Previous Next
Bağla

Azercell növbəti dəfə “Antikorrupsiya idarəetmə sistemi” standartlarına uyğunluq sertifikatına layiq görülüb

22-10-2021 20:23
Azercell növbəti dəfə “Antikorrupsiya idarəetmə sistemi” standartlarına uyğunluq sertifikatına layiq görülüb

Fəaliyyət dövrü ərzində tətbiq etdiyi şəffaflıq strategiyasının nəticəsi olaraq ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC növbəti dəfə ISO 37001:2016 “Antikorrupsiya idarəetmə sistemi” standartlarına uyğunluq sertifikatı ilə təltif olunub. ABŞ-ın ən böyük akkreditasiya qurumu olan ANAB (ANSI National Accreditation Board) tərəfindən akkreditə olunmuş Türkiyənin Denetik Uluslararası Belgelendirme ve Gözetim Hizmetleri şirkətinin keçirdiyi sertifikatlaşdırma auditi Azercell-in antikorrupsiya proqramının bütün tələblərə cavab verdiyini bir daha təsdiq edib.

Artıq bir neçə ildir ki, “Azercell Telekom” MMC xüsusi antikorrupsiya proqramını icra edir. Proqram şirkətin bütün fəaliyyət istiqamətləri üzrə korrupsiyanın qarşısının alınmasına xidmət etməklə yanaşı, həmçinin etik davranışın təbliğini, bu yöndə əməkdaşlar üçün təlimlərin təşkilini nəzərdə tutur. Qeyd olunan standartların tələblərinə maliyyə və qeyri-maliyyə nəzarətinin tətbiqi, korrupsiya halları barədə məlumat verilməsi üçün kanalların yaradılması, pozuntu hallarının araşdırılması, əməkdaşlıq edilən biznes subyektlərinin uyğunluq yoxlamasından keçirilməsi, həmin subyektlərdə korrupsiya riskinin azaldılması üzrə tədbirlərin görülməsi və s. aiddir.

Sertifikatı təhvil alan Azercell-in Hüquq, Etika və Komplayens departamentinin direktoru Şirin Əliyeva şirkətdə antikorrupsiyaya dair proseduralara ciddi riayət edildiyini vurğulayıb: “Şirkətimizdə korrupsiyanın qarşısının alınması istiqamətində görülən tədbirlərin detallı dəyərləndirilməsi Azercell-in beynəlxalq müstəvidə etibarlı və yüksək korporativ mədəniyyətə malik olan bir şirkət olduğunu sübut edir. Xatırladım ki, ötən il şirkətimiz Azərbaycanda bu sertifikatı əldə edən ilk mobil operator oldu və bu il sertifikatı təsdiqləmək üçün yenidən beynəlxalq ekspertlərin apardığı daxili yoxlamanın bütün mərhələlərindən uğurla keçərək yeni sertifikatla təltif olundu.”

Qeyd edək ki, ISO 37001 standartları Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən 2016-cı ildə dərc edilib və korrupsiyaya qarşı mübarizə sahəsində qlobal səviyyədə qəbul edilmiş yeganə standart hesab edilir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Antikorrupsiya idarəetmə sistemi üzrə Azercell-in sertifikasiyası uğurla yenilənib

17-11-2022

Azercell “Antikorrupsiya idarəetmə sistemi” sertifikatın layiq görülüb

07-11-2020

Azercell növbəti dəfə ISO 37001:2016 “Antikorrupsiya idarəetmə sistemi” standartları üzrə sertifikata layiq görülüb  

19-12-2023

Azercell-in antikorrupsiya siyasəti beynəlxalq ekspertlər tərəfindən dəyərləndirilib

11-12-2024

Azercell müştəri məlumatlarını beynəlxalq standartlara uyğun qoruduğunu bir daha təsdiq etdi

19-12-2022

NEQSOL Holding komplayensin yüksək səviyyədə olmasını təsdiq edərək ISO sertifikatını alıb

25-05-2021

Azercell ISO/IEC 27701:2019 beynəlxalq sertifikatını əldə edən ilk şirkət oldu

23-01-2026

Azercell İSO/IEC 27001 sertifikatını alan ilk mobil operator olub

29-12-2019

Azercell keyfiyyətin idarə olunması üzrə beynəlxalq sertifikatını yeniləyib

15-12-2025

“Azercell Telekom”un Müştəri Məmnuniyyəti Sistemi beynəlxalq qiymətləndirmədən keçib

02-06-2023

Azercell “Etik Satınalma və Təchizat” sertifikatına layiq görülüb

19-11-2025

Azercell-dən növbəti uğur

07-09-2017

Azercell-in müştəri məmnuniyyəti üzrə sertifikasiyası uğurla yenilənib

28-06-2024

Azercell növbəti dəfə beynəxalq sertifikata layiq görülüb

29-07-2020

Azercell keyfiyyətin idarə olunması üzrə beynəlxalq sertifikata layiq görüldü

16-01-2024

“Azercell” yeni mükafata layiq görülüb

02-03-2021

"Azercell" PLATİN sertifikatına layiq görülüb

30-01-2021

DOST Agentliyi ISO sertifikatlarına layiq görülüb

16-01-2026

Azercell müştəriləri üçün innovativ həlləri əlçatan etməyə davam edir

04-04-2024

Nazirlik beynəlxalq standartın tələbləri əsasında yoxlanılıb

19-03-2013

AzInTelecom “Biznes Davamlılığının İdarəetməsi” sertifikatına layiq görülüb

16-07-2020

“Azərpoçt” “ISO 9001:2015” sertifikatı alıb

16-12-2025

ADY ISO 9001:2015 Keyfiyyəti İdarəetmə Sistemi sertifikatını əldə edib

14-12-2024

Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb

21-05-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə