“Azercell Telekom” MMC “Azərxalça” ASC ilə əməkdaşlıqda qadın həmrəyliyini və gücünü əks etdirən “Minlərlə ilmə, bir güc” sosial təşəbbüsünü uğurla həyata keçirdi.
Təşəbbüs eyni zamanda Azərbaycanın zəngin xalçaçılıq ənənələrinin yaşadılması və gələcək nəsillərə ötürülməsinə töhfə vermək məqsədini daşıyırdı.
Layihə çərçivəsində qadınlar arasında həmrəyliyi, onların cəmiyyətin sosial və mədəni inkişafındakı rolunu simvolizə edən xüsusi xalça hazırlandı.
Təşəbbüs 2–3 may tarixlərində keçirilən Beynəlxalq Xalça Festivalı zamanı geniş ictimaiyyətə təqdim edildi. Festival günlərində qadın ziyarətçilər və ictimai xadimlər təşəbbüsə böyük maraq göstərərək xalçanın yaradılma prosesində birbaşa iştirak etdilər.
Belə ki, festivalın qadın iştirakçıları xalçaya ilmə vuraraq bu unikal sənət nümunəsinin formalaşmasına öz töhfələrini verdilər.
“Azercell Telekom” MMC layihəyə qoşularaq xalçanın hazırlanmasında iştirak edən bütün qadınlara öz təşəkkürünü bildirir!





Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları