Previous Next
Bağla

Azercell “Kabinetim” mobil tətbiqinin yeni versiyasını təqdim edib

14-05-2020 18:32
Azercell “Kabinetim” mobil tətbiqinin yeni versiyasını təqdim edib

İstifadəçilərə ən yaxşı müştəri təcrübəsi bəxş etmək məqsədilə “Azercell Telekom” MMC tərəfindən işlənib hazırlanmış “Kabinetim” mobil tətbiqinin yeni versiyası abunəçilərin ixtiyarına verildi. Artıq abunəçilərin işini daha da asanlaşdıran, bəzi funksiyaları əlçatan edən yeni imkanlar vasitəsilə tətbiq daha rahat, funksional və rəqəmsal xüsusiyyətlərə malikdir.

Xeberler.az bildirir ki, “Kabinetim” mobil tətbiqinin yeni versiyasında abunəçi istifadə etdiyi nömrənin rəsmi sahibini asanlıqa öyrənə bilər. Bunun üçün sadəcə proqramdakı kənar menyuya daxil olmaq kifayətdir. Digər yenilik “Mənim Profilim” bölməsində edilib. Bu bölmədə imza sahibinin adı və soyadı ilə yanaşı, əlavə əlaqə nömrəsi və elektron ünvanın qeyd olunması üçün imkan yaradılıb.

Sözügedən hər iki funksiyadan yalnız fiziki şəxslər yararlana biləcəklər. Önəmli yeniliklərdən biri də Mobil Ödəmə sisteminin təkmilləşdirilməsi ilə bağlıdır. Belə ki, fakturasız xətt istifadəçiləri artıq öz nömrəsinə aid kabinetdən digər Azercell nömrəsinə balans köçürə bilər. Bundan əlavə, yenilənmiş “Kabinetim” mobil tətbiqində “İnternet” və “Balansı artır” bölmələrindən istifadəçi təcrübəsi də təkmilləşdirilib.

Qeyd edək ki, “Kabinetim” mobil tətbiqinin önəmli xüsusiyyətlərindən biri də odur ki, tətbiqdən istifadə zamanı meqabaytlar xərclənmir. Həm iOS, həm də Android əməliyyat sistemlərində çalışan çoxfunksional "Kabinetim” tətbiqini "App Store” və ya "PlayStore”dan yükləmək mümkündür. Tətbiq avtomatik yenilənməyibsə, yükləmə üçün bit.ly/Kabinetim keçidindən istifadə etmək olar.

Müasir texnologiyalar və rəqəmsal həlləri təqdim edən “Kabinetim” tətbiqi istifadəçilərə nömrə xəttini şəxsən idarə etmək, balansı nəzarətdə saxlayıb artırmaq, internet paketləri və rominq internet paketlərini aktivləşdirmək, tarif paketini dəyişmək və bir çox başqa imkanlar təqdim edir. Azərbaycan, rus və ingilis dillərini dəstəkləyən"Kabinetim” tətbiqi üzərindən onlayn çat vasitəsilə Azercell müştəri xidmətlərinə müraciət etmək və QR skan ilə xidmətlərə qoşulmaq da mümkündür.

Rəqəmsal həllərin tətbiqi yolu ilə müştəri məmnuniyyətini daha da yüksəltməyi hədəfləyən Azercell “Kabinetim” tətbiqinin funksionallığını artırmaqda davam edəcək. Odur ki, istifadəçilər mobil tətbiqlə bağlı təkliflərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azercell-in Kabinetim mobil tətbiqi yenilənib

23-10-2019

Azercell-in Kabinetim tətbiqi ilə nömrənizə nəzarət etmək artıq daha asandır

09-07-2019

“Kabinetim” ilə yeniliklərdən ilk sən xəbərdar ol

11-08-2021

Mobil Ödəmə xidməti indi Azercell Fakturalı Xətt abunəçiləri üçün də mümkün oldu

20-11-2020

"Azercell" mobil tətbiqləri artıq “Kabinetim”də!

19-08-2020

Ordumuzu “Kabinetim” tətbiqindən dəstəkləmək imkanı

13-10-2020

ƏDV-ni “Kabinetim”də topla!

17-02-2022

"Azercell" mobil ödəmə xidmətini fakturalı xətt abunəçiləri üçün aktivləşdirib

21-11-2020

Azercell-dən rəqəmsallığa doğru daha bir addım

18-03-2019

Azercell-dən Ukraynadakı abunəçilərinə dəstək!

24-02-2022

Azercell abunəçilərinə hədiyyə balans qazandırır

23-09-2020

Azercell müştərilərin sərbəst dizayn edə biləcəyi yeni rəqəmsal tarif təqdim edir!

03-10-2022

Azercell “Telegram Bot” xidmətini təqdim edir

04-06-2020

Azercell Ukrayna istiqamətində tətbiq etdiyi pulsuz zənglərin vaxtını uzadıb

09-03-2022

Azercell-in rəqəmsal həlləri ən populyar onlayn xidmətlər sırasındadır

29-08-2020

“Azercell” tətbiqinə yeni "Qonaq Girişi" funksiyası əlavə olunub

17-01-2025

Azercell rabitə bazarında yeni biznes istiqamətini təqdim edir

04-07-2022

İstəSən tarif paketində yeniliklər davam edir!

21-02-2024

3 ay ərzində 1 milyona yaxın sorğu!

22-04-2022

Azercell Ukraynadakı vəziyyətlə əlaqədar abunəçilərinə dəstəyini davam etdirir

28-02-2022

Azercell “Məktəbə qayıdış” kampaniyasını elan edir

22-09-2022

“Azercell” tətbiqində abunəçilərə özəl təkliflər!

10-01-2025

Azercell-dən avtomatik balans artırılması imkanı

05-11-2021

Azercell Yeni il öncəsi yenilənmiş rouminq xidmətini təqdim edir

26-12-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə