5 aprel tarixində Azercell-in dəstəyi ilə həyata keçirilən “Azərbaycan Biznes Keys Yarışması 2025”in final mərhələsi baş tutub. ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən yarışmanın yekun mərhələsi ADA Universitetində keçirilib.
Xeberler.az bildirir ki. müsabiqə tələbələrdə biznes analitikası, strategiya qurulması və maliyyə təhlili sahəsində bilik və bacarıqların inkişaf etdirilməsinə yönəlib.
İştirakçılar Harvard Business Review-nun real biznes problemlərinə əsaslanan tapşırıqlar üzərində işləyiblər. Müsabiqənin final mərhələsində yarışmaya vəsiqə qazanmış 4 komanda hazırladıqları biznes həllərini münsiflər heyətinə təqdim ediblər. Qiymətləndirmə nəticəsində birinci yerin qalibi Team 16 (ADA Universiteti) komandası elan edilib. İkinci yerin sahibi Team 20 (Azərbaycan Dövlət İqtisad Universiteti), üçüncü yerə isə Team 14 (Azərbaycan Dövlət İqtisad Universiteti) layiq görülüb. Qalib komandalar müvafiq olaraq 8000 AZN, 4000 AZN və 2000 AZN məbləğində pul mükafatları ilə təltif olunublar.
Qeyd edək ki, layihəyə yanvar ayında start verilib və ümumilikdə 91 komanda qeydiyyatdan keçib. Müsahibə mərhələsindən uğurla keçən 26 komanda Biznes Akademiyası və ABCC sessiyalarında iştirak etmiş, onlardan 16-sı yarımfinal mərhələsinə vəsiqə qazanmışdır.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları