xidmət indeksi” üzrə nəticələr açıqlanıb

“ASAN xidmət indeksi” üzrə nəticələr açıqlanıb

07-02-2023
 Nazirliyin iki innovativ layihəsi “çempion” oldu

Nazirliyin iki innovativ layihəsi “çempion” oldu

17-03-2023
Rayon telekommunikasiya qovşaqlarında “Elektron qəbul otağı” yaradılacaq

Rayon telekommunikasiya qovşaqlarında “Elektron qəbul otağı” yaradılacaq

24-07-2014
Daha bir bank portala qoşuldu

Daha bir bank portala qoşuldu

24-10-2017
“E-sosial” internet portalı mükafata layiq görülüb

“E-sosial” internet portalı mükafata layiq görülüb

23-12-2024
“Açıq Hökumət Məlumatları” portalı birinci oldu

“Açıq Hökumət Məlumatları” portalı birinci oldu

21-12-2017
“Elektron hökumət” portalında daha bir yenilik

“Elektron hökumət” portalında daha bir yenilik

04-05-2016
Gəncə, Quba və Masallıda regional rəqəmsal hökumət formalaşdırılır

Gəncə, Quba və Masallıda regional rəqəmsal hökumət formalaşdırılır

06-05-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə