Lider mobil operator Azercell cəmiyyətin ən həssas təbəqələrindən olan uşaqların inkişafına töhfə vermək məqsədilə “Gələcək sizinlə başlayır! – öyrən, böyü, paylaş” adlı yeni sosial təşəbbüsə başlayıb. Proqramın əsas məqsədi xüsusi qayğı və dəstək mühitində böyüyən uşaqların sosial bacarıqlarının inkişafına dəstək göstərmək və onların cəmiyyətə daha asan inteqrasiyasına şərait yaratmaqdır.
Layihənin icrasına Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin tabeliyində olan 1 saylı Uşaq Evi sosial xidmət müəssisəsində başlanılıb. Proqram çərçivəsində artıq iki təlim və maarifləndirici sessiya təşkil olunub. Bu sessiyalar uşaqların hərtərəfli inkişafını hədəfləyərək sosial bacarıqların formalaşdırılması, özünüifadə, yaradıcı düşüncənin təşviqi, həyat tərzi vərdişlərinin aşılanması, həmçinin rəqəmsal savadlılıq və təhlükəsizlik mövzularını əhatə edir.
Təlimlər Çikaqo Universitetinin layihə koordinatoru, gənclərin inkişafı üzrə təlimçi Gülsüm Məmmədova, eləcə də Azercell-in müvafiq sahə üzrə ekspertləri tərəfindən həyata keçirilib.
Qeyd edək ki, “Gələcək sizinlə başlayır! – öyrən, böyü, paylaş” sosial təşəbbüsünün mərhələli şəkildə davam etdirilməsi nəzərdə tutulur.


Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları