“Azərkosmos” on ayda 26 ölkəyə 37,5 milyon dollarlıq xidmət ixrac edib

29-11-2019 / 11:56
Yanvar-oktyabr aylarında "Azərkosmos” ASC tərəfindən 26 ölkəyə 37,5 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.
 
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) "İxrac icmalı”nın noyabr sayında bildirilir.
 
Qeyd olunur ki, "Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 89 faizini təşkil edib. Bu ilin oktyabrında isə "Azərkosmos” 23 ölkəyə 7,2 milyon dollarlıq xidmət ixrac edib. ASC-nin yanvar-oktyabr aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Fransa, ABŞ, Birləşmiş Krallıq, Malayziya, Birləşmiş Ərəb Əmirlikləri olub.

ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.