Bu sözləri bu gün “Azerfon” MMC-nin (NarMobile) baş icraçı direktoru Gido Helbix “Azercell Telekom” MMC-nin iyulun 21-də yaydığı açıqlama ilə bağlı keçirdiyi mətbuat konfransında səsləndirib.
İcraçı direktor öz çıxışında belə halın ilk dəfə yaşanmadığını və “Azercell Telekom”-un son bəyanatın “Azerfon” MMC-yə qarşı qara piar xarakteri daşıdığını bildirib.
“Hazırda şəbəkələr arasında arabağlantıda problem yaranmamssı üçün “Azercell”lə və digər abonentlərlə danışıqlar aparılır ki, gələcəkdə danışıqlar zamanı bu şirkətlərin abonentləri əziyyət çəkməsinlər”.-deyə Gido Helbix əlavə edib.
“Azerfon” MMC-nin “Azercell Telekom”-a olan 11 milyon manatlıq borc məsələsinə isə icraçı direktor heç bir münasibət bildirməyib.
Xatırladaq ki, iyulun 21-də “Azercell”in yaydığı açıqlamada qeyd olunurdu ki, “Azerfon” MMC-nin (NarMobile) hər iki operatorun abunəçilərinin bir-biri ilə mobil rabitə əlaqəsi saxlaya bilməsi üçün arabağlantı müqaviləsi üzrə 1 il ərzində borcunu ödəməməsi “Azercell”-in fəaliyyətinə ciddi zərər vurur. Artıq bu borc 11 milyon manata çatıb və dəfələrlə edilən rəsmi müraciətlərə baxmayaraq, bu borcun ödənilməsi istiqamətində “Azerfon” MMC tərəfindən heç bir addım atılmayıb. Xəbərdarlıq olunurdu ki, buna görə də şəbəkələr arasındakı mövcud arabağlantı kanalları 22 iyul saat 00:00-dan etibarən kəsiləcək və borc ödənənə qədər “Azerfon” və “Azercell” abunəçiləri bir-birlərinə zəng edə bilməyəcəklər.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri