Previous Next
Bağla

İİTKM-də elektrik təchizatı ilə bağlı islahatlar müzakirə olunub

27-08-2019 15:52
İİTKM-də elektrik təchizatı ilə bağlı islahatlar müzakirə olunub

Xeberler.az bildirir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması üzrə sahibkarlıq subyektlərinin elektrik təchizatı şəbəkələrinə qoşulması sahəsində islahatlarla bağlı 2019-cu ilin ikinci yarımilliyi üçün İcra və Kommunikasiya Planı müzakirə olunub. Plana uyğun icraçı qurumlarla birlikdə görülən işlərin təhlili aparılıb, eyni zamanda bu ilin sonunadək fəaliyyətlərə nəzər
yetirilib.

Bildirilib ki, Plan üzrə elektrik şəbəkəsinə qoşulma üzrə yeni rəqəmsal elektron xidmətdən sahibkarlar məmnundur, həmçinin bu təcrübənin beynəlxalq və yerli səviyyədə tanıdılması, xidmətin təkmilləşdirilməsi və imkanlarının daha da genişləndirilməsi vacibdir. İİTKM-in icraçı direktoru Vüsal Qasımlı bildirib ki, ikinci yarım il ərzində ilk altı ayda tətbiq olunan yeni elektron xidmətin nəticələrinin təhlilinin aparılması, həmin xidmətin tətbiqinə başlanıldığı dövrdən elektrik şəbəkəsinə ümumi qoşulan sahibkarlıq subyektlərinə münasibətdə rəqəmsal qoşulanların xüsusi çəkisinin və bu sahədə mövcud vəziyyətin qiymətləndirilməsi, nəticələri üzrə təkliflərin verilməsi həyata keçiriləcək.

Onun sözlərinə əsasən, 2019-cu ilin birinci yarımilliyi üzrə yeni elektron xidmətin proqram təminatının istifadəsi zamanı yaranan çağırışlar üzrə tədbirlər icraçı qurumlarla birlikdə həyata keçiriləcək. Müzakirə zamanı bildirilib ki, Plan üzrə aidiyyəti qurumların məsul şəxsləri yeni elektron xidmətin əsas xüsusiyyətləri və ötən dövrdə əldə olunan təcrübələr mövzusunda təqdimatlar hazırlayacaq. Görülən işlərin nəticələrinin qiymətləndirilməsi üçün seminar və treninqlər təşkil ediləcək.

Bundan başqa elektrik şəbəkəsinə qoşulma sahəsində aparılmış islahatlar barədə sahibkarlıq subyektlərinin daha geniş məlumatlandırılması üçün onları təmsil edən ictimai birliklər və biznes assosiasiyalarının və müvafiq koordinatorların siyahısı tərtib olunacaq və görüşlər keçiriləcək.

Həmçinin 2019-cu ilin birinci yarımilliyində yeni elektron xidmətə dair sahibkarlıq subyektləri üçün aparılan təlim və görüşlərin nəticələrinin təhlil olunması, bu sahədə məlumatların daha uyğun formada operativ çatdırılması və kommunikasiyanın daha da təkmilləşdirilməsi məqsədilə aparıcı konsaltinq şirkətləri, beynəlxalq və yerli qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri və digər media qurumları ilə birgə tədbirlər görüləcək.

Qeyd edək ki, sahibkarlıq subyektlərinin elektrik təchizatı şəbəkələrinə qoşulması sahəsində islahatlarla bağlı müzakirəsinə Energetika Nazirliyi, İqtisadiyyat Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, “Azərişıq” ASC, “Azərenerji” ASC, Tarif (qiymət) Şurası, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, “Ekvita” şirkəti, “BM Morrison Partners” şirkəti və Bakı Hüquq Mərkəzi şirkətinin nümayəndələri qatılıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Biznesə başlama üzrə İcra və Kommunikasiya Planı müzakirə olunub

23-08-2019

Elektron məhkəmə islahatlarına dair müzakirə aparılıb

03-09-2019

İİKTM Biznesə başlama mövzusunda təlim keçirib

20-09-2019

Elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə İşçi Qrupunun növbəti iclası keçirilib

30-05-2024

Nazirlik elektrik şəbəkələrinə ASAN qoşulmanı müzakirəyə çıxardı

31-01-2019

Biznes sahəsi üzrə ikinci yarımillik üçün planlar hazırlanıb

18-07-2019

Elektrik təchizati şəbəkələrinə qoşulma üzrə yeni qaydalar təqdim olunub

18-03-2019

Sahibkarlara elektrik şəbəkələrinə elektron qoşulmanın üstünlüklərindən danışılacaq

23-02-2021

İslahat İcmalı elektrik şəbəkəsinə qoşulmaya həsr olunub

07-02-2019

KOS subyektlərinin kommunal xidmətlərə qoşulması prosesində səmərəlilik artırılıb

27-12-2018

“Qlobal İnnovasiya İndeksi - 2023” hesabatı qurumlarla müzakirə olunub

19-10-2023

“Azərişıq" elektron qaydada 30 mindən çox vətəndaşa xidmət göstərib

03-02-2023

Azərbaycanda mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri yaradılacaq

29-09-2022

Daha bir qurum “Elektron hökumət” portalına qoşuldu

19-05-2015

Mənzillərin elektrik şəbəkəsinə qoşulması üçün tariflər azaldılıb

07-08-2018

İİTKM-in KOBİA-da təqdimatı baş tutub

12-09-2019

İİTKM və Dünya Bankı təlimlərə başlayıb

31-10-2018

Biznes islahatları beynəlxalq qurumlara və QHT-lərə təqdim olundu

30-01-2019

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın ötən il üzrə Fəaliyyət Planlarının monitorinqi həyata keçirilib

08-04-2022

Vüsal Qasımlı Gələcək üçün bacarıqlar: keçidin idarə edilməsi adlı beynəlxalq konfransda çıxış edib

23-11-2018

İİTKM-də rəqəmsal ödənişlərə dair proqramın ilkin nəticəsi müzakirə edilib

12-10-2021

İİTKM yeni internet portalını təqdim edib

05-04-2019

Qlobal İnnovasiya İndeksinə cavabdeh işçi qrupların birgə iclası keçirilib

11-10-2023

“Biznes mühiti üzrə islahatların və elektron dövlət xidmətləri barədə məlumatların kommunikasiyası” mövzusunda görüş keçirilib

25-10-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə