Previous Next
Bağla

Azercell əməkdaşları bilik və təcrübələrini tələbələr ilə bölüşdülər

14-02-2019 16:08
Azercell əməkdaşları bilik və təcrübələrini tələbələr ilə bölüşdülər

Azərbaycanda gənclərin peşəkar və fərdi inkişafına daim dəstək olan, Korporativ Sosial Məsuliyyət strategiyasında təhsilin inkişafına tövhə verən “Azercell Telekom” MMC , Azərbaycan Respublikası Təhsil Nazirliyi SABAH Qrupları Karyera Akademiyası proqramı çərçivəsində daha bir layihəyə dəstək verdi.

Xeberler.az  bildirir ki, 12-14 fevral tarixlərində Qubada təşkil edilmiş SABAH Karyera Qış Məktəbində Azercell şirkətinin əməkdaşları tələbələrə təlimlər keçib, bilik və təcrübələrini onlar ilə bölüşüblər. Azercell Akademiyasının peşəkar təlimçiləri Vahida Orucova, Sevinc Teymurova və Ceyhun Süleymanov “Təqdimat Bacarıqları” və “Karyera brendini yarat” mövzusunda təşkil olunmuş master-klassda tələbələr qarşısına çıxış ediblər. İki gün davam edən təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib. Onu da bildirək ki, Azercell əməklaşları 2017 və 2018-ci illərdə təşkil olunan SABAH Karyera Qış Məktəbi layihəsində həmçinin fəal iştirak ediblər. Ötən illərdə olduğu kimi, bu il də təlimlərdə əsas istiqamət karyera quruculuğu üzrə fundamental bacarıqların inkişafı olub.

Qeyd edək ki, 2017-ci ildə Təhsil Nazirliyi SABAH qrupları və “Azercell Telekom” MMC arasında memorandum imzalanıb. Memoranduma əsasən, Azercell şirkəti tərəfindən təşkil edilən Tələbə Təqaüd Proqramı və Təcrübə Proqramı çərçivəsində Azərbaycan Respublikası Təhsil Nazirliyinin SABAH qrupları tələbələri üçün hər il xüsusi yerlər ayırılır. Belə ki, Tələbə Təqaüd Proqramının 2019-cu il üzrə 25 qalibindən 9-u, məhz SABAH qruplarının tələbəri olub. Qaliblər ali təhsillərinin sonunadək Azercell-dən 200 AZN məbləğində aylıq təqaüd almaqla yanaşı, telekommunikasiya sahəsi haqda biliklərini artırmaq, şirkətin korporativ tədbirlərinə dəvət almaq, müxtəlif təlimlərdə, məlumat sessiyalarında və kurslarda iştirak etmək imkanını əldə edəcəklər. Əlavə olaraq, son 2 ildə 25 SABAH tələbəsi Azercell-in Tələbə Təcrübə Proqramı çərçivəsində təcrübə keçmək imkanına malik olmuşdular. Onlardan biri isə artıq Azercell Ailəsinə belə qoşulub.

Məlumat üçün bildirək ki,  Təhsil Nazirliyi SABAH qrupları  ali təhsil sistemində yeni və fərqli bir mühitin yaradılması,  tədrisin keyfiyyətinin yüksəldilməsi, savadlı, bacarıqlı və hazırlıqlı tələbə yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi məqsədilə yaradılmış, ali təhsil sistemində innovativ və aparıcı bir layihədir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azercell təcrübəsini SABAH qrupları ilə bölüşüb

15-02-2020

Azercell Qubada təlimlər təşkil edib

22-02-2018

Azercell SABAH tələbələrinə dəstəyi davam etdirir

06-06-2017

SABAH tələbələri Azercell-də təcrübə keçəcək

01-05-2017

Bu il Azercell daha 25 tələbəni sevindirdi

22-01-2019

Azercell daha bir karyera sərgisində iştirak etdi

04-03-2019

Azercell-dən təhsil sahəsində daha bir yenilik-Foto

10-02-2017

Azercell 2020-ci il Tələbə Təqaüdü Proqramının nəticələrini elan edib

29-01-2020

Azercell tələbələri bir araya topladı-Foto

06-07-2017

SABAH tələbələri Azercell-də-Foto

02-12-2016

Azercell 25 tələbəyə təqaüd ayırdı

22-12-2022

Azercell təhsilə dəstəyi davam etdirir-Fotolar

27-02-2017

Azercell-də təcrübə keçəcək tələbələrin adları açıqlandı

03-07-2018

Azercell Tələbə Təqaüdü Proqramını elan edir

06-10-2011

Azercell-də təcrübə keçmək istəyənlərin nəzərinə

03-04-2018

“Azercell Tələbə Proqramı”nın təqdimatı keçiriləcək

20-10-2015

Azercell-dən “SABAH” layihəsinə dəstək

16-03-2015

Azercell Tələbə Təqaüdü Proqramına müraciətlərin qəbuluna başlayır

17-09-2019

Azercell və Bakı Dövlət Universiteti əməkdaşlıq memorandumu imzalayıb

21-10-2015

Azercell növbəti dəfə karyera sərgisində iştirak etdi

27-05-2019

Azercell Təqaüd və Təcrübə Proqramının qaliblərini təbrik edib

05-03-2022

Azercell tələbələrlə görüşüb

14-10-2017

Uğurlu karyeraya Azercell-lə addımla!

04-10-2022

Azercell daha 25 tələbəyə təqaüd verəcək

09-01-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə