“Azərkosmos” sertifika layiq görülüb

08-06-2020 / 15:25

“Azərkosmos” ASC-nin Bakıda fəaliyyət göstərən teleportu Dünya Teleport Assosiasiyasının “Sertifikatlaşdırma proqramı” çərçivəsində uyğunluq sertifikatına layiq görülüb.

Xeberler.az bildirir ki, “Azərkosmos”a məxsus teleportun resursları digər peyk operatorlarının peyklərindən və fiber-optik şəbəkə üzərindən siqnal qəbul etməyə imkan verir. Bu teleport müasir infrastruktura və standartlara malik olmaqla müştərilərin tələblərinə yüksək səviyyədə cavab verir.

Telekommunikasiya sahəsində Dünya Teleport Assosiasiyasının sertifikatına malik olmaq potensial müştərilərə etibarlı xidmət və bazara uyğun səmərəli qiymət təklif edən teleport operatorlarını seçmək üçün güclü vasitədir. Bu nüfuzlu sertifikat “Azərkosmos”un müştərilərlə əlaqələrinin şəffaflığına və yüksək xidmət səviyyəsinə, eləcə də fəaliyyət spektrının dünya standartına uyğun olmasına zəmanət verir.

“Azərkosmos” Dünya Teleport Assosiasiyasının sertifikatının tələblərindən irəli gələrək peyklərin yerüstü avadanlığının idarə olunması prosesini və teleport xidmətlərini daha da təkmilləşdirəcək.

Dünyanın teleport xidmətləri təqdim edən əksər aparıcı şirkətləri də – “GlobalSat”, “Talia”, “Telenor”, “Vivacom”, “Etisalat”, “Intelsat”, “Speedcast” bu sertifikata layiq görülüb.

“Azərkosmos”un Beynəlxalq Teleport Assosiasiyası tərəfindən sertifikata layiq görülməsi böyük uğurdur. Bu “Azərkosmos”un assosiasiya tərəfindən irəli sürülən bütün tələblərə tam cavab verdiyinin sübutudur. Bu sertifikat teleport xidmətlərimizin yüksək keyfiyyət və texnoloji baxımdan müasir tələblərə uyğunluğunun təminatıdır. Eyni zamanda, sertifikat bizə xidmət coğrafiyamızı daha da genişləndirməyə və yeni müştərilər cəlb etməyə imkan verəcək”, – deyə “Azərkosmos”un baş kommersiya direktoru Mark Qusriye qeyd edib.

“Müştərilər üçün teleport xidmətləri göstərən şirkətin uyğunluq sertifikatı qazanması xidmətin keyfiyyətli olduğunu göstərir. Bu, həmçinin peyk operatorlarına teleport avadanlıqlarının beynəlxalq standartlara cavab verməsini, texnoloji və prosedurlara uyğun olduğuna mütəmadi nəzarət etmək üçün verilən dəyərli bir vasitədir. Sertifikat davamlı inkişafa geniş imkanlar yaradır”, – deyə Dünya Teleport Assosiasiyasının icraçı direktoru Robert Bell bildirib.

Qeyd edək ki, Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan “Azərkosmos” ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksəkkeyfiyyətli peyk xidmətləri təqdim edir. “Azərkosmos” telekommunikasiya peyki olan “Azerspace-1”, Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky” və “Azerspace-2”nin operatorudur.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə