“Azercell” gecə konturlarından istifadəni məhdudlaşdırdı

15-07-2009 / 14:48

Profilaktik işlərlə əlaqədar olaraq "Azercell Telekom" MMC tərəfindən həyata keçirilən gecə konturlarının istifadəsi üçün iyulun 14-dən 25-nə kimi olan vaxt saat 2:00-dan 8:00-a kimi təyin edilir.Bu barədə şirkətin mətbuat xidmətinin məlumatında deyilir.

Gecə konturları Azercell şəbəkəsi daxilində zənglərə istifadə edilə bilər. Kampaniyanın bitməsindən sonra balansda qalan konturlar sıfıra bərabər olur. Əgər kontur kartının müddəti başa çatdıqdan sonra nömrənin balansında gecə konturları qalıbsa, 1 manat məbləğində danışıq kartı yükləyərək onlardan istifadə etmək olar.

Xatırladaq ki, «Azercell Telecom» şirkəti 1996-cı ildən fəaliyyət göstərir. Hazırda şirkət 3,5 mln. abunəçiyə xidmət göstərir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə