Previous Next
Bağla

Azercell yeni layihəsini təqdim edib- Foto

13-05-2017 10:47
   Azercell yeni layihəsini  təqdim edib- Foto

Azercell Telekom-un mütaliə sevərlər üçün təqdim etdiyi “Gənclər kitab oxuyur" layihəsinin təqdimatı baş tutub.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə,  mayın 12-də Gənclik Mall TM-də yerləşən Starbucks kafesində keçirilən təqdimat mərasimində layihədə qiraətçi qismində iştirak edən 11 nəfər gənc tamaşaçılara təqdim olunub.

Təqdimatda iştirak edən Azercell şirkətinin Korporativ Ünsiyyət şöbəsinin rəhbəri Nigar Şıxlinskaya lahiyənin məqsədi, gözləntiləri barədə öz fikirlərini bildirib:

“Əlinə kitab alıb otağın bir küncündə yerini rahatlayıb oxuyan insanların sayı get-gedə azalır. Yeni texnologiyalar, müasir cihazlar, ən əsası isə İnternet həyatımıza elə sürətlə daxil olub təməl salır ki, köhnə faydalı vərdişlərə artıq vaxt qalmır. Odur ki, kitabı yaşatmaq üçün onu müasir həyata uyğunlaşdırmalıyıq. Bu layihədə məqsədimiz onlayn kitab oxumağı təbliğ etmək, mütaliə mədəniyyətinə yeni çalar qatmaq və gənc azərbaycanlı yazarlara özlərini tanıtmağa kömək etməkdir. Bununla yanaşı, oxu günlərində şəhərimizin sakinləri və qonaları xoş asudə vaxtı keçirmək, həm tanınmış, həm də gənc yazarlarla görüşmək imkanı qazanacaqlar. Bu layihədə bizə məkan və təşkilatı dəstək təqdim etdiyinə görə Starbucks Azərbaycan şəbəkəsinə təşəkkür edirik”.

Tədbirin qonağı Yazıçılar İttifaqının Yaradıcılıq üzrə katibi İlqar Fəhmi də kitabın və mütaliənin əhəmiyyəti və dəyərini vurğulayaraq layihə haqda öz arzu və fikirlərini bölüşüb.

Xatırladaq ki, layihədə qiraətçi qismində iştirak edən gənclər müsabiqə yolu ilə seçiliblər. Belə ki, 18-29 yaş arası gənclər özləri haqqında qısa məlumat, foto və səs nümunələrini Azercell-ə təqdim edərək, müsabiqədə iştirak ediblər. Ən yaxşı qiraətçilər “Gənclər kitab oxuyur” layihəsi çərçivəsində publika qarşısında kitab oxumaq imkanı qazanıb.

Layihə çərçivəsində təşkil olunacaq oxu günlərində onlayn kitabxanaya daxil olan əsərlər həftədə bir dəfə gənc qiraətçilər tərəfindən Starbucks Azerbaijan-nın Gənclik Mall-da yerləşən kafesində oxunacaq. Kafeyə giriş sərbəst olacaq, oxu günləri haqqında əlavə məlumat Azercell-in Facebook səhifəsində dərc olunacaq.

Günel

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Gənclər kitab oxuyur” layihəsinin bağlanışı keçirilib-Foto

01-07-2017

Azercell yeni layihəyə başladı

11-04-2017

Azercell yeni müsabiqəyə başladı

19-04-2017

Məşhurlar Azercell-in tədbirində ədəbiyyatdan danışacaqlar

22-10-2024

“Nar”ın “Oxu saatı” layihəsinin növbəti qiraətçisi Zülfiyyə Xanbabayeva olacaq

14-05-2021

Azercell-in “Kitab Klubu” mütaliə həvəskarlarını bir araya gətirdi

28-10-2024

“Nar” məktəblilər üçün “Oxu Saatı” layihəsinə start verir

23-04-2021

Azercell daha bir festivala dəstək verir

09-04-2018

Azercell məhkum qadınlar üçün "Kitab Klubu" təşkil edib

13-03-2025

Azercell yeni Audio Kitablar layihəsini təqdim etdi

27-11-2018

Azercell azərbaycanca rəqəmsal məzmunu zənginləşdirməyə davam edir

28-02-2024

Nizaminin əsərləri Azercell-in rəqəmsal təqdimatında!

23-12-2021

“Mobil kitab rəfi” istifadəyə verilib

07-11-2013

500 min kitab cibinizdə

01-04-2016

Azercell-lə 500 min kitab indi cəmi 0,15 AZN

05-07-2016

Azercell-dən uşaqlara hədiyyə-Foto

02-06-2017

İçərişəhərdə “Barama” layihəsinin ofisinin açılış mərasimi olub

10-12-2009

Azercell-in “Kitab Klubu” Gəncədə!

03-08-2024

Azercell-in Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Audiokitab” layihəsi təqdim olundu

21-12-2023

Azercell elektron və audio kitablarla IX Bakı Beynəlxalq Kitab Sərgisində çıxış edib

17-11-2023

Gənc alimlər iş başında - layihə başlayır

07-12-2015

Azercell-in dəstəyi ilə keçirilən festivalın qalibləri

03-05-2018

Azercell-in əsas tərəfdaş olduğu IV Buktreyler Festivalının qala gecəsi keçirilib

03-05-2019

“Azercell”-dən “Maksimum Gənc”lərə yeni güzəştlər!

13-10-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə