Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC-nin Baş direktoru Əfqan Cəlilovla Türkiyə Dövlət Poçt və Teleqraf Təşkilatının (PTT) Baş müdiri Hakan Gülten arasında onlayn görüş keçirilib.
Xeberler.az bildirir ki, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması tədbirləri çərçivəsində ötən ilin mart ayından bir sıra ölkələr arasında hava nəqliyyatı əlaqələri məhdudlaşdırılıb. Bu çətin dövrdə belə “Azərpoçt” və PTT qarşılıqlı əməkdaşlığı dayandırmayıb. Əksinə, aparılan danışıqlar nəticəsində poçt mübadiləsi həyata keçirilib və işlər bu gün də uğurla davam etdirilir.
Görüşdə iki qurum arasında poçt və maliyyə sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Mal tərkibli beynəlxalq poçt göndərişlərinin qarşılıqlı mübadiləsi və pul köçürmə sistemi üzrə görülən işlərin əhəmiyyəti vurğulanıb.
“Azərpoçt” MMC və PTT rəhbərlərinin görüşündə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri