Previous Next
Bağla

Bu il Azercell daha 25 tələbəni sevindirdi

22-01-2019 11:30
Bu il Azercell daha 25 tələbəni sevindirdi

“Azercell Telekom” MMC tələbələrin fəaliyyətinin dəstəklənməsi üçün hər il keçirilən Tələbə Təqaüd Proqramının 2019-cu il üzrə qaliblərini elan edib.

Xeberler.az  bildirir ki, mərhələli seçim nəticəsində bu il 25 tələbə Azercellin Təqaüdçüsü adına layiq görülüb. Tələbələri təbrik etmək üçün şirkət tərəfindən yanvar ayının 21-i təşkil edilən görüşdə “Azercell Telekom” MMC-nin
prezidenti Vahid Mürsəliyev və Təhsil Nazirliyi SABAH qruplarının tədris işləri üzrə rəhbəri Eldar Qocayev iştirak edib. Vahid Mürsəliyev çıxışı zamanı şirkətin korporativ sosial məsuliyyət siyasətinin daim öz ardıcıllığı, dayanıqlılığı və şəffaflığı ilə seçildiyini bildirib. Həmçinin, şirkət tərəfindən həyata keçirilən İllik Tələbə Təqaüd və Təcrübə proqramlarının ölkə gənclərinin inkişafına yatırılan investisiyalar olduğunu qeyd edib.

Məlumat üçün bildirək ki, Azercell tərəfindən keçirilən Tələbə Təqaüd Proqramında iştirak etmək üçün 1398 tələbə müraciət edib və seçimlər 3 mərhələdən ibarət olub. Birinci seçim mərhələsi tələbələrin onlayn rejimdə təqdim etdikləri ərizələrin və sənədlərin dəyərləndirilməsindən ibarət olub. İkinci mərhələdə 759 tələbə məntiq və ingilis dilindən ibarət xüsusi hazırlanmış test tapşırıqlarında biliklərini sınayıb. Tapşırıqları uğurla yerinə yetirən 66 tələbə üz-üzə müsahibələrə dəvət alıblar. Tələbələr akademik bilikləri, dünya görüşü, elmə və təhsilə həvəsi və s. meyarlar əsasında dəyərləndiriliblər. Qaliblər ali təhsillərinin sonunadək Azercell-dən 200 AZN məbləğində aylıq təqaüd almaqla yanaşı, telekommunikasiya sahəsi haqda biliklərini artırmaq, şirkətin korporativ tədbirlərinə dəvət almaq, müxtəlif təlimlərdə iştirak etmək və təcrübə keçmək imkanını əldə edəcəklər.

Bundan başqa, təqaüdçilərin 9-u Bakı, 7-si bölgə təhsil müəssisələrinin tələbələridir. Digər 9 tələbə isə 2017-ci il Təhsil Nazirliyinin SABAH qrupları və “Azercell Telekom” MMC arasında imzalanmış memorandum çərçivəsində SABAH tələbələri sırasından seçilib. Proqramın məqsədi müvəffəqiyyətlə təhsil alan və fərqlənməyi bacaran tələbələrə xüsusi qayğı nümayiş etdirmək, yüksək potensiala malik gənclərin peşəkar kimi formalaşmasına dəstək olmaqdan ibarətdir.

Qeyd edək ki, Azercell şirkəti Tələbə Təqaüd Proqramını 2008-ci ildən etibarən hər tədris ilində təqdim edir. Bu vaxtadək Azərbaycanın müxtəlif universitetlərində təhsil alan 180-dan çox tələbə Azercellin təqaüdçüsü adına layiq görülüb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Daha 27 tələbə Azercell-dən təqaüd alacaq

09-01-2017

Azercell-in prezidenti qalib tələbələrlə görüşüb-Foto

25-01-2017

Azercell 2020-ci il Tələbə Təqaüdü Proqramının nəticələrini elan edib

29-01-2020

Azercell 25 tələbəyə təqaüd ayırdı

22-12-2022

Azercell Tələbə Təqaüdü Proqramına müraciətlərin qəbuluna başlayır

17-09-2019

Azercell tələbələrlə görüşüb

14-10-2017

Azercell daha 25 tələbəyə təqaüd verəcək

09-01-2018

Azercell tələbələrə aylıq təqaüd verəcək

01-10-2016

Azercell Tələbə Təqaüdü Proqramını elan edir

06-10-2011

Azercell-in prezidenti qalib tələbələrlə görüşüb

13-01-2016

Azercell daha bir karyera sərgisində iştirak etdi

04-03-2019

Azercell-dən təqaüd almaq istəyən tələbələrin nəzərinə

02-11-2016

Azercell tələbələrə aylıq təqaüd verəcək

19-09-2018

Azercell əməkdaşları bilik və təcrübələrini tələbələr ilə bölüşdülər

14-02-2019

“Azercell Tələbə Proqramı”nın təqdimatı keçiriləcək

20-10-2015

Azercell Təqaüd və Təcrübə Proqramının qaliblərini təbrik edib

05-03-2022

Uğurlu karyeraya Azercell-lə addımla!

04-10-2022

Azercell bölgə ali təhsil müəssisələrinin tələbələri ilə görüşüb

14-10-2019

Azercell-in Bölgə Tələbə Proqramı keçirilir

08-12-2015

10 tələbə Azercell-dən təqaüd qazanıb

27-02-2025

Azercell tələbələrə aylıq təqaüd verəcək

18-09-2017

Azercell və Bakı Dövlət Universiteti əməkdaşlıq memorandumu imzalayıb

21-10-2015

Azercell-də təcrübə keçəcək tələbələrin adları açıqlandı

03-07-2018

Qafqaz Universitetinin tələbələri Azercell-də

17-04-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə