Bizneslərə daha effektiv və müasir müştəri xidmətləri göstərilməsi məqsədilə lider mobil operator “Müştəri Təcrübəsinin İdarə Edilməsi Platforması”nı istifadəyə verir.
Yeni platforma müxtəlif rəqəmsal kanallar (“WhatsApp”, “Instagram”, “Facebook”, SMS, veb çat və s.) vasitəsilə daxil olan müştəri sorğularını vahid mərkəzdən idarə etməyə və operativ şəkildə cavablandırmağa imkan yaradır. Bu, bizneslə müştərilər arasında ünsiyyətin səmərəli, operativ və keyfiyyətli şəkildə aparılmasını təmin edir.
Platforma eyni zamanda əvvəlki yazışmaları yadda saxlamaq, real vaxtda fərdi təkliflər hazırlamaq və rəqəmsal kampaniyaları avtomatlaşdırmaq kimi üstünlüklər təqdim edir.
Platformanın süni intellekt əsasında işləyən çatbotları tez-tez verilən suallara avtomatik cavab vermək, müştəri xidmətləri komandasının iş yükünü azaltmaq və 24/7 fasiləsiz dəstək göstərmək imkanına malikdir.
Platformanın avtomatlaşdırma alətləri bizneslərə kampaniyaların effektivliyini izləmək, müştərilərinə vaxtında və hədəfə uyğun təkliflər təqdim etmək və yeni effektiv strategiyalar hazırlamaq imkanı verir.
Yeni platforma “Salesforce”, “HubSpot” və s. kimi tanınmış CRM sistemləri ilə rahat inteqrasiya edilir. Sorğu və iş axınının effektiv idarə edilməsi, sürətli cavablama üçün hazır şablonların istifadəsi həllin daha bir üstünlüyüdür.
“Azercell Biznes”in təqdim etdiyi “Müştəri Təcrübəsinin İdarə Edilməsi Platforması” bizneslərə rəqəmsal xidmət səviyyəsini yüksəltmək və müştəri məmnuniyyətini artırmaq üçün yeni imkanlar açır.
Ətraflı məlumat üçün: Müştəri əlaqələrini bütün kanallarda gücləndirin! | Məşhur tətbiqlər sərfəli abunəlik şərtlərilə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları