Previous Next
Bağla

Azərbaycanlı qadın sahibkar “Forbes”un qonağı olub

05-10-2023 17:00
Azərbaycanlı qadın sahibkar “Forbes”un  qonağı olub

Azərbaycanın tanınmış qadın sahibkarlarından olan “Bloom Group” marketinq agentliyinin təsisçisi, “Femmes Digitales” qadın klubunun həmtəsisçisi və idarə heyətinin üzvü Səbinə Pərvizi beynəlxalq biznes jurnalı “Forbes”un Almatıda keçirilən illik “Woman Club” forumunda Azərbaycanı uğurla təmsil edib. Onun biznesin rəqəmsallaşması, qadın liderliyinin inkişafı, ChatGPT və süni intellektdən istifadə, onun faydalı və zərərli tərəfləri mövzularında çıxışları iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, Səbinə xanım müxtəlif ölkələrdən, o cümlədən Azərbaycan, Qazaxıstan və Qırğızıstandan olan uğurlu iş qadınlarını  bir araya gətirən tədbirə ölkəmizdən dəvət olunan yeganə iştirakçıdır.

O, öz çıxışında kiçik və orta biznesin inkişaf etməsi, biznesin genişlənməsi və ölkə sərhədlərindən kənara çıxması üçün rəqəmsallaşmanın önəmindən danışıb, həmçinin KOB- ların rəqəmsallaşma səviyyəsini artırmaq üçün dövlət dəstəyinin zəruriliyini qeyd edib.

 

 “Pandemiya dövründə rəqəmsallaşmanın zəruriliyini daha aydın gördük. Biz “Bloom Group” olaraq məhz rəqəmsallaşmanın hesabına həmin gərgin dövrü geridə qoya bildik və hətta müəyyən uğurlar əldə etdik. O zaman biz ölkədə ilk dəfə tədbirləri onlayn təşkil etməyə başladıq və bu, uğurlu oldu, nəticə etibarilə təkcə bir il ərzində 100-dən çox onlayn tədbir keçirdik. Məhz rəqəmsallaşma sayəsində bütün problemlərdən çıxış yolu tapdıq və çətinlikləri geridə qoyduq.

Biz bilirik ki, rəqəmsallaşma olmadan inkişaf mümkün deyil. Odur ki, rəqəmsallaşmanın önəmini nəzərə alaraq, biz “Femmes Digitales” olaraq Azərbaycan xanımlarının informasiya-kommunikasiya texnologiyaları sahəsinə cəlb edilməsinə çalışırıq. Bunun üçün biz regionlarda məktəbli qızlarla görüşür, onlara rəqəmsəmsallaşma ilə bağlı məlumat verir və onları İT sahəsində karyera qurmağa həvəsləndiririk”, - deyə Səbinə Pərvizi vurğulayıb.  

 

Bundan başqa, “Bloom Group” marketinq agentliyinin təsisçisi və direktoru olaraq Səbinə xanım qadın liderliyinin inkişafı mövzusunda öz təcrübələrini bölüşüb.

 “Mən əminəm ki, gələcək qadın liderlərindir. Çünki empatiya indi çox vacibdir və bu qadınlarda daha çox inkişaf edib. Biz mütləq emosional intellekti inkişaf etdirməli, onun üzərində işləməliyik. Bu, qadın liderlərin daha da artmasına nail olmaqda bizə kömək edəcək.

 Yeri gəlmişkən bildirim ki, Azərbaycanda müxtəlif sahələrdə, o cümlədən də İT-də qadın liderlərin sayı hər il artır. Azərbaycan bu sahədəki təcrübələrini digər ölkələrdə bölüşməyə hazırdır”, - deyə azərbaycanlı sahibkar xanım qeyd edib. 

İş-həyat balansının müzakirəsi zamanı isə o bildirib ki, qadınlar üçün ideal tarazlığı saxlamağın çox çətin olduğu müasir dünyada cəmiyyət cəmiyyət və dövlət qadınlara dəstək olmalıdır.

Yekun olaraq, sual-cavab sessiyasında müasir dövrün ən aktual mövzusu – Süni intellektdən istifadə müzakirə olunub. Səbinə xanım rəhbərlik etdiyi “Bloom Group” marketinq agentliyində ChatGPT-dən istifadə olunması ilə bağlı öz təcrübələrini bölüşüb.

“Biz reallıqlara və tendensiyalara uyğunlaşır və öz fəaliyyətimizdə süni intellektdən istifadə edirik. Bu, vaxta və insan resurslarına qənaət etməyə kömək edir. Komandam öz bilikləri və süni intellekt sayəsində indi daha çox iş görür. Bu da bizə rəqabətqabiliyyətli qalmağa imkan verir”, - deyə Səbinə Pərvizi qeyd edib.

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanda fərdi sahibkarların 21 faizdən çoxunu qadınlar təşkil edir

23-11-2022

ABB-nin dəstəyi ilə II Qadın Liderləri Zirvəsi keçirilib

12-03-2026

İKT qadınlara həsr olunmuş “DigiGirlz” konfransı keçirilib-Fotolar

04-06-2015

Yüksək Texnologiyalar Parkının rezidenti 1-ci yerin qalibi olub

03-05-2023

Qadın sahibkarlar üçün akselerator proqramı fəaliyyətə başlayıb

22-01-2020

İKT sahəsində qadın liderlərlə interaktiv görüş keçirilib

23-06-2025

Sahibkarların maliyyə vəsaitlərinə çıxışı üçün online platforma yaradılır

21-01-2019

Azərbaycanda Sahibkar Qadınlar Assosiasiyası yaradılıb

26-10-2017

Azercell şəkili qadın sahibkarları dəstəkləyir

06-02-2025

İKT Qadınlar klubu 1 yaşını qeyd etdi

04-12-2015

“DigiMATE” və Rəqəmsal Yetkinlik İndeksi konsepsiyası qurulacaq

11-03-2024

WoWoman platformasının təsisçisi Forbes jurnalının 30under30 siyahısına daxil edilib

14-02-2019

Azercell ölkənin qadın liderlərini bir araya gətirir

12-05-2023

Azərbaycanda “İKT-də qızlar” mövzusunda konfrans keçiriləcək

21-04-2021

Azərbaycan Qadın Jurnalistlər Birliyi Milli Mətbuat Günü ilə bağlı tədbir keçirib

22-07-2009

İKT Qadınlar klubu ilin hesabatını verəcək

02-12-2015

“İKT-də qadınların iştirakı stereotipləri aradan qaldırdı”

02-04-2015

İnformasiya Texnologiyaları sahəsində ilin direktoru

10-12-2018

“Azərbaycanın Rəqəmsal Qızları: İKT-nin qadınların həyatındakı rolu” mövzusunda konfrans keçirilib

23-04-2015

İKT-nin bütün vətəndaşlara əlçatan olması üçün ardıcıl tədbirlər keçirilir

24-07-2025

“Qadınlar üçün karyera inkişafı və rəqəmsal bacarıqlar” adlı panel müzakirə keçirilib

06-03-2025

Kəndli qadınlarının rəqəmsal bilikləri artırılır

07-08-2023

KOB-ların növbəti qrant layihələrinin maliyyələşdirilməsinə başlanılıb

16-03-2023

İnformasiya-rabitə sektorunda fəliyyət göstərən sahibkarların 21 faizi qadındır

21-05-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə