“Azərpoçt” Ümumdünya Poçt Günü ilə bağlı güzəşt kampaniyası keçirir

04-10-2021 / 15:28

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC 9 oktyabr – Ümümdünya Poçt Günü münasibətilə güzəşt kampaniyası keçirir.

Xeberler.az bildirir ki, “Azərpoçt”-dan verilən məlumata görə, belə ki, Rusiya Federasiyasına göndərilən EMS (sürətli poçt rabitəsi xidməti) göndərişlərinin tariflərinə oktyabr ayı ərzində 50%-dək endirim edilir.

Qeyd edilən ölkəyə EMS-lə göndəriş edən hər kəs bu fürsətdən yararlana bilər.

Xatırladaq ki, EMS fiziki poçt xidmətləri növlərindən ən sürətlisidir. Bu xidmət vasitəsilə məktubların, sənədlərin və malların qısa zamanda yığılması, daşınması və çatdırılması həyata keçirilir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə