Previous Next
Bağla

İKT Qadınlar klubu ucqar kəndlərə gedəcək

15-02-2016 12:44
İKT Qadınlar klubu ucqar kəndlərə gedəcək

Azərbaycan qadınlarının İKT Klubu – FEMMES DIGITALES fevralın 12-də  ilin ilk iclasını keçirib.

Xeberler.az-ın məlumatına görə, klubun bu dəfəki iclasını 2016-cı ildə Bakıda keçiriləcək Formula-1 yarışmasının təşkilatçısı Baku Grand Prix şirkətinin mətbuat katibi və marketinq və kommunikasiyalar şöbəsinin rəhbəri Nigar Arpadarai Baku Grand Prix şirkətinin ofisində qəbul edib.

Ənənəyə əsasən, klubun hər iclası təşkilatın bir üzvü tərəfindən təşkil edilir.

Yığıncaqda klubun təsisçisi, B.EST Solutions şirkətinin rəhbəri Yana Krimpe klubun üzvləri ilə cari ilin birinci yarımilliyi üzrə nəzərdə tutulmuş planlarla bölüşüb.

O bildirib ki, klub Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə ümumtəhsil məktəblərində 9-11-ci siniflərdə  təhsil alan qızlarla görüşlərin keçirilməsi və onların İKT peşələri üzrə təhsillərini davam etdirməsi, bu sahədə karyera qurmağa cəlb edilməsi ilə bağlı danışıqlar aparır:

“İlkin mərhələdə görüşlərin Bakıda keçirilməsi planlaşdırılsa da, yaxın gələcəkdə bu cür görüşləri reqionlarda, ucqar kəndlərdə keçirmək və bu görüşlərə ali təhsil ocaqlarının tələbələrini də cəlb etmək istərdik. Eyni zamanda, biz həmçinin İKT sahəsində işləyən və təhsil alan xanımlar haqda məlumat toplamaq məqsədi ilə araşdırma aparmaq niyyətindəyik ki, bu da bizə İKT sahəsində qadınların iştirakı üzrə dəqiq statistika aparmağa, qızlar arasında bu sahənin peşələri ilə bağlı mövcud olan stereotipləri və qorxuları aradan qaldırmağa imkan verəcək. Bizim məqsədimiz, Azərbaycanın İKT sektorunda uğurlu fəaliyyət göstərən xanımları və qızları örnək göstərərək bu sahənin nə dərəcədə maraqlı, əhatəli və tələbatlı bir fəaliyyət istiqaməti olduğunu nümayiş etməkdir”. 

Daha sonra klubun həmtəsisçisi və  Microsoft şirkətinin Azərbaycanda, Gürcüstanda və Belarusda marketinq meneceri Səbinə Pərvizi iclas iştirakçılarına qızlar üçün proqram əlavələrinin yazılması üzrə treninqərin keçirilməsini nəzərdə tutan Texnovation layihəsi haqda məlumat verib.

Klubun üzvləri Azərbaycanın bu layihədə gələn ildən iştirak etməsi haqda qərar qəbul etdilər və bu istiqamətdə bu ildən etibarən hazırlıq işlərinə başlamaq niyyətində olduqlarını bildiriblər. 

İclasda, eyni zamanda, cari ilin aprel ayında ADA Universitetində keçiriləcək “İKT-də Qızlar Günü” və “İKT Həftəsi” tədbirlərinin təşkilatı məsələləri, həmçinin aidiyyatı dövlət qurumlarının bu sahədə əməkdaşlığa cəlb edilməsi üzrə planlar müzakirə edilib.

Yığıncaqda 2016-cı il üzrə nəzərdə tutulmuş bir sıra tədbirlər müzakirə edildi və klubun 8 mart  - Beynəlxalq Qadınlar Gününə həsr edilmiş növbəti görüşünün tarixi müəyyən edilib.

 Qərara alınıb ki, növbəti yığıncaq martın 11-də klubun üzvü, Cybernet şirkətinin baş direktorunun müşaviri  Şəhla Məmmədovanın təşkilatçılığı ilə baş tutacaq.

Həmçinin, 8 Mart münasibətilə martın 12-də təntənəli tədbirin və Azərbaycanda ilk dəfə olaraq İKT sahəsində fəaliyyət göstərən qadınlar və qızlar arasında boulinq üzrə yarışmanın təşkil edilməsinə dair razılıq əldə edildi.

Daha sonra, ənənəvi olaraq, klubun üzvlərini qonaq qəbul edən Baku Grand Prix şirkətinn təqdimatı keçirilib. Şirkətin nümayəndəsi Nigar Arpadarai klubun üzvərinə Bakıda keçiriləcək Formula-1 yarışlarına hazırlıq işləri və yarışma zamanı istifadə ediləcək innovativ texnologiyalar barədə məlumat verib.

Sonda FEMMES DIGITALES klubunun üzvərinin Bakıda keçiriləcək Formula-1 yarışlarının təşkilatçısı Baku Grand Prix şirkətinin bolidi ilə fotosessiyası keçirilib.

Məltəm Talıbzadə 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
İKT Qadınlar klubu məktəbli qızlara dəstək olacaq

İKT Qadınlar klubu məktəbli qızlara dəstək olacaq

03-05-2016
FEMMES DIGITALES 2 yaşını qeyd edib-Foto

FEMMES DIGITALES 2 yaşını qeyd edib-Foto

06-12-2016
İKT Qadınlar Klubu üzvlərinin sayı açıqlandı

İKT Qadınlar Klubu üzvlərinin sayı açıqlandı

02-10-2015
İKT Qadınlar klubu ilin hesabatını verəcək

İKT Qadınlar klubu ilin hesabatını verəcək

02-12-2015
Qadınlarının İKT Klubu yaradılır

Qadınlarının İKT Klubu yaradılır

02-12-2014
İKT Qadınlar Klubu 2 yaşını qeyd edir-Fotolar

İKT Qadınlar Klubu 2 yaşını qeyd edir-Fotolar

03-12-2016
İKT qadınların boulinq üzrə ilk çempionatı keçiriləcək

İKT qadınların boulinq üzrə ilk çempionatı keçiriləcək

07-03-2016
Azərbaycan Qadınlarının İKT Klubunun görüşü olub

Azərbaycan Qadınlarının İKT Klubunun görüşü olub

10-03-2015
Azercell Azərbaycanın rəqəmsal qızlarına dəstək olub

Azercell Azərbaycanın rəqəmsal qızlarına dəstək olub

02-05-2016
İKT Qadınlar klubu 1 yaşını qeyd etdi

İKT Qadınlar klubu 1 yaşını qeyd etdi

04-12-2015
İKT qadınların boulinq üzrə ilk çempionatı keçirilib

İKT qadınların boulinq üzrə ilk çempionatı keçirilib

14-03-2016
FEMMES DIGITALES -in rəsmi veb-saytının təqdimatı keçiriləcək

FEMMES DIGITALES -in rəsmi veb-saytının təqdimatı keçiriləcək

16-09-2015
İKT Qadınlar Klubu artıq işə başladı - Fotolar

İKT Qadınlar Klubu artıq işə başladı - Fotolar

09-09-2015
Qadınların İKT Klubu yaradıldı

Qadınların İKT Klubu yaradıldı

04-12-2014
İKT Qadınlar Klubunun növbəti təlimi keçiriləcək

İKT Qadınlar Klubunun növbəti təlimi keçiriləcək

05-09-2015
“Femmes Digitales”  məktəbli  qızların İKT sahəsinə marağını artırmaq üçün təbliğata başlayır

“Femmes Digitales” məktəbli qızların İKT sahəsinə marağını artırmaq üçün təbliğata başlayır

15-04-2015
Bakıda beynəlxalq  İKT-də Qadınlar Günü qeyd ediləcək

Bakıda beynəlxalq İKT-də Qadınlar Günü qeyd ediləcək

26-04-2016
İKT Qadınlar Klubu Masallıda ilk regional  tədbir keçirib-Foto

İKT Qadınlar Klubu Masallıda ilk regional tədbir keçirib-Foto

07-11-2016
Regionda xanımlar üçün növbəti İKT tədbir keçirilib

Regionda xanımlar üçün növbəti İKT tədbir keçirilib

18-05-2018
Bakıda beynəlxalq İKT-də Qadınlar Günü qeyd edilib-Foto

Bakıda beynəlxalq İKT-də Qadınlar Günü qeyd edilib-Foto

11-05-2017
 Qəbələdə qızlar üçün İKT konfrans keçirilib-Foto

Qəbələdə qızlar üçün İKT konfrans keçirilib-Foto

06-11-2017
Bakutel çərçivəsində AWITA 2018 mükafatlarının təqdimat mərasimi keçiriləcək

Bakutel çərçivəsində AWITA 2018 mükafatlarının təqdimat mərasimi keçiriləcək

28-11-2018
Bu gün “İKT-də Qızlar” Günüdür

Bu gün “İKT-də Qızlar” Günüdür

23-04-2020
“İKT-nin qadınların həyatında rolu” mövzusunda konfrans keçiriləcək

“İKT-nin qadınların həyatında rolu” mövzusunda konfrans keçiriləcək

21-04-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə