Previous Next
Bağla

Azercell-dən “SABAH” layihəsinə dəstək

16-03-2015 17:00
Azercell-dən “SABAH” layihəsinə dəstək

Azercell Telekom Təhsil Nazirliyinin həyata keçirdiyi “SABAH” layihəsinə dəstək verir.

Bu layihə çərçivəsində Azercell “SABAH” tələbələri üçün yay təcrübə proqramı təklif edir. Layihədə yer alan 5 nəfər tələbə yay təcrübə proqramına cəlb edilərək,  şirkətin Maliyyə, Texnologiyalar, Marketinq ünsiyyət vasitələri və Strateji partnyorluq və müştəri kanalları departamentlərində təcrübə keçmək imkanı əldə edəcəklər.

Bundan əlavə, eyni zamanda, Azercell “SABAH”  layihəsi tələbələri üçün müxtəllif təqdimatlar, görüşlər keçirir. Artıq bu təqdimatlardan ikisi baş tutub.

Ötən həftə Azərbaycan Texniki Universitetində tələbələrlə görüş keçirilib. Mühazirəçi qismində Azərbaycanda Oracle şirkətinin ən yüksək səviyyəli sertifikatına malik olan 7 nəfərdən biri - Azercell-in təmsilçisi Kamran Ağayev çıxış edib. Kamran Agayev “Oracle Cerified Master imtahanına gedən yol” movzusunda tələbələrlə öz fikirlərini bölüşüb.

Görüşün təşkilində əsas məqsəd tələbələrdə Oracle sisteminə maraq oyatmaq, onlara gələcək hədəflərini düzgün müəyyənləşdirməkdə kömək etmək, müvafiq biliklər qazanmaqda yardımçı olmaq idi. O cümlədən, bu işdə praktiki yardım göstərmək üçün azərbaycanlı mütəxəssislərin öz təcrübəsini gənclərlə paylaşmasına şərait yaratmaqdır. Məlumat üçün bildirək ki, Kamran Ağayev ötən il Oracle Master sertifikatını alıb. Onun UNİX-Oracle verilənlər bazasının idarəetməsi sahəsində 7 illik təcrübəsi var. Bir neçə gün əvvəl isə Azərbaycan Dövlət İqtisad Universitetində Azercell-in əməkdaşı Azad Huseynov-un “Biznesin Təhslili” mövzusunda mühazirəsi keçirilib. Mühazirə tələbələr tərəfindən böyük maraqla qarşılanıb. Azercell təmsilçisi gənclərə gələcək karyeralarında kömək olacaq bəzi məsləhətlər də verdi.

Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “SABAH” layihəsi ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi, ali təhsil sistemində yeni və fərqli bir mühitin yaradılması, savadlı, bacarıqlı və hazırlıqlı tələbə yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi məqsədilə yaradılıb. Bu layihə tələbələrə bir sıra üstünlüklər, o cümlədən əlavə müavinət, pulsuz yaşayış yeri və qidalanma, tələbə mübadiləsi proqramlarında iştirak, intellektual və yaradıcı potensialın inkişafı, müasir şirkətlərdə iş təcrübəsi və əlavə təhsil kimi üstünlükləri təmin edir.

Xəbərlər.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

SABAH tələbələri Azercell-də-Foto

02-12-2016

Azercell təcrübəsini SABAH qrupları ilə bölüşüb

15-02-2020

Azercell əməkdaşları bilik və təcrübələrini tələbələr ilə bölüşdülər

14-02-2019

Azercell-də təcrübə keçmək istəyənlərin nəzərinə

03-04-2018

Azercell tələbələri bir araya topladı-Foto

06-07-2017

Azercell-də təcrübə keçəcək tələbələrin adları açıqlandı

03-07-2018

SABAH tələbələri Azercell-də təcrübə keçəcək

01-05-2017

Qafqaz Universitetinin tələbələri Azercell-də

17-04-2015

Azercell maraqlı seminar təşkil edib

06-03-2015

Azercell gənclər üçün xüsusi elektron ünvan yaradıb

11-05-2016

Təhsil Nazirliyi və Microsoft İT tələbələri iş mühitinə hazırlayır

10-06-2016

Azərbaycanlı mütəxəssisin yazdığı kitab dünyada maraqla qarşılanır

12-10-2016

Azercell-də işləmək istəyən tələbələr üçün yeni imkan  

22-04-2017

Azercell SABAH tələbələrinə dəstəyi davam etdirir

06-06-2017

Azercell Qubada təlimlər təşkil edib

22-02-2018

Azercell Təqaüd və Təcrübə Proqramının qaliblərini təbrik edib

05-03-2022

Azercell tələbələrə dəstək olub

16-10-2017

30 tələbə Azercell-də təcrübə keçmək imkanı qazanıb

20-07-2016

Uğurlu karyeraya Azercell-lə addımla!

04-10-2022

Azercell daha 25 tələbəyə təqaüd verəcək

09-01-2018

Azercell-in təşəbbüsü ilə tələbələrlə görüş keçirilib

05-03-2015

Azercell istedadlı tələbələrə dəstək oldu

21-04-2015

Bu il Azercell daha 25 tələbəni sevindirdi

22-01-2019

Azercell IX Azərbaycan Beynəlxalq Karyera sərgisində iştirak etdi

12-10-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə