“Azercell Telekom” MMC jurnalistlər üçün xüsusi ingilis dili kursları elan edir.
İxtisaslaşmış yerli və xarici ingilis dili müəllimləri jurnalistlərin ingilis dilində məlumatları öyrənmək, toplamaq, yazmaq və xəbər hazırlamaq bacarıqlarının inkişaf etdirilməsi məqsədilə dərslər keçəcəklər. Kurslar Kütləvi İnformasiya Vasitələrində çalışan peşəkarlar üçün açıqdır.
Kurslarda iştirak etmək üçün aşağıdakılar tələb olunur:
• Jurnalistikada ən azı 2 il iş təcrübəsi;
• Başlanğıc səviyyədə ingilis dili bilikləri;
• Hər hansı KİV-də çalışmasının təsdiqi və rəhbərinin tövsiyyə məktubunu təqdim etməklə 7 ay ərzində davam edəcək kurslarda müntəzəm iştirak;
• Son 3 ay ərzində hazırlanmış ən azı 3 məqalə ((Radio və TV jurnalistləri hazırladığı süjet və xəbərlərin mətnini təqdim etməlidirlər)
İngilis dili kursları oktyabr 2010 - may 2011-ci il arasında Bakıda keçiriləcək. Kurslarda iştirak etmək üçün 24 namizəd seçiləcək (İngilis dilinin bilik səviyyəsindən asılı olaraq). Seçim Komitəsi tərəfindən yuxarıda qeyd olunan meyarlara cavab verən namizədlərlə müsahibə aparılacaq.
Maraqlanan şəxslər doldurulmuş ƏRİZƏ forması, rəhbərinin tövsiyyə məktubu və məqalələrini, 2010-cu il, 1 oktyabr tarixindən -15 oktyabr tarixinədək, şənbə və bazar günləri çıxmaq şərtilə hər gün saat 10:00-dan 18:00-dək aşağıda göstərilən ünvanlara təqdim etməlidirlər.
Azercell Telekom: İstiqlaliyyət küçəsi 21 (3-cü mərtəbə), Fəxri Abbasov
Tel: (+99412) 496 7007; Fax: (+99412) 437 23 49; E-poçt: [email protected]
“Kaspi” Təhsil Mərkəzi: Mətbuat prospekti 25 (Azərbaycan Nəşriyyatının sağ tərəfi), Aqil Allahverdiyev
Tel: (+99412) 510 7966, 418 2528, 510 7042 [email protected]
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri