Previous Next
Bağla

Made in Azerbaijan brendi altında layihələrimiz beynəlxalq müsabiqəyə təqdim edilib

25-01-2019 17:21
Made in Azerbaijan brendi altında layihələrimiz beynəlxalq müsabiqəyə təqdim edilib

Ölkəmiz adından Beynəlxalq Telekommunikasiya İttifaqının “İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti – 2019 Mükafatları” beynəlxalq müsabiqəsinə bir sıra layihələr təqdim edilib.

Xeberler.az  bildirir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən həyata keçirilən layihələr, Nazirliyin tabeli qurumlarının mütəxəssisləri tərəfindən hazırlanan proqram və tətbiqlər müxtəlif nominasiyalar üzrə müsabiqədə iştirak hüququ qazanıb. Yerli mütəxəssislərimiz tərəfindən hazırlanan bir neçə layihə Təşkilat Komitəsi tərəfindən seçilərək artıq, səsverməyə təqdim olunub. 10 fevraladək davam edəcək onlayn səsvermə nəticəsində 18 nominasiya üzrə qaliblər, eyni zamanda, 72 çempionluq layihəsi müəyyən olunacaq.

Qaliblər 8-12 aprel 2019-cu il tarixində İsveçrənin Cenevrə şəhərində keçiriləcək “İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti – 2019” forumunda elan olunacaq. Məlumat üçün bildirək ki, İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti 2004-cü ildən BMT-nın İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə
xüsusi ixtisaslaşmış qurumu olan Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən keçirilir. “Made in Azerbaijan” brendi altında layihələrimizi qalib etmək üçün onlayn səsvermədə yüksək nəticə toplamaq lazımdır.

Qeyd edək ki, “İdeyadan Biznesə” (1-ci kateqoriya - “I2B – Idea to Business”) və ya “Apelyasiya Şuralarına Şikayət Sistemi” (1-ci kateqoriya - “Appeal Board Complaint System”), “Açıq Məlumatlar” (3-cü kateqoriya - “Open Data”), “Danışan kitabxana” (6-cı kateqoriya - “Speaking Library”), “Mobil imza” (7-ci kateqoriya - “Mobile Signature”), “Mərkəzləşdirilmiş Hesablama Sistemi” (8-ci kateqoriya - “Centralized Accounting System”), “ARİS” (7-ci kateqoriya- ARİS) layihələri nominant qismində müsabiqədə dünyanın müxtəlif ölkələrindən təqdim olunan layihələrlə yarışır.

Müsabiqəyə 1-ci (“I2B - İdeyadan Biznesə” və Apelyasiya Şuralarına Şikayət Sistemi) və 7-ci kateqoriya (ARİS və Mobil İmza) üzrə iki layihəmiz səsverməyə təqdim olunub. Lakin qaydalara görə hər kateqoriya üzrə yalnız 1 layihəyə səs verilə bilər.

Bundan başqa, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar Parkının rezidenti olan “iQrex” (kateqoriya 8 - “iQrex”) və “Sağlam Yaşam Platforması” (kateqoriya 10 - “Healty Living Support Platform”) layihələri də onlayn səsəvermədə iştirak edir. Onlayn səsvermədə fəal iştirak etməklə ölkəmizi təmsil edən bu layihələri qalib edə bilərik. Səsvermədə iştirak etmək üçün linki https://www.itu.int/net4/wsis/stocktaking/prizes/2019/ təqdim edirik.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Danışan kitabxana layihəsi Çempion mükafatına layiq görülüb

10-04-2019

Azərbaycan İnformasiya Cəmiyyəti üzrə Sammitdə təmsil olunur

09-04-2019

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə beynəlxalq mükafat təqdim olunub

07-04-2022

Azərbaycanlı mütəxəssislərin layihəsinin birinciliyini təsdiq edən sertifikat təqdim olunub

28-05-2021

Mütəxəssislərimiz İT sahəsində dünyanın ən məşhur müsabiqəsinə qoşulub

21-01-2019

Nazirliyin iki innovativ layihəsi “çempion” oldu

17-03-2023

“WSIS Prizes 2021”də mükafatlandırılma mərasimi keçiriləcək

18-05-2021

Bakıda Dron Olimpiadası keçiriləcək

18-03-2019

Nazirliyin e-xidməti beynəlxalq müsabiqədə uğur qazanıb

17-05-2017

Ağıllı texnologiyaların tətbiqi ilə işğaldan azad edilmiş ərazilər müasir texnologiyalar əsasında qurulacaq

17-05-2021

Azərbaycanın İKT istiqamətində gördüyü işlərin təqdimatı keçiriləcək

24-04-2015

Təhsildə innovasiyalar üzrə qrant müsabiqəsinin qalibləri-Siyahı

29-09-2017

Azərbaycanda III Robot Olimpiadası keçiriləcək

22-05-2019

Təhsildə innovativ layihələr tətbiq edilir

23-10-2017

ADPU tələbələri Beynəlxalq Robot Olimpiadasında qalib olublar

03-03-2025

STEAM Azərbaycan Festivalı bu gün başlayıb

05-12-2022

DOST RİM beynəlxalq müsabiqədə 3 kateqoriya üzrə qalib olub

13-01-2025

Azərbaycan beynəlxalq İKT müsabiqədə qalib olub

14-06-2017

Beynəlxalq Dron Olimpiadasının Azərbaycan finalı keçirilib

01-04-2019

Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür

17-05-2018

Azərbaycanlı mütəxəssislərin layihəsi beynəlxalq müsabiqədə birinci yerə layiq görülüb

18-05-2021

Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqənin qalibləri açıqlanıb

04-07-2019

48-ci beynəlxalq epistolyar inşa müsabiqəsinə start verildi

13-12-2018

Rəqəmsal Sənəd Dövriyyəsi BMT-nin beynəlxalq mükafatında ölkəmizi təmsil edib

25-09-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə