Previous Next
Bağla

Elektrik təchizati şəbəkələrinə qoşulma üzrə yeni qaydalar təqdim olunub

18-03-2019 12:41
Elektrik təchizati şəbəkələrinə qoşulma üzrə yeni qaydalar təqdim olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Azərişıq ASC elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə yeni qaydaları və təkmilləşdirlimiş elektron müraciət sisteminin təqdimat mərasimini keçirib.

Xeberler.az  məlumat verir ki, tədbir zamanı “Azərişıq” ASC-nin sədr müavini Ramil Yusifov, Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin sədr müavini Elçin İbrahimov, İqtisadi İslahatların Təşkili və Kommunikasiya Mərkəzinin analitiki Nərmin Kazımlı, "Azərişıq" ASC-nin Perspektiv İnkişaf və "Asan Xidmət"lə iş idarəsinin rəis müavini Arif Göyüşov təqdimatlarla çıxış ediblər.

Xüsusi vurğulanıb ki, elektron müraciətlərin sayının artırılması məqsədilə “Azərişıq”
ASC-nin Elektron Müraciətlərin İdarə Olunması Sistemi (MİOS) daha da təkmilləşdirlib və əlçatanlıq təmin edilib, məmur vətəndaş təması minimuma endirilib. MİOS-un ən üstün cəhətlərindən biri də elektron məlumatlarla yanaşı rəqəmsal sistemlərlə də inteqrasiya oluna bilməsidir. Sahibkar elektron Hökumət Portalı üzərindən elektron və ya ASAN imza ilə şəxsi kabinetinə daxil olur, VÖEN məlumatı yaxud FİN nömrəsi daxil etdikdə ona məxsus məlumatlar avtomatik olaraq yerləşir.

Təqdimat zamanı bildirilib ki, “Sahibkarların mövcud və inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” Fərmana uyğun olaraq, bu sahədə bir çox işlər görülüb, ümumi proseslər sadələşdirilib. Həmçinin, “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin kommunal xidmətlərə qoşulma proseslərinin daha da sadələşdirilməsi haqqında” Fərmanı ilə artıq sahibkarlara elektrik enerjisi və qaz təchizatı şəbəkələrinə, su təchizatı və tullantı suların axıdılması sistemlərinə  qoşulma üzrə texniki şərtlərin və layihə sənədlərinin hazırlanması və verilməsi, sonrakı mərhələdə fiziki qoşulmanın təmin edilməsi məqsədilə müraciətlərin kiçik və orta biznes evlərində (KOB) və “ASAN Kommunal” mərkəzlərində edilməsi imkanı yaradılıb.

Bu istiqamətdə ən mühüm yeniliklərdən biri isə artıq tikinti obyektinin enerji təchizatı şəbəkəsinə qoşulması üç mərhələ əvəzinə iki mərhələdən ibarət olmaqla, cəmi 24 gündən azaldılaraq 20 gün ərzində yekunlaşmasıdır. Digər tərəfdən, sahibkarlıq subyektlərinin elektrik enerjisi və qaz təchizatı şəbəkələrinə, su təchizatı və tullantı suların axıdılması sistemlərinə  qoşulma prosedurlarının sadələşdirilməsi, tələb olunan vaxtın və maliyyə xərclərinin səmərəliləşdirilməsi, sahibkar məmnunluğunun artırılması üzrə göstərilən xidmətlərin təkmillləşdirilərək daha rahat, keyfiyyətli və əlçatan edilməsi məqsədilə kiçik və orta biznes evlərində (KOB) əlavə müraciət üçün şərait yaradılır.

Elektrik təchizati şəbəkələrinə (ETŞ) qoşulma üzrə yeni qaydalar təqdimatı zamanı həmçinin bildirilib ki, sahibkar artıq cəmi iki dəfə dövlət qurumu ilə təmasda olacaqdır: ilkin olaraq KOB evlərinə və ya mərkəzlərə müraciəti edəcək və qoşulma haqqı ödəniləcək, daha sonra isə ilk 10 gün ərzində dövlət qurumları arasında inteqrasiyanın təmin olunması nəticəsində sahibkarın hər hansı bir iştirakı olmadan texniki şərtlər, layihə sənədlərinin hazırlanması ilə bağlı “Texniki Şura” müvafiq tədbirlər görəcəkdir.

Sonrakı 10 gün ərzində isə tikinti-quraşdırma işləri və ETŞ-yə fiziki qoşulma, tikinti obyektinə elektrik enerjisinin verilməsi başa çatdırılır. Bütün işlər yekunlaşdığı zaman texniki şərtlərin və layihə sənədlərinin təqdim edilməsi, ETM ilə sifarişçi arasında qoşulma aktının (iki nüsxədə) və elektrik enerjisinin alqı-satqı müqaviləsinin (iki nüsxədə) imzalanması məqsədilə sahibkarın ikinci dəfə iştirakı tələb olunur.

İqtisadi İslahatların Təşkili və Kommunikasiya Mərkəzinin analitiki Nərmin Kazımlı çıxışı zamanı vurğulayıb ki, son islahat tədbirləri nəticəsində elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə elektron müraciət sisteminin yenilənməsi kiçik və orta sahibkarlığın dinamik inkişafı üçün əlverişli mühitin formalaşdırılması, kommunal xidmətlərə qoşulma üzrə səmərəliliyin artırılması və xərclərin azaldılması məqsədi ilə rahat və qısa zaman ərzində qoşulmanın həyata keçirilməsinə şərait yaradacaqdır.

Əsasən  millət vəkillərinin, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, konsaltinq şirkətlərinin, qeyri hökumət təşkilatlarının iştirak etdiyi tədbir sualların cavablandırlması ilə yekunlaşıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
KOS subyektlərinin kommunal xidmətlərə qoşulması prosesində səmərəlilik artırılıb

KOS subyektlərinin kommunal xidmətlərə qoşulması prosesində səmərəlilik artırılıb

27-12-2018
Nazirlik elektrik şəbəkələrinə ASAN qoşulmanı müzakirəyə çıxardı

Nazirlik elektrik şəbəkələrinə ASAN qoşulmanı müzakirəyə çıxardı

31-01-2019
Elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə İşçi Qrupunun növbəti iclası keçirilib

Elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə İşçi Qrupunun növbəti iclası keçirilib

30-05-2024
Azərişıq: Abonentlərin elektrik şəbəkəsinə qoşulması sadələşdirildi

Azərişıq: Abonentlərin elektrik şəbəkəsinə qoşulması sadələşdirildi

05-04-2019
İİTKM-də elektrik təchizatı ilə bağlı islahatlar müzakirə olunub

İİTKM-də elektrik təchizatı ilə bağlı islahatlar müzakirə olunub

27-08-2019
Sahibkarlara elektrik şəbəkələrinə elektron qoşulmanın üstünlüklərindən danışılacaq

Sahibkarlara elektrik şəbəkələrinə elektron qoşulmanın üstünlüklərindən danışılacaq

23-02-2021
“Azərişıq" elektron qaydada 30 mindən çox vətəndaşa xidmət göstərib

“Azərişıq" elektron qaydada 30 mindən çox vətəndaşa xidmət göstərib

03-02-2023
Daha bir qurum “Elektron hökumət” portalına qoşuldu

Daha bir qurum “Elektron hökumət” portalına qoşuldu

19-05-2015
İslahat İcmalı elektrik şəbəkəsinə qoşulmaya həsr olunub

İslahat İcmalı elektrik şəbəkəsinə qoşulmaya həsr olunub

07-02-2019
Mənzillərin elektrik şəbəkəsinə qoşulması üçün tariflər azaldılıb

Mənzillərin elektrik şəbəkəsinə qoşulması üçün tariflər azaldılıb

07-08-2018
Enerji şəbəkəsinə qoşulmaq üçün ödəniləcək məbləğ açıqlanıb

Enerji şəbəkəsinə qoşulmaq üçün ödəniləcək məbləğ açıqlanıb

27-07-2018
İlham Əliyev Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib

İlham Əliyev Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib

09-05-2025
Təkmilləşdirilmiş “e-su” portalının təqdimatı olub

Təkmilləşdirilmiş “e-su” portalının təqdimatı olub

23-10-2024
Prezident Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib

Prezident Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib

03-10-2024
Elektrik şəbəkəsinə onlayn qoşulmaq mümkün olacaq

Elektrik şəbəkəsinə onlayn qoşulmaq mümkün olacaq

18-09-2019
Azad edilmiş ərazilərdə sahibkarlara kommunal xidmətlərdən istifadəyə görə maliyyə yardımı ödəniləcək

Azad edilmiş ərazilərdə sahibkarlara kommunal xidmətlərdən istifadəyə görə maliyyə yardımı ödəniləcək

06-06-2023
Sahibkarlar obyektlərinə elektrik verilməsi üçün 400 min manat xərcləyib

Sahibkarlar obyektlərinə elektrik verilməsi üçün 400 min manat xərcləyib

10-12-2018
Ağıllı qaz sayğacları iyulun 1-dən istifadəyə veriləcək

Ağıllı qaz sayğacları iyulun 1-dən istifadəyə veriləcək

28-05-2022
5 ayda “Şuşa KOB evi”ndə 560-dək xidmət göstərilib

5 ayda “Şuşa KOB evi”ndə 560-dək xidmət göstərilib

12-06-2026
Elektrik enerjisinin ötürülməsi, paylanması və təchizatına dair əsas tələblər və qadağalar  müəyyənləşir

Elektrik enerjisinin ötürülməsi, paylanması və təchizatına dair əsas tələblər və qadağalar müəyyənləşir

21-02-2023
Azərişıq Qurban bayramında növbətçilik sistemi tətbiq edəcək

Azərişıq Qurban bayramında növbətçilik sistemi tətbiq edəcək

17-08-2018
“Azərişıq ASC” “Elektron hökumət” portalına inteqrasiya olunur

“Azərişıq ASC” “Elektron hökumət” portalına inteqrasiya olunur

06-05-2015
“Qlobal İnnovasiya İndeksi - 2023” hesabatı qurumlarla müzakirə olunub

“Qlobal İnnovasiya İndeksi - 2023” hesabatı qurumlarla müzakirə olunub

19-10-2023
 “AzInTelecom” MMC ilə “Azərişıq” ASC-nin birgə mətbuat konfransı keçirilib

“AzInTelecom” MMC ilə “Azərişıq” ASC-nin birgə mətbuat konfransı keçirilib

27-07-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə