Previous Next
Bağla

Azərişıq: Abonentlərin elektrik şəbəkəsinə qoşulması sadələşdirildi

05-04-2019 14:04
Azərişıq: Abonentlərin elektrik şəbəkəsinə qoşulması sadələşdirildi

"Azərbaycan Prezidentinin 2018-ci il 4 dekabr tarixli fərmanına əsasən, sahibkarların elektrik şəbəkələrinə qoşulma proseduru 3-dən 2-yə, qoşulma müddəti isə 24 gündən 20 günə endirilib".

Xeberler.az  bildirir ki, bunu Bakıda keçirilən "Dövlət-Biznes Dialoqu Platforması və Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Portalının təqdimatı” mərasimində çıxış edən energetika nazirinin müavini Samir Vəliyev deyib.

S.Vəliyevin sözlərinə görə, prosedur və müddətin azaldılması ilə yanaşı, sahibkarların elektrik şəbəkəsinə müraciət imkanları daha da artırılıb, daha asan və əlçatan üsulların tətbiqinə başlanılıb:

"Azərişıq" ASC-nin elektron müraciətlərin idarəolunması sistemi daha da təkmilləşdirilib. Onun əlçatanlığı təmin edilib və bu zaman vətəndaş-məmur təması minimuma endirilib. Hətta sahibkar elektron hökumət portalı üzərindən müraciət etdikdə nəzərdə tutulan iki prosedurdan birincisi sahibkarla məmur arasında deyil, sahibkarla elektron sistem arasında baş tutur. Bu sistemin ən üstün cəhətlərindən biri də rəqəmsal sistemlərə inteqrasiya oluna bilməsidir".

Nazir müavini qeyd edib ki, sistem yük hesabatını hesablamağa imkan verən kalkulyatorla təchiz edilib:

 "Həmçinin sistem imkan verir ki, sahibkar əldə olunun scan olunmuş versiyasını ora yükləsin. FİN kod yaxud VÖEN-ə bağlı əmlak olduqda isə Əmlak Komitəsinin ünvan portalı vasitəsi ilə əmlakın coğrafi mövqeyi təyin olunur. Bu da bizə imkan yaradır ki, yerinə getmədən güc mərkəzi ilə obyekt arasındakı məsafəni müəyyən edək. Sahibkar elektron xəritədə ən yaxın güc mərkəzini seçir. Əgər güc mərkəzinə qədər məsafə 400 metrə qədərdisə elektron şəkildə vahid tarif qaydalarına əsasən ödəniş edilir".

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Elektrik təchizati şəbəkələrinə qoşulma üzrə yeni qaydalar təqdim olunub

18-03-2019

Elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə İşçi Qrupunun növbəti iclası keçirilib

30-05-2024

Nazirlik elektrik şəbəkələrinə ASAN qoşulmanı müzakirəyə çıxardı

31-01-2019

Elektrik şəbəkəsinə onlayn qoşulmaq mümkün olacaq

18-09-2019

Sahibkarlara elektrik şəbəkələrinə elektron qoşulmanın üstünlüklərindən danışılacaq

23-02-2021

İslahat İcmalı elektrik şəbəkəsinə qoşulmaya həsr olunub

07-02-2019

“Azərişıq" elektron qaydada 30 mindən çox vətəndaşa xidmət göstərib

03-02-2023

Daha bir qurum “Elektron hökumət” portalına qoşuldu

19-05-2015

İİTKM yeni internet portalını təqdim edib

05-04-2019

“Azərişıq ASC” “Elektron hökumət” portalına inteqrasiya olunur

06-05-2015

Mənzillərin elektrik şəbəkəsinə qoşulması üçün tariflər azaldılıb

07-08-2018

Eelektron kargüzarlıq sisteminin tətbiqi ilə bağlı təlim keçirilib

29-05-2019

Komitənin rəsmi saytı yeniləndi

11-01-2018

KOS subyektlərinin kommunal xidmətlərə qoşulması prosesində səmərəlilik artırılıb

27-12-2018

İİTKM-də elektrik təchizatı ilə bağlı islahatlar müzakirə olunub

27-08-2019

“Rəqəmsal İdarəetmə Platforması və yeni iqtisadi təşəbbüslərin təqdimatı” mövzusunda konfrans keçirilib

25-02-2023

Daha bir elektron xidmət “mygov”a inteqrasiya edilib

03-04-2025

Azərbaycanda sahibkarlar üçün yeni e-xidmət-Video

14-02-2018

“Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı 21 elektron, 3 onlayn xidmət istifadəyə verilib”

23-09-2015

Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastr sistemi yaradılacaq

29-01-2026

Tələbələr təhsil haqqını onlayn ödəyəcək

11-09-2015

“Kommunal xidmətlərlə bağlı Vahid İnformasiya Sistemi yaradılacaq

19-03-2025

Biznes sahəsi üzrə ikinci yarımillik üçün planlar hazırlanıb

18-07-2019

“ASAN Login” sistemində 1 000 000 istifadəçi qeydiyyatdan keçib

18-04-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə