“Azerfon” (Nar Mobile) “Azercell”ə olan 11 milyon manat borcunu bu gün ödəməsə, gecə saat 24:00-dan iki şəbəkə arasında bağlantı kəsiləcək.
“Azercell Telekom”un mətbuat xidmətinə istinadən verilən xəbərə görə, iki müəssisə arasında 2007-ci il fevralın 28-də imzalanmış arabağlantı (hər iki operatorun abunəçilərinin bir-biri ilə mobil rabitə əlaqəsi saxlaya bilməsi üçün şəbəkələrarası bağlantı) müqaviləsindəki aylıq ödəmə şərtləri “Azerfon” MMC tərəfindən mütəmadi olaraq pozulub.
Nəticədə 2008-ci ilin iyul ayından bu günə kimi “Azerfon” MMC-nin (Nar Mobile) “Azercell Telekom” MMC-yə, ƏDV daxil olmaqla, 11 milyon manata yaxın borcu yaranıb.
“Azercell” dəfələrlə bu borcun ödənilməsinə dair xəbərdarlıq etdiyini, lakin qarşı tərəfdən heç bir addım atılmadığını bəyan edərək şəbəkələr arasındakı mövcud arabağlantı kanallarının 2009-cu il iyulun 22-də saat 00.00-dan kəsiləcəyini açıqlayır: “Hər iki operatorun abunəçilərinin bir-biri ilə mobil rabitə əlaqələri yaratmasında ortaya çıxacaq maneələrə görə “Azerfon” (Nar Mobile) məsuliyyət daşıyacaq”.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri