Previous Next
Bağla

AzərEnerji büdcəyə ziyan vurub

10-07-2018 17:29
AzərEnerji büdcəyə ziyan vurub

Ötən il büdcənin 30 faizi borcların ödənilməsinə xərclənib, bunun 20 faizə qədəri elə iri dövlət şirkətlərinin aldqları borcları qaytarmağa gedib.

Xeberler.az məlumat verir ki, İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin hesablamalarına görə, dövlət büdcəsindən, böyük maliyə yardımı alan yalnız Azərenerji deyil, SOCAR, AZAL, Azərişıq, Azərkosmos, Beynəlxalq Bank kimi qurumlar da bu qəbildəndir. Mərkəzin rəhbəri Azər Mehdiyev Azadlıq radiosuna açıqlamasında bunları bildirib: “İllər üzrə bu qurumlara daxilolmalar və bu qurumlara dövlət tərəfindən ayırmalar müqayisə olunarsa, açıq-aydın görünür ki, bu qurumlara ayırmalar daha çoxdur. Bu şirkətlərin fəaliyyətinin müasir tələblərə uyğun qurulmaması onları daha bədxərc formaya salır və Azərenerji ilə bağlı yaranan vəziyyəti də gördünüz. Böyük həcmlərdə bu quruma vəsait ayrılmasına baxmayaraq, şirkətin səmərəli fəaliyyəti görünmür”.

Büdcədən iri dövlət şirkətlərinə yardımlar, dotasiya, subsidiya, investisiya adı altında ayrılır. Azər Mehdiyev deyir ki, qanunda boşluq var, hələ də vəsaitlərin hansı şərtlərlə ayrılmalı olması, bu pulların sonrakı taleyinin izlənməsi mexanizmi aydın deyil.

Bəs beynəlxalq qurumların Azərbaycana bununla bağlı tövsiyəsi nədir?

Dünya Bankının Bakı ofisindən bildiriblər ki, qurum hazırda, hökumətlə əməkdşlıqda dövlət müəssisələrinin şəffaflıq və səmərəliliyinin qiymətləndirilməsi ilə bağlı araşdırma aparır və onun nəticəsində tövsiyələrini hökumətə təqdim edəcək.

Bakı Dövlət Universitetinin İqtisadiyyat müəllimi Toğrul Maşallı isə deyir ki, hazırda dövlət müəssisələrinin əksəriyyəti bilərəkdən mənfəətlə işləmirlər: “Azərbaycanda mövcud olan dövlət şirkətlərinin əsas məqsədi mənfəət deyil. Çünki bilirlər ki, mənfəət əldə etməyə başlasalar, dövlət deyəcək ki, bu investisiyaları özünüz həyata keçirin. Bu isə bir qədər çətindir, çünki investisiyalar daha çox vəsait tələb edir. Teatlardan tutmuş iri dövlət şirkətlərinə qədər hər kəs çalışır ki, mənfəət olmasın heç bir halda”.

Məsələn, iyulun əvvəlində qəza baş verən Azərenerji-yə son 10 ildə 6 milyard dollara qədər vəsait ayrılmışdı.

Toğrul Maşallı deyir ki, bu il büdcəyə yenidən baxılarkən, Azərenerji-yə əlavə 84 milyon manat da ayrıldı. Amma onun fikrincə, büdcə vəsaiti səmərəsiz xərclənib, hətta 2016-cı ildə qəbul olunmuş strateji yol xəritəsində belə bildirilir ki, elektrik xətlərinin çox hissəsi hələ də köhnədir: “Yol xəritəsindən görürük ki, elektrik xətlərinin 84-86 faizinin yaşı 30 ildən çoxdur. Bu günlərdə Şirvan elektrik stansiyasını bağladılar, çünki onun effektivliyi çox aşağı idi. Bu stansiya istilik enerjisinin 10 faizini özünə sərf edirdi. Halbuki, Avropada bu göstərici iki faizdir. Azərbaycan üçün isə orta göstərici 3,5 faizdir”.

Toğrul Maşallı təklif edir ki, dövlət müəssisələridə aparılan auditin nəticələri ictimaiyyət üçün açıqlansın, bilinsin ki, ayrılan pullar hara xərclənib. O, həm də borclu dövlət şirkətlərinin keçirdikləri tenderlərə diqqət çəkir. O qeyd edir ki, nədənsə, bu cür dövlət müəssisələrinin keçirdikləri tenderləri adətən eyni şirkətlər udur.

Təhlilçi, burda korrupsiya barədə düşünmək üçün əsasların olduğunu bildirir.

Azərenerji ASC-nin mətbuat xidmətindən gün ərzində telefonlarımıza cavab verən olmadı. Bundan əvvəl, qurumun mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı bildirmişdi ki, detallar barədə, son qəza ilə bağlı araşdırma başa çatandan sonra danışacaqlar.(Azadlıq radiosu)

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycan İstilik Elektrik Stansiyasının fəaliyyəti bərpa edilib

04-07-2018

RYTN-in qurumlarına dövlət nəzarəti artırılıb

09-01-2017

AzərEnerjidə yenidən işıq problemi yarandı

12-07-2018

Sumqayıtda da elektron elektrik sayğacları quraşdırılacaq

20-10-2009

Prezident: Güzəştli kreditlər portfelində kiçik və orta sahibkarlığa üstünlük verilməlidir

04-02-2020

Azərenerji elektrik enerjisi istehsalını artırıb

23-11-2018

Deputat elektron mühasibat uçotuna dair tələblərin sərtləşdirilməsinin əleyhinə çıxıb

13-10-2023

Səngəçal Elektrik Stansiyasında itirilmiş güc bərpa edildi

21-05-2019

Enerji sistemində yaranmış vəziyyətlə əlaqədar müşavirə keçirilib

05-07-2018

Dövlət resurslarının informasiya təhlükəsizliyinə kim cavabdehdir?-EKSPERT

06-07-2018

Azərenerji ASC Şirvandan Xırdalana yeni elektrik xətti çəkir

01-04-2019

Enerji sektorunda “3 iyul böhranı” təkrarlana bilərmi?

03-07-2019

Azərenerji ASC yarımstansiyalarda yenidənqurma işləri aparır

27-03-2019

Dövlət büdcəsi üçün ağır yük olan müəssisələr

02-11-2017

Kəlbəcərdə 4 SES tikilir

25-11-2023

Ekspert : İflas olan İT layihələrin sorğu-sualı olmalı deyilmi ?

04-04-2019

Prezident elektromobillərdən istifadənin təşviqi ilə bağlı Sərəncam verib

07-03-2024

Qurumların İKT təminatına ayrılan vəsait səmərəli istifadə olunur?

22-05-2018

Prezident qəza ilə əlaqədar Dövlət Komissiyası yaradıb

03-07-2018

Ekspert SCADA sistemi haqqında danışdı

13-02-2019

Mingəçevir SES-də təmir-bərpa işləri aparılır

14-08-2019

“Gələcəkdə adi vətəndaş da elektrik enerjisi istehsal edib dövlətə sata biləcək”

03-04-2021

Azərbaycanda alternativ enerji sahəsinə diqqət artırılır

12-04-2017

Azərkosmosun nizamnamə kapitalı kəskin artırılacaq

24-10-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə