Azərkosmosun teleportu “Dünya Teleport Assosiasiyası”nın (World Teleport Association - WTA) “Tier 4” uyğunluq sertifikatını yeniləyib.
Bu barədə Xeberler.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) məlumat verilib.
Xatırladaq ki, Azərkosmosun teleportu ilk dəfə 2020-ci ildə beynəlxalq “Tier 4” sertifikatına layiq görülüb. Bu o deməkdir ki, bu üç il ərzində Azərkosmosun teleport xidmətləri yüksək keyfiyyət və texnoloji baxımdan müasir tələblərə tam cavab verib. Bakı teleportunun “Tier 4” sertifikatını yeniləməsi müştərilərə göstərilən xidmətin keyfiyyət zəmanətidir. Sertifikatın yenilənməsi, həmçinin infrastruktur, avadanlıq və prosedurların beynəlxalq təşkilat tərəfindən audit olunması baxımından da dəyərli imkandır.
Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində yerləşən Bakı teleportu peyklərdən alınan siqnalların izlənməsi və nəzarəti xidmətlərini təqdim edir. Bununla yanaşı, teleport həm də hostinq, yəni qlobal şirkətlərə məxsus yerüstü stansiyanın quraşdırılması, istismarı, saxlanması kimi xidmətləri də həyata keçirir. Geniş əraziyə malik, hazırda 20-yə yaxın anten ilə fəaliyyət göstərən Bakı teleportunun unikal və əlverişli mövqeyi qlobal şirkətlərin biznes məqsədli infrastrukturlarını Azərbaycanda quraşdırmağa əsas verir.
Qeyd edək ki, WTA-nın “Teleport Sertifikatlaşdırma Proqramı” teleport operatorlarına öz əməliyyat və xidmətlərinin keyfiyyətini sənədləşdirmək üçün obyektiv, şəffaf və beynəlxalq səviyyədə qəbul edilmiş metod təqdim edir. Eyni zamanda müştərilərə mümkün olan ən yaxşı teleportları, xidmət təminatçılarını və strateji tərəfdaşları seçmək üçün bir vasitədir. Hazırda dünyanın 75-dən çox teleport operatoru “Tier 4” sertifikatına malikdir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri